Etnik Münaqişələr
ATƏT-in Minsk Qrupu həmsədrləri bölgəyə növbəti səfərlərini həyata keçirdilər. Hələ noyabrın 19-da ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə növbəti səfərinin tarixi açıqlandığı zaman, səfərin Azərbaycandan başlayacağı, həmsədrlər əvvəlcə noyabrın 26-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə və Xarici İşlər Naziri Elmar Məmmədyarov ilə görüşünün planlaşdırıldığı bildirilmişdi.