AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Haqqımızda
03.06.2012

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi – QAFSAM, 13 dekabr 2006-ci il tarixdə Araz Aslanlı, Nazim Cəfərov və Rizvan Qənbərov tərəfindən təsis edilmişdir.

Ədliyyə Nazirliyinin təşkilatın adının dəyişdirilməsi ilə bağlı təkidləri səbəbindən qeydiyyat prosesi sadəcə 2009-cu ilin aprel ayında başa çatdırıla bilmişdir. 

Məqsədlərimiz

  • Azərbaycanda xarici siyasətin və təhlükəsizlik siyasətinin daha yüksək səviyyədə araşdırılması,
  • demokratiyanın və insan hüquqları sahəsinin inkişafına, eləcə də medianın inkişafına töhfə verilməsi,
  • bölgəmizdə və dünyada gedən siyasi, iqtisadi, hərbi və s. proseslərin daha yaxından öyrənilməsi və analizi,
  • müxtəlif sahələr üzrə proqnozların verilməsidir.

 

QAFSAM xüsusilə Cənubi Qafqaz və ona qonşu olan 3 dövlət (Rusiya, Türkiyə və İran) üzrə kifayət qədər güclü ekspert bazasına malikdir. Bununla yanaşı əməkdaşlarımız keçmiş Sovet regionu başda olmaqla dünyanın  digər regionlarını da araşdırır və mütəmadi olaraq hesabatlar hazırlayırlar.

QAFSAM əməkdaşlarının analizləri əsasən QAFSAM-ın rəsmi saytında yayınlanır. Bununla yanaşı yerli və xarici televiziya və radio kanallarında QAFSAM əməkdaşlarının açıqlamaları və müsahibələri yayınlanır. QAFSAM əməkdaşları dünyanın müxtəlif ölkələrində keçirilən elmi tədbirlərdə iştirak və çıxış edir.  

Bundan əlavə QAFSAM-ın xüsusi materialları sadəcə daimi abunələrə ödənişli əsaslarla çatdırılır.

QAFSAM yerli və xarici donorların dəstəyi ilə milli və beynəlxalq layihələr icra edir. Müxtəlif istiqamətlər üzrə peşəkar əsaslarla məsləhətçilik xidmətləri göstərir.

QAFSAM eyni zamanda Azərbaycanda humanitar (sosial) sahələr üzrə tədqiqatçılıq alışqanlığının gücləndirilməsinə töhfə verməyi və bu məqsədlə qeyd olunan sahədə təhsil alan tələbələr üçün xüsusi proqramlar həyata keçirməyi də məqsəd kimi müəyyənləşdirmişdir. 2007-ci ilin yayından etibarən QAFSAM Azərbaycanlı gəncləri xarici siyasət və təhlükəsizlik siyasəti sahəsində tədqiqatçılığa təşviq etmək və bu sahədəki müəyən əsərləri oxuyuculara təqdim etmək məqsədi ilə “Beynəlxalq İcmal” adlı e-jurnal təsis etmişdir. İlk iki sayısı uğurla dərc olunan bu jurnalın 3-cü sayısı bəzi maddi və texniki səbəblərdən yayınlanmamışdır. Yaxın mərhələdə bu fəaliyyətin bərpa olunması planlaşdırılır.

QAFSAM tərəfindən 3 Qafqaz ölkəsi və bölgəyə qonşu 3 ölkəni (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) tədqiq edən xüsusi bir web-site qurulmuşdur.

QAFSAM daxilində Strateji Araşdırmalar Mərkəzi (SAM), Media Araşdırmaları Mərkəzi (MAM), Demokratiyanın İnkişafı və İnsan Hüquqları Araşdırmaları Mərkəzi (DİHAM) mövcuddur.