AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
QAFSAM tərəfindən həyata keçirilən növbəti layihəyə yekun vurulmuşdur
10.12.2016

 

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyi (QAFSAM)tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanla bağlı elmi və publisistik məqalələrin hazırlanması və xarici ölkələrin KİV-lərində yerləşdirilməsi” adlı layihəyə yekun vurmuşdur. Dekabrın 10-da layihənin yekunları  ilə bağlı Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Araz Aslanlı layihənin məqsədi və həyata keçirilən fəaliyyətlər barədə məlumat vermişdir.

Araz Aslanlı bildirmişdir ki, layihə çərçivəsində Azərbaycanlı alimlər və tədqiqatçılar Azərbaycan həqiqətləri ilə bağlı müxtəlif həcmli materiallar (məqalələr) hazırlamış, bu materialların xarici ölkələrin KİV-lərində yerləşdirilməsi və xarici ölkələrdə təqdim olunması təmin edilmişdir. Materiallar Azərbaycanın xarici siyasətini, Azərbaycanın enerji siyasətini, Qarabağ problemini, Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələri və s. mövzuları əhatə etmişdir. Layihə çərçivəsində hazırlanmış materiallar ABŞ, Fransa, Almaniya, Avstraliya, Türkiyə, Gürcüstan və Belçikada yayınlanmışdır.

Layihə çərçivəsində Azərbaycanlı ekspertlərin 2 xarici ölkədə təşkil edilən 4 tədbirdə iştirakı və məruzə ilə çıxışı da təmin edilmişdir. Bu tədbirlər Makedoniyada və Türkiyədə reallaşdırılmışdır.

Araz Aslanlı layihəyə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür etmişdir.

Daha sonra çıxış edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədr müavini Nazim Cəfərov xarici ölkə KİV-lərində Azərbaycan ilə bağlı materialların dərc etdirilməsinin və beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərinin çatdırılmasının vacibliyi mövzusuna toxunmuşdur. 

Daha sonra tədbirdə iştirak edən qonaqlar mövzunun əhəmiyyətinə toxunmuş, bu sahədə görülən işlərin artırılmasının vacibliyini qeyd etmiş və layihə ilə bağlı fikirlərini bölüşmüşdür.

 

 

Populyar xəbərlər