AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
QAFSAM tərəfindən həyata keçirilən növbəti layihəyə yekun vurulmuşdur
01.11.2019

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ermənistanın işğalçılıq siyasətiylə bağlı xarici tədqiqatçıların məlumatlandırılması və xarici tədqiqatçılar tərəfindən məqalələrin hazırlanması” adlı layihə həyata keçirmişdir. Layihə çərçivədə ekspertlər Türkiyədə və Şimali Makedoniyada keçirilən beynəlxalq konfranslarda iştirak və Ermənistanın işğalçılıq siyasəti ilə bağlı məruzələr etmişdir.

Layihənin müddəti 6 ay olmuşdur. Bu müddətdə layihənin rəhbərliyi və ekspertlər Türkiyə Respublikasına və Şimali Makedoniya Respublikasına səfərlər etmiş, İstanbul və Skopiya şəhərlərində keçirilən nüfuzlu beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasəti ilə bağlı məruzələr etmişdir.

Bundan əlavə layihə çərçivəsində 3 fərqli ölkə vətəndaşı gənc araşdırmaçı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırma prosesinə ddəvət edilmişdir. Araşdırmanın nəticəsində mövzu ilə bağlı 2 fərqli əsər ortaya qoyulmuşdur. Bu əsərlərin nüfuzlu xarici nəşrlərdə yayınlanması nəzərdə tutulur.

Populyar xəbərlər