AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Təcrübə proqramı
16.12.2018

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) "Qış təcrübə proqramı" elan edir.

Proqrama beynəlxalq münasibətlər, siyasətşünaslıq, beynəlxalq iqtisadi münasibətlər və ya regionşünaslıq (bütün regionlar üzrə) ixtisası üzrə bakalavr pilləsində 3-cü və 4-cü kurslarda, eləcə də magistratura pilləsində təhsil alan tələbələr müraciət edə bilərlər. Müstəsna hal kimi digər ixtisaslar üzrə təhsil alan tələbələr arasından beynəlxalq münasibətlər ixtisasına yüksək marağı və bu sahə üzrə baza biliyi olan tələbələr seçilə bilər.

Təcrübə proqramında tələbələr elmi rəhbərin nəzarəti altında 25 gün müddətində araşdırmalar aparacaq və kiçik analitik məqalə yazacaqdır. Tərcübə proqramını uğurla başa vuran tələbələrin bir qismi daha geniş proqramı əhatə edəcək olan “Yay məktəbi”nin iştirakçısı olmaq hüququ qazanacaqdır.

Təcrübə proqramı ödənişsizdir və proqramı uğurla başa vuranlara xüsusi sertifikat təqdim olunur.

Təcrübə proqramında iştirak etmək istəyən namizədlərin CV-lərini  qafsamtecrube@gmail.com  elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciətlər 17-30 dekabr 2018-ci il tarixlərdə qəbul ediləcək, 05-08 yanvar 2019-cu il tarixləri arasında təcrübə proqramına qəbul olunanlara məlumat veriləcəkdir.

Təcrübə proqramı 25 yanvar – 20 fevral 2019-cu il tarixlərdə keçiriləcəkdir.