AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
“COVID-19”un İngiltərəyə təsirləri
23.04.2020

Mələk Novruzova

 

Çində yaranmış “COVID-19”un ən çox təsir göstərdiyi ölkələrdən biri də İngiltərədir. İlk zamanlarda İngiltərə bu vəziyyəti ciddiyə almamışdır. Belə ki, 18 mart 2020-ci il tarixinə qədər  “müdaxiləsiz”[1] yanaşma üzərində koronavirusla mübarizəni quran və “sürü immuniteti” yoluyla problemin həllini təklif edə biləcəyini iddia edən İngiltərə hökuməti, daha sonra  strategiyasını 180 dərəcə dəyişdirdi. 18 mart 2020-ci il tarixində xəstə sayının 676[2] olmasından sonra bu ölkədə “COVID-19”lə bağlı siyasət daha radikal çərçivədə dəyişdirilməyə başlandı. 22 aprel 2020-ci il tarixdə xəstəliyə yoluxanların sayı 138,078[3] nəfərdir.

“COVID-19” un İngiltərəyə ilk olaraq siyasi təsirləri özünü qabarıq şəkildə biruzə verdi.  İlk başlarda İngiltərə, Çin və Cənubi Koreyanın “evdə qal” siyasətini qəbul etməmiş və bu ölkələri məhdud demokratiyaya malik ölkə kimi görmüştür. Belə ki, insanlara yaşından asılı olaraq evdən çölə çıxmaq qadağasının qoyulması, onların şəxsi həyatlarına qarışmaq kimi qəbul olunurdu. Daha sonra “COVID-19”un əslində “görünməz bir düşmən”[4] olduğunu qəbul edən İngiltərə də “evdə qal” siyasətini tətbiq etməyə başlamışdır. Belə ki, İngiltərə  beş ay boyunca bu xəstəliyin daha çox yayılması ehtimalını göz önünə alaraq 250 min insanın “COVID-19”a yoluxmasının qarşısının qismən alınması üçün müəyyən strategiyalar yaratmışdır. Bu səbəblə də “COVID-19” pandemiyasının qarşısını almaq məqsədi ilə Çində müəyyən preparatların hazırlanması və onlardan alınması ilə əlaqədar danışıqlar aparılır.

“COVID-19” Avropa İttifaqında müxtəlif problemlər yaratdı. Belə ki, Avropa İttifaqı “Dyson”, “Rolls Royce”, “Airbus” və “Ford” şirkətlərindən əlavə olaraq yeni tənəffüs cihazları  tələb etmişdir. Amma İngiltərə buna qarşılıq olaraq “biz artıq Avropa İttifaqının bir parçası deyilik”[5] demişdir.

İngiltərədə “COVID-19”dan əziyyət çəkən insanlar arasında İngiltərənin Baş naziri Boris Conson da yer almaqdadır[6]. Boris Conson öz “Twitter” hesabında xəstəliyin simptonlarını daşıdığını və həkim nəzarəti zamanı “COVID-19” testinin pozitiv çıxdığını bildirmiştir. Conson isə, Baş nazir olaraq dövlət işlərini evdən idarə edəcəyini öz “Twitter” hesabında bildirmiştir[7].

“COVID-19” Bukingem sarayına da öz təsirini göstərmişdir. Belə ki, Kraliça II Elizabetin oğlu 71 yaşında olan Şahzadə Çarlz da “COVID-19” xəstəliyinə tutulmuşdur. Ailəsi və yoldaşında isə tətbiq olunan “COVID-19” testi negativ çıxmışdır və onlar Şotlandiyada xüsusi bir rejimdə yaşamağa davam edirlər[8].

İngiltərə hökuməti həbsxanalarda koronavirusun yayılma riskini azaltmaq üçün bəzi məhbusların sərbəst buraxılması ideyasını nəzərdən keçirir. Ədliyyə Naziri Robert Bakland, virusun çox sayda insan olduğu həbsxanalar üçün böyük bir risk yaratdığını bildirmişdir. Hökumətin verdiyi məlumata görə, həbsxanalarda çalışan işçilərin təxminən 10 faizini təşkil edən 3500-ə yaxın işçi, çərşənbə axşamı günü xəstəlik  şübhəsi səbəbiylə özlərini karantin altına aldılar. Nazir Bakland bəzi məhbusların sərbəst buraxılmasının həbsxanalardakı təzyiqləri yüngülləşdirə biləcəyini bildirmişdir[9].

“COVID-19” virusu İngiltərəyə iqtisadi cəhətdən də mənfi təsirləri olmuşdur. İndiki vəziyyət burada əmək bazarında bir çox problemlər yaratmaqdadır. Virus, burada müxtəlif iqtisadi şoklar və durğunluqlar yaratmışdır. Hökumət öz növbəsində iş bazarında yaranan durğunluq üçün milyonlarla pul ayırmaqdadır. Bu isə büdcə daxilində həm indiki dövrdə, həm də virusdan sonrakı dövrdə  bir çox problemlər yaradacağı hesab olunur[10].

Son günlərdə işlərin dayanması və bir sıra iqtisadi problemlərin yaranmasına görə insanlar “Universal Credit”ə daha çox müraciət etmişdirlər. Bu isə, mart ayının sonuna kimi 500.000[11] insanın kreditə cəlb olunması demək idi. Daha sonra isə, dövlətin gördüyü bir çox tədbirlər sayəsində bu rəqəm 500.000-dən 250 minə qədər düşürülmüşdür. Amma buradakı böhran məsələsi 2009-cu ildəki böhran məsələsini əks elətdirirdi.

Virusla bağlı artan işsizlik dövləti bir çox sosial layihələri həyata keçirtməyə doğru apardı və bununla da insanların rifahı müəyyən qədər dövlətin işsizliklə bağlı layihələri ilə bu məsələni bir qədər nəzarətdə saxlamağı bacardı.

Ölkədə iqtisadi olaraq ən az investisiya tələb edən sektorlarda ən az iqtisadi problemlər yaşandı. İnsanlar isə, bu məsələlərə görə bir çox tədbirlər almağa başladılar.

Ümumi olaraq iqtisadiyyata baxış

İngiltərə iqdisadiyyatı digər ölkələrdəki kimi durğundur. Hal hazırda tam iqtisadi məlumatlar verilməsə də, güman olunur ki, ölkədəki ÜDM daha da azalacaq, bu isə, İngiltərə də daxil olmaqla bir çox ölkələrin virusa hazırlıqsız şəkildə tutulmaqları ilə əlaqədardır[12].

 

 


Populyar xəbərlər