AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
GƏNC TƏDQİQATÇI: Rusiya ABŞ-a etirazını bildirib
22.02.2011

ABŞ-ın Rusiyadakı səfiri Con Bayreli fevralın 21-də ABŞ Dövlət Departamentinin ”Kuril adalarının Yaponiyaya mənsub olması haqqında” bəyanatına görə Rusiya Xarici İşlər Nazirliyiniə dəvət olunub. Səfirin diqqətinə çatdırılıb ki, Rusiya Kuril adalarıyla bağlı mövqeyini heç vaxt dəyişməyəcək və Yaponiyaya heç bir ərazi güzəşti etməyəcəkdir. Onu da qeyd edək ki, ABŞ Dövlət Departamenti bu bəyanatını fevralın 18-ində vermişdir. Bəyanatda ABŞ-ın Yaponiyanın mövqeyini dəstəklədiyi bildirilmişdir. Rəsmi Moskva İkinci Dünya Müharibəsinin yekunlarına əsasən Kuril adalarını Rusiya Federasiyasının ərazisi hesasb edir. Yaponiya tərəfi isə 1855-ci ildə Rusiya imperiyası ilə imzalanmış demarkasiya sənədinə əsaslanaraq adaların Yaponiya hökümətinə aid olduğunu iddia edir.

Xatırladaq ki, 2010-cu ilin noyabr ayında Rusiya prezidenti D.Medvedev tarixdə ilk dəfə olaraq Kuril adalarından birinə səfər etmişdir və bu səfər Yaponiya tərəfinin narazılığına səbəb olmuşdur. Buna cavab olaraq isə Rusiya tərəfi ölkə liderinin hər an Rusiya Federasiyasının istənilən ərazisini ziyarət etmək hüququna malik olduğunu bildirmişdir. 2011-ci ilin fevralında isə Rusiya xarici siyasət idarəsi bəyan etmişdir ki, bu məsələni rəsmi Tokio ilə müzakirə etməyin heç bir anlamı qalmamışdır.
(Rufət Abdullayev ADİU TUDİFAK 3-cü kurs) 

Populyar xəbərlər