AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
İngiltərədə heykəl böhranı
24.06.2020

Mələk Novruzova

 

ABŞ-da  George Floydun öldürülməsindən  sonra  başlayan irqçiliyə  qarşı hərəkatın   İngiltərədə  yayılmasının ardından ABŞ-dakı addımların bənzərləri bu ölkədə də təkrarlanır. Kütlələr adları irqçilik və müstəmləkəçilik ilə əlaqəli olan tarixi şəxsiyyətlərin heykəllərinin dağıdılmasını tələb etməyə başlamışdır. Bu, eyni zamanda insanların keçmişdən indiyə kimi irqçiliyi unutmaq istəmələrindən qaynaqlanır.

 

Corc Floydun ölümü və yaratdığı nəticələr

Corc  Floydun  polis tərəfindən öldürülməsi  ABŞ-da  baş verməsinə baxmayaraq dünyanın bir çox yerində  bir çox aktivistlər bu hadisəni sırf rasizmlə əlaqələndirərək rasizmə qarşı olduqlarını bildirmək mədsədi ilə mitinqlərə başlamışdılar. Aktivistlər ABŞ-da və bir çox yerdə qaradərili insanlara qarşı ayrı-seçkiliyin tətbiq olunduğunu və bu proseslərin ABŞ  daxilində daha çox dövlət orqanlarında olduğunu və ən əsası polis orqanlarında rast gəlindiyini vurğulamışlar. Bu mitinqlər artaraq dünyanın və ən əsası Avropanın bir çox yerinə yayılmağa başlamışdır[1].

 

Heykəllərə hücumun səbəbi

Bir müddət əvvəl təşkil olunan miitinqdə, Bristoldakı 17-ci əsrə aid kölə taciri Edvard Kolstonun heykəli yerindən sökülərək çaya  atılmış, Londonda  isə  keçmiş baş nazir  Uinston Çörçilinheykəlinə "o bir irqçidir" ifadəsi  yazılmışdır.

 

Mitinqlər  davam edərkən, Londonun meri Sadiq Khan, Çörçilin heykəli ilə birlikdə   bir çox  heykəllərin  mitinqlərdə zədələnməsinin qarşısını almaq üçün heykəllərin kənarını taxta panolarla bağlatdırmışdır.  Lakin baş nazir  Conson, həykəllərin taxta panolarla qorunmasının düzgün bir düşüncə olmadığını bildirmişdir.

Conson,  II Dünya Müharibəsi zamanı ölkə lideri olan Çörçilin "bu gün bizim üçün qəbul edilmir" fikirləri xalq tərəfindən dilə gətirilmiş olsa da, o,  Çörçilin ölkəni "faşist və irqçi tiranlıqtan" qoruyan bir qəhrəman olmağa davam etdiyini bildirmişdir[2].

Conson, Twitter hesabından yayımladığı mesajda “ÇörçilinParlament  Meydanı'ndakı heykəli onun bu ölkəni  və  bütün Avropanı  irqçilik və faşizmdən qorumaqda bir qələbə xatırladıcısı” olduğunu bildirmişdir[3].

 

“Bu milli abidənin  bu gün  mitinqlərdə  zədələnmə riskiylə qarşı-qarşıya qalması çox utanç  vericidir . ” ifadəsini söyləyən  Johnson, Churchill’in bu gün ki  nəsillərə çox gözəl bir gələcək qoyduğunu bununla birlikdə bir abidəyə layiq olduğunu bildirmişdir.[4]

 Eyni zamanda Conson  “Heykəllər  səfləri və doğruları ilə birlikdə İngiltərə tarixinin bir parçası” olduğunu bildirmişdir. “Onları yıxmaq və haqqında təhqir edici nəsə demək gələcək  nəsillərin təhsil həyatını yox etmək  olduğunu da sözlərinə əlavə etmişdir. O, İngiltərədə davam edən irqçiliyə qarşı olan mitinglər ilə əlaqədar polisə qarşı olan şiddətin çox qəddarcasına  və doğru olmadığını” söyləmişdir. Beləliklə də, Conson xalqı mitinglərdən uzaq durmağa səsləmişdir .

Brekzit Partiya lideri Nigel Farage də Twitterdənyayımladığı mesajda Çörçilheykəlinin metal panolarla çevrilməsinin “təslim olmaq” mənasın da olduğunu  bildirmişdir.

 İrqçiliyə qarşı insanlar hələdə mitinq edir və heykəlləri yıxacaqlarını bildirirlər, onlardan əvvəl bu heykəllərin yıxılmasını dövlətdən tələb edirlər[5]. Lakin diğər aktivistlər olan saxçılar isə irqçiliyə qarşı olan insanlarla qarşı qarşıya gəlməktədirlər. Sağçılar isə “heykəllər tarixi əks etdirən bir varlıq” olduqlarını bildirərək heykəlləri qorumağa çalışırlar. Polis isə  həm irqçiliyə qarşı aktivistlərin  həmdə  sağçıların   qarşı qarşıya gəldikləri zaman çıxan münaqişəni aradan qaldırmaqda belə çətinlik çəkillər.

“Britaniya Müdafiə Liqası” və “İngiltərə” kimi  müxtəlif  guruplardan təşkil olunan mindən çox radikal sağçılar səhər tezdən  Parlament meydanında və başnazirliyə gedən yol üzərində qurulan polis postlarının girişində  yığışmağa başlamışdılar.

Baş nazirin olduğu əraziyə girmək istəyən radikal sağçılar polislə üz – üzə  gəlmişlər. Belə ki, polis radikal sağçıların baş nazirin olduğu əraziyə girməsini qadağan etdiyi üçün radikal sağçılar polislərə dəmir qutular atmağa başladılar.  Bu əsnada bəzi insanların bir birinə "Nazi salamı" verdiyidə gözdən qaçmamışdır.  Radikal sağcılar həmin münaqişədə 2 jurnalistə hücum etmişdilər .

Yüzlərlə irqçiliyə qarşı olan aktivistlərdə Londonun mərkəzinə toplandılar.  Trafalgar Meydanında  radikal saxçılar ilə irqçiliyə qarşı olan  aktivistlər arasında böyük miqyaslı münaqişə  baş verdi.  Polisin müdaxiləsi ilə bu münaqişə dağıdıldı və buradan gedən aktivistlər daha sonra Vaterloo stansiyasında yenidən qarşı qarşıya gəlmişdilər. Polis çox  sayda  aktivisti həbs etmiş, lakin  hadisələr zaman zaman Londonun mərkəzində davam etməkdədir[6].

 

 

Populyar xəbərlər