AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Rusiyanın Cənubi Osetiya siyasəti dəyişir?

 

 

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov 11 apreldə RTV televziyasında Cənubi Osetiya ilə baglı maraqlı bəyanatla çıxış edib. O, rəsmi Moskvanın əslində 2008-ci ilin avqustunda Cənubi Osetiyanın müstəqilliyini tanımaq kimi bir niyətinin olmadığını, ancaq Gürcüstan prezidenti Mixail Saakaşvilinin “revanşist bəyanatları” nəticəsində Rusiya rəhbərliyinin bölgə xalqlarının yaşaması və təhlkəsizliyi üçün  başqa yolunun  qalmadığını düşünərək bu adımı atmağa vadar olduğunu bildirib. Lavrov vuğrulayıb ki, yaxın gələcəkdə, hər şeyin 2008-ci ilin avqustu ərəfəsindəki vəziyyətə qayıtmasını qəbul edən Gürcü və ya Rus siyasətçinin olacağına da inanmır.

 

Lavrovun Cənubi Osetiyanın müstəqilliyinə dair son bəyanatı rəsmi Moskvanın bu məsələdəki son 5 ildəki sərt mövqeyində müəyyən yumuşamanın işarəsi kimi də qiymətləndirilə bilər. Əvvəla, Rus diplomat bununla bir yandan bölgədə baş verən hadisənin bütün məsuliyyətini prezident Saakaşvilinin üzrinə qoyaraq özünə bəraət qazandırmağa və Gürcü xalqının gözündə öz mənfi imicini müəyyən mənada silməyə çalışmaqdadır. Digər tərəfdən, Lavrov bu açıqlaması ilə başda Baş nazir Bindza İvanişvili olmaqla Gürcü siyasi elitasına və Gürcü xalqına rəsmi Moskvanın Cənubi Osetiya və Abxaziya ilə bağlı mövqeyindəki dəyişikliyin, ancaq Sakaşavilinin siyasi arenadan göndərilməsindən sonra mümkün olacağına işarə vurur.

 

www.araztm.az

 

 

 

 

Populyar xəbərlər