AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Rusiya Vyetnamda yenidən hərbi baza quracaq?
06.03.2013, Uzaq Şərq

 

Rusiya Müdafiə naziri Sergey Şoyqu 2-5 mart tarixləri arasında Cənubi-Şərqi Asiyada səfərdə olub. Səfər çərçivəsində Şoygu Myanma Birliyi Respublikası və Vyetnam Sosialist Respublikasında rəsmi görüşlər keçirib. Şoyqu ilk olaraq Myanmada olub və  bu  ölkənin vitse-prezidenti Hyan Thun və Silahlı Qüvvələr Baş Komandanı general Min Ayqunq Hlaynla görüşüb. Görüşdə Asiya-Sakit okean bölgəsindəki vəziyyət və iki ölkənin hərbi-texniki əməkdaşlığı müzakirə edilib.

 

Şoyqunun bölgə səfərinin ikinci ünvanı isə Vyetnam olub. Şoyqu burada Rusyanın keçmiş hərbi bazası olan Kamranı gəzib, ölkə prezidenti Çıonq Tan Şanq tərəfindən qəbul edilib və Vyetnamlı həmkarı general Funq Kuanq Txan ilə müzakirələr aparıb. Şoyqunun Vyetnam səfəri Rusiyanın bu ölkədəki keçmiş hərbi bazası Kamrana yenidən qayıtmaq istədiyinə dair iddiaları da gündəmə gətirib. Belə ki, Şoyqunun öz səfərinə Kamranı ziyarət edərək başlaması və “Vyetnamı tarixi və vəfalı dost olmaqla yanaşı, strateji əməkdaş” olaraq gördüklərini bəyan etməsi bu barədə güclü siqnal sayıla bilər. Bundan əlavə səfərdən sonra mötəbər “Nezavismaya Gazeta” qəzeti Rusiya Müdafiə Nazirliyinə istinadən, müzakirələrdə iki ölkə arasında hərbi əməkdaşlıq və Kamran bazası məsələsinin gündəmə gəldiyini iddia edib. Bu dəfə Kamranın sadəcə hərbi dəniz bazası kimi deyil, eyni zamanda hərbi hava bazası olması da gündəmdədir.          

 

Xatırladaq ki, Sovet dövründə  Vyetnam SSRİ-nin Uzaq Şərqdəki forpostu olub və iki ölkə arasında 2 may 1979-cu il tarixdə 25 illiyinə imzalanan müqavilə ilə Sovet İttifaqına kiralanan Kamran  hərbi-dəniz bazası bu əməkdaşlığın əsas numunəsi  idi. Ancaq Rusiya 2001-ci ildə iqtisadi xərclərinə görə, eyni zamanda əvvəlki strateji əhəmiyyətini itirdiyini qeyd edərk  müqavilə müddətini uzatmaqdan imtina edib və 2002-ci ildə buranı tərk edib. Ancaq keçəm ildən etibarən Rusiya-Vyetnam münasibətlərində yeni bir inkişaf dövrü başlayıb. Vyetnam perzidentinin Moskva və Rusiyanın Baş naziri Medvedevin Honkong səfərləri ilə Kamran məsələsi yenidən gündəmə gəlib. İlk adım kimi isə Medvedevin noyabr ayındakı səfəri zamanı Kamranın Rus gəmilərinin təmiri üçün münasib hala gətirilməsi qərarlaşdırılmışdı. Şoyqunun səfərində isə burada Rus dənizcilər üçün sanatoriya-səhiyyə mərkəzi qurulması razılaşdırılıb.     

 

Rusiya müdafi nazirinin cənub-şərqi Asiya səfəri rəsmi Moskvanın Asiya-Sakit okean  bölgəsinin beynəlxalq sistemdə getdikcə artan önəminə yeni bir nünunə və bu bölgədə qızışan rəqabətdə fəal rol almaq cəhdi hesab edilə bilər. Belə ki, Şoyqunun səfərindəki ilk ünvan olan 60 milyonluq Myanma üzərində Çin və Hindistan arasında güclü geosiyasi rəqabət var. Qərb isə son zamanlarda bu ölkəyə 1990-cı illərdə qoyduğu sanksiyaları qaldıraraq Myanma rəqabətində fəal rol almağa çalışır. Rus nazirin səfəri də rəsmi Moskvanın bu rəqabət oyununda geri qalmaq istəmədiyini göstərir. Yenə Vyetnam səfəri də bu çərçivədə tarixi bağlardan da istifadə edərək Çin və ABŞ arasında bu ölkə üzərində gedən rəqabətdə rol alma təşəbbüsü kimi xarakterizə edilə bilər.

 

 

www.araztm.az

 

Populyar xəbərlər