AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Soçidəki Rusiya-Türkiyə razılaşması: kim uduzdu, kim uddu?
23.10.2019

Dr. Nazim Cəfərsoy

 

 

Məlum olduğu kimi, 22 oktyabr 2019-cu il tarixində Rusiya prezidenti  Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə görüş  keçirdilər. Türkiyənin “Sülh Çeşməsi” əməliyyatından və ABŞ-Türkiyə razılaşmasından sonra keçirilən görüş həm Suriyadakı güc tarazlığının, həm də Rusiya-Türkiyə münasibətlərinin gələcəyi baxımından mühüm önəm kəsb edirdi. İki lider arasında keçirilən uzun görüşdən sonra imzalanan 10 maddəlik razılaşma ictimaiyyətə xarici işlər nazirləri tərəfindən açıqlandı.

Bu yazıda 22 oktyabr 2019 tarixili Rusiya-Türkiyə razılaşmanın maddələri qısaca təhlil ediləcəkdir.               

    

Maddə 1. Hər iki tərəf Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasına və Türkiyənin milli təhlükəsizliyinin qorunmasına bağlı qaldıqlarını təsdiq edirlər.

Bu maddə ilə tərəflər  həm Astana prosesini ilə Rusiya ilə Türkiyə arasında başlayan Suriya əməkdaşlığının söykəndiyi əsasların təkrarı baxımından önımlidir. Bumaddə ilə tərəflər 2 məsələdə razılaşdıqlarını qəbul edirlər. Beləcə, ilk olaraq Rusiya və Türkiyə Suriyənin parçalanmasına qarşı cıxdıqlarını net cümlələrlə vurğulayırlar. Bu eyni zamanda Cenevrədə Suriyənin gələcəyinə dair siyasi müzakirədə tərəflərin hansı mövqeydən çıxış edəcəyini göstərməkdədir. İkinci olaraq, bu razılaşma ilə Rusiya tərəfi Türkiyənin Suriyadakı təhlükəsilik qayğıları qəbul etdiyini və bu konteksdə “Sülh çeşmesi” əməlliyatına açıqca dəstək verdiyinin rəsmi sənədlə qəbuludur.

 

Maddə 2. Terrorizmin bütün şəkil və təzahürləri ilə mübarizədə və Suriya ərazisində separatçı fəaliyyətləri boşa çıxarma istiqamətində qətiyyətli olduqlarını vurğulayırlar.

Tərəflərin bu maddə ilə həm İŞİD, həm də PYD-i hədəflədikləri açıqdır.  Bu mənada tərəflər İŞİD və PYD ilə mübarizədə həm əməkdaşlıq və həm də qətiyyət göstərəcəklərini vurğulayırlar. Rusiya baxımından bu əməkdaşlığın ən mühüm məqamı Ankara ilə başda İdlib olmaq üzrə İŞİD və Hizbu Tahrir bənzəri teror örüglərin ilə mübarizədə qətiyyət və əməkdaşlıq gözləntisidir. Türkiyə baxımından isə bu əməkdaşlıq xüsusilə də Kremlinin PYD ilə mübarizədə lazımı qətiyyət və əməkdaşlığı göstəməsidir.

    

Maddə 3. Bu çərçivədə, Tel Abyad və Ras Al Aynın daxil olduğu 32 km dərinliyindəki mövcud Barış Pınarı Hərəkatı sahəsindəki status-kvo mühafizə ediləcəkdir.

Bu maddə ilə Rusiyanın Türkiyənin “Sülh çeşməsi” əməyyatı ilə  terordan təmizlədiyi bölgəki nəzarətinin  qəbul etdiyini və orada Ankaranın hərəkət sərbəstliyinə razı olduğunu ifadə etməkədir. Bu məqam Ankarının bölgədə dinc yaşamın qurulması və qaçqınların mühüm bir hisəsinin öz evlərinə dönməsinə imkan verməkdədir. Ancaq bu maddə həm də Tükiyənin əməliyyatının bütün Türkiyə-Suriya sərhədi boyunca 32 km dərinlikdə yayılmasını da əngəlləyən maddə olaraq xarakrezə edilə bilər.      

4 Maddə. Hər iki tərəf Adana Razılaşmasının əhəmiyyətini təsdiq edir. Rusiya Federasiyası mövcud şərtlərdə Adana Razılaşmasının tətbiqini asanlaşdıracaqdır.

Bu maddə ilə Ankara öz təhlükəsizlik qayğılarını həyata keçirirkən Suriya ilə imzlanan Adana müqaviləsini nəzərə alacağını da qəbul edir. Bu maddəni Suriyada mövcud siyasi reallıqları və Bəşar Əsadın bu reallıqlarındakı əsas roluna Ankaranın  etirazını yumuşadığını yeni bir işarəsi olaraq  görmək olar. Çünkü 1998 tarixli Adana müqaviləsi terorla mübarizədə Ankara və Dəməşqin qarşılıqlı əməkdaşlıq etməsini nəzərdə tutur. Bunla Suriya rejimin de bu istiqamatdəki mövqeyi də nəzərə alınmış olur.  4-cü maddə ilə Rusiya bu prosesdə asanlaşdırıcı rolu həm tərəflər arasında vasitəçi olması mənasını daşıyır, həm də Ankaranın Suriyadakı qayğıların dair hərbi fəlaiyyətlərinə Əsad rejimin etirazalarının yumuşadılması və Türkiyəyə yeni imkanlar yaratmasına xidmət edir. Artıq Adana razılaşmasında ilk asanlaşa nünuməsi də özünü Türkiyəyə müəyyən şərtlərlə terora qarşı hərəkət azadlğı verilən 5 km məhdudiyyəti 10 km çıxarması şəklində göstərmişdir.  Bu məqam da 5-ci maddədə yer almışdır.             

 

Maddə 5. 23 Oktyabr 2019-cu il, günorta saat 12:00-dan etibarən Rus hərbi polisi və Suriya sərhədçiləri Barış Pınarı Hərəkatı sahəsinin xaricində qalan Türkiyə-Suriya sərhədinin Suriya tərəfinə, YPG ünsürləri və silahlılarının Türkiyə-Suriya sərhədindən başlayaraq sərhədin 30 km xaricinə çıxarılmasını təmin etmək üçün daxil olacaqlar. Bu proses 150 saat içində tamamlanacaqdır. Eyni zamanda, Qamışlı şəhərindən xaricində, Barış Pınarı Hərəkatı sahəsinin qərbində və şərqində 10 km dərinlikdə birgə Türk-Rus patrul fəaliyyəti başlayacaqdır. 

Bu maddənin 3 mühüm mənası var. Əvvəla, rəsmi Ankaranın Türkiyə-Suriyə  sərhədi boyunca 30 km enində  zolağı YPG-nin boşaltması hədəfi Rusiya tərəfindən qəbul edilmək və lazımı addımların atılacağı elan edilməkdədir. Beləcə YPG-nin Suriyada Aralıq dənizinə qədər uzanan dövlət qurma cəhdinin olmayacağı Kremlin tərəfindən də təsdiqlənmiş olur. İkincisi, YPQ  silahlılarının çıxarılması üçün əlavə 150 saat verilməsi də iki məqamı göstərir. Əvvəla, Rusiya da ABŞ kimi YPG-nin Türk ordusu tərəfindən məhv edilməsini  istəmir v gələcəkdə YPG ilə əməkdaşlıq imkanlarını istina etmir. Bu əməkdaşlığın müxtəlif numunələri də bəzən gündəmə gəlməkdədir.  İkinci, 150 saat  Türkiydə 29 Oktyabr Cumhuriyyət bayramı  günü başa çatır.  Türkiyənin bölünməsini  hədəfləyən PKK-nın Suriydə siyasi və qismən də hərbi mənada məglub edilməsinin tam da Cumhuriyət quruluş il dönümündə baş verməsi  simbolık məna daşıyır. Bu eyni zamanda tam da 4 il əvvəl 29 oktyabrda Türkiyədən kecib Kobaniyə İŞİD-ə mübarizədə YPG-yə dəstək üçün  Barzaniyə və bu siyasətin dəstəkçilərinə də qarşı məsaj xarakteri daşıyır. Uçüncüsü, bu maddə Türkiyənin Suriyə ilə sərhədində Rusiya ilə patrul xidmətinə başlaması da müxtəlif üstünlüklər və riqsləri birlikdə gətirir. Əvvəla, iki ölkə 10 km enində  hərbi xarakterli əməkdaşlıq və terorla birlikdə münariuzə imkanı əldə edirlər. Bu Ankaraya Suriya sərhəddində nəzarət imkanı verir, ancaq bunu Kremlinlə əməkdaşlıq şərti ilə məhdudlaşdırır. Türkiyənin Ermənistan sərhədindən sonra Suriya sərhədində də Rus hərbiçilərinin patrul xidməti formasında da olsa mövcudluğu Ankara üçün o qədər də arzu edilir bir vəziyyət deyil. Digər tərəfdən patrul xidmətinin ABŞ-Türkiyə təcrübəsi iki ölkə arasında  istənilən nəticəni verməmişdi. Rusiya ilə ortaq patrul xidmətinin Türkiyə üçün nə qədr effektiv olacağı hələlik qeyri--müəyyəndir.

 

Maddə 6. Münbiç və Tel-Rıfatdan bütün YPG ünsürləri silahları ilə bərabər çıxarılacaqdır.

Münbiç və Tel-Rıfatdan YPG-nin çıxardılması  Ankaranın qazanc xanasına yazılacaq mühüm bir məqamdır. Ancaq bu bölgenin gələcəyinə dair konturlara maddə yer verilməməsi müəyyən qeyri-müəyyinlik yaradır. Bu mövzunun önümzdəki dövrdə tərəflər arasında müzakirələrdə əsas mövzulardan biri olması istisna deyil.   

 

Maddə 7. Hər iki tərəf terrorist ünsürlərin sızmasının qarşısının alınmasının təmini üçün lazımi tədbirləri görəcəkdir.

Bu maddə razılaşmanın ümumi ruhu ilə uygundur və hər tərəfə bu istiqamətdə öhdəliklər verməkdə və işbirliyi müstəvisi yaratmaqdadır.  Bu maddə ilə sərhədlərdə təhlükəsizlik  tədbirlərini qarşılıqlı olaraq artırılması nəzərdə tutulur.   

 

Maddə 8. Qaçqınların təhlükəsiz və könüllü şəkildə geri qayıtmalarını asanlaşdırmaq məqsədilə ortaq fəaliyyət göstəriləcəkdir.

Bu maddə Türkiyədən Suriyaya qacqınların qayıdışını  tərəflər tərəfindən qəbulu və ortaq çalışacağına dair ilk  və çox mühüm sayılacak addımlardan birdir. Beləcə həm Turkiyə rəhbəliyi Suriya qacqınlarının qaydıcağına dair iradəsini bir daha bəyan etmiş, beləcə həm də  ölkə  daxilində xüsusilə müxalifətin narahatçılığna  qarşılıq vermişdir. Digər tərəfdən Rusiya və dolaylı olarq Suriya da bu qaçqınları geri alacağına dair ilkin razılıq vermişdir. Maddə həm də növbəti müzakirələrdə bu mövzuda yeni müzakirələrin aparılacağının da işarəsidir.          

 

Maddə 9. Bu memorandumunun həyata keçirilməsinə nəzarət üçün və koordinasiya məqsədilə müştərək bir nəzarət və yoxlama mexanizmi qurulacaqdır.

Tərəflər bu maddə ilə razılaşmanın tətbiqini və yeni problemlərə yol açmamasını çalışırlar. Bununla da daha əvvəl iki ölkə arasında Suriyadakı əməkdaşlığa kölgə salan  hallara imkan verməmək  arzusundadırlar. Ancaq bu mexanizmanın  nə qədər funksiyonal olacağını zaman göstərəcək. 

 

Maddə 10. Tərəflər Astana Mexanizmi çərçivəsində Suriya münaqişəsinin siyasi həlli üçün səylərini davam etdirəcək və Konstitusiya Komitəsinin fəaliyyətini dəstəkləyəcəkdir.

Son maddə ilə Rusiya və Türkiyə Astana razılaşmasına bağlı olduğunu təkrar bəyan edirlər. Bu da iki ölkə arasında Suriya əməkdaşlığını davam edəcəyinin növbəti dəfə ilanıdır. Astana vurğusu həm də İranın prosesdən narahat olmamasına dair bir mesaj xarakeri daşıyır. Maddə eyni zamanda Rusiya və Tükiyənin Suriyanın gələcəyinin formalacagı Konstitusiya Komitəsində fəal rol alacaqlarının da mesajdır. Bu həm də Suriya məsələsiundə büyük hərbi münaqişənin əsasən bitdiyini və siyasi müzakirılərin üsütünlük təşkil edəcəyinə dair məsaj mənasına da gəlməkdədır.

 Ümumilikdə, razılaşma Türkiyənin Suriyaya dair hərbi və siyasi narahatçılıqlarını  əhəmiyyətli formada nəzərə alan tutan və Suriya müzakirələrində Ankaranı mövqeyini gücləndirən sənəd kimi önəmlidir. Razılaşma PYD-nin dövlət qurma cəhdinin məglubiyyəti mənasına gəlir.  Ancaq bu razılaşma ABŞ-Türkiyə razılaşmasına oldugu kimi PYD-nin hərbi və siyasi təhlükə kimi tamamiylə aradan qaldırması nəticəsini dogurmur. Bu da PYD/PKK kartının Suriya və bölgə tarazlıqlarında həm ABŞ, həm Rusiya, həm də digər aktyorlar tərəfindən əvvəlki qədər təsirli olmasa da mühüm bir amil kimi istifadə ediləcəyini göstərməkdədir. Razılaşma həm də Rusiyanın Suriyada ən mühüm xarci amil rolunu oldugun göstərən və bunun gələcəkdə də davam edəcəyini bəyan edən növbəti sənəddir. Geniş mənada isə bu razılaşma həm də Türkiyə və Rusiyanın Orta Şərq tarazlığınıda öz mövqelərini gücləndirməsi kimi də qiymətləndirilə bilər. 

Populyar xəbərlər