AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Putin-Atambayev görüşü və Qırğızıstanın “balans siyasəti”

 

Avqustun 11-də Rusiya Prezidenti Vladimir Putin Soçidə Qırqız həmkarı Almazbey Atambayevlə görüşüb. İki prezidentin görüşündə əsas müzakirə mövzularından birincisi Rusiya ilə Qırğızıstan arasındakı ikitərəfli münasibətlərin inkişafı olub. Görüşdən sonra prezident Putin başda enerji sektoru olmaq üzrə müxtəlif sahələrdə ciddi investisiya və əməkdaşlıq planlarının müzakirə edildiyini bəyan edib.

 

Putin-Atambayev görüşünün ikinci muhüm müzakirə mövzusu isə Qırğızıstanın Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələləri olub. Bu barədə açıqlamları isə əsasən Qırğızıstan prezidenti Atambayev verib. O, “qardaş və stratejik müttəfiq” Rusiya ilə münasibətləri güclü bir şəkildə inkişaf etdirmək istədiklərini vurğulayıb. Qırğızıstan prezidenti bu çərçivədə 2014-cü ilin sonuna qədər Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinə üzv qəbul olmaq istədiklərini və proseslərdə  Rusiyanın real güclü dəstəyinə ehtiyacları olduğunu bildirib. Atambayevin bu fikirləri mətbuat konfransında Putin tərəfindən də açıqca dəstəklənib. Xatırladaq ki, Qırğızıstan bu ittifaqlara uzv olmaq istədiyini əvvəl də bəyan edib və  iyun ayından etibarən Avrasya İqtisadi Birliyinə üzvlüyünə dair yol xəritəsinin tətbiqinə başlayıb.          

 

Rusiya baxımından, Qırğızıstanla ikitərəfli münasibətlərin inkişafı və bu ölkənin keçmiş sovet məkanındaki inteqrasiya proseslərində fəal yer alması Kreml hakimiyyətinin Orta Asiya və MDB məkanında öz təsirini daha da gücləndirməsi istiqamətində mühüm addımlardan hesab edilməkdədir. Qırğızıstanın qarşıladığı siyasi və xüsusiylə də iqtisadi problemlər isə rəsmi Moskva üçün geniş fürsətlər yaratmaqadır.      

 

Belə ki, ciddi təbii mənbələri olmayan və iqtisadi problemlər yaşayan Qırğızıstan bu çətinliklərinin həlli üçün coxtərəfli xarici siyasət kursu izləməkdədir. ABŞ və Avropa Birliyinin bölgəyə uzaqlığı, Qırğızıstana yetərli marağı göstərməmələri və onlarla münasibətin əvvəlki iqtidarlara maliyyətini nəzərə alan mövcud Qırğızıstan hakimiyyəti xüsusiylə Rusiya ilə əməkdaşlığa böyük əhəmiyyət verməkdədir. Bişkekin Rusiya ilə ikitərəfli əməkdaşlığı nəticəsində artıq rəsmi Moskvadan ikitərəfli münasibətlərin inkişafı çərçivəsində 1 milyard, Avrasya İqtisadi Birliyinə üzvlüyünə dair yol xəritəsi çərçivəsində isə 200 milyon ABŞ dolları həcmində iqtisadi yardım aldığı bildirilir.

 

Qırğızıstan Gömrük İttifaqı və Avrasya İqtisadi Birliyinə üzvlüyü prosesi ilə bu ittiqaflara üzv Rusiya, Qazaxistan və Belorusiya bazarlarına daha güzəştli çıxış imkanları əldə edəcəyini hesablayır. Bundan başqa Gömrük İttifaqı və Avrasya İqtisadi Birliyinə üzvlüyü Bişkekə Rusiya ilə Asiya, xüsusən Çin  bazarı arasında körpü olma fürsəti də verə bilər.

 

Ancaq Rusiyanın imperyal arzularını tarazlamaq üçün Qırğızıstan prezidentinin Türkiyə ilə münasibətlərə həm ikitərəfli münasibətlər, həm də Türk dövlətləri arasında inteqrasiya prosesi çərçivəsində xüsusi əhəmiyyət verdiyi müşahidə edilməkdədir. Ənənəvi Qırğız tarazlıq siyasətinə uygun olan bu yanaşamanın Atambayev hakimiyyətinin Türkçü xətti ilə də xüsusi bir impuls əldə etdiyi qeyd edilə bilər. Bu məqamlar çərçivəsində Qırğızıstan prezidentinin Soçi səfərindən əvvəl Ankaraya gedərək Türkiyə rəsmiləri ilə müzakirələr aparması və hətta  Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsi münasibətiylə təşkil edilən mitinqdə çıxış etməsi də diqqətə dəyərdir.

 

Nəticə kimi, Rusiyanın xüsusi ilə iqtisadi problemlərdən və siyasi təzyiqlərdən istifadə edərək bölgədə öz inteqrasiya lahiyələrini həyat keçirməyə çalışdığını və bu səylərin hədəflərindən biri olan Qırğızıstanın buna müsbət cavab verdiyini, ancaq bunu “Türkiyə amili” ilə tarazlamağa da çalışdığını qeyd etmək olar.      

Populyar xəbərlər