AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Amerika
Son dövrlərdə ən çox müzakirə olunan mövzulardan biri də Amerika Birləşmiş Ştatları (ABŞ) ilə İran arasında birbaşa müzakirələrlə bağlı iddialardır. Hər iki “cəbhədə” məsələyə müsbət, ehtiyatlı və tənqidi yanaşan rəsmilər mövcuddur.
İran-ABŞ münasibətləri mövzusu hazırda beynəlxalq sistemin ən mühüm və aktual məsələlərindən birinə çevrilib. Məsələnin bu qədər əhəmiyyət qazanması problemin tərəfləri, coğrafiyası və mövzusu ilə birbaşa əlaqəlidir.
İyunun 21-də Rusiya ilə Belorusiya arasında növbəti qaz böhranı baş verib. Belə ki, Rus qaz şirkəti “Qazprom” Belorusiyanın 192 milyon dollarlıq borcunu səbəb göstərərək bu ölkəyə göndərdiyi qazı kəsməyə başladığını açıqlayıb. Şirkət rəsmiləri ilk mərhələdə bu kəsintinin 15% həcmində olduğunu, ancaq bu miqdarın 85%-qə qədər yüksələ biləcəyini bildirib. Rusiya və Belorusiya enerji şirkəti
BMT Təhlüksəsizlik Şurasının iyunun 9-da İrana qarşı sayca 6-cı dəfə embarqo tətbiq etməyi qərarlaşdırmasından sonra maraq doğuran məsələlərdən biri də Rusiya-İran münasibətlərinin taleyi olub. Təhlükəsilik Şurasının 1929 sayılı embarqo qərarına dəstək verən Rusiyanın başda Buşəhər AES-i və S-300 raket kompleksləri olmaq üzrə İranla əməkdaşlığa dair mühüm lahiyələrdə necə davranacağı ciddi önəm daşıyır. Belə
http://www1.voanews.com/azerbaijani/news/iran/Dyirmi-Masa-BMT-nin-rana-qar-yeni-sanksiyalar-96083864.htmlQətnamə Tehrana qarşı BMT-nin silah embarqosunu genişləndirir və İranın bank sektorunu hədəf alır10 İyun 2010, Cümə axşamıBMT Təhlükəsizlik Şurası dünən mübahisəli nüvə proqramı ilə bağlı İrana qarşı dördüncü raund sanksiyalar tətbiq edilməsi haqda qərar çıxardı. Şuranın 15 üzvündən 12-si qətnamənin lehinə, Türkiyə və Braziliya isə əleyhinə səs verdi. Yeni sanksiyalara İnqilab Keşikçiləri Qvardiyasının üzvləri də
İrana edilən təzyiqlər, bu ölkəyə həyata keçirilən gözlənilən və gözlənilməz səfərlər, sanksiyalarla bağlı ilk dəfə ümumi beynəlxalq razılaşma görüntüsünün ortaya çıxması nəhayət ki, ilk nəticəsini verdi: İran zənginləşdirilmiş uranın mübadiləsinin Türkiyədə edilməsi barədə təkliflə razılaşdı. Xatırladaq ki, bu barədə danışıqlar xüsusilə mayın 15 və 16-da sıxlaşdırıldı. Braziliyanın Prezidenti Lula Da Silva geniş nümayəndə heyəti ilə
Ukraynada Viktor Yanukoviçin prezident seçilməsindən sonra Rusiya ilə bu ölkə arasında münasibətlərdə yeni yaxınlaşma mərhələsinin dövrünün başlaycağı heç kimdə şübhə doğurmurdu. Amma, bu yaxınlaşmanın dərəcəsinə dair fərqli fikirlər mövcud idi. Yeni prezident Yanukoviç maraqlı tərəfləri intizarda qoymayıb və artıq yaxınlaşma gözləntilərini “artıqlaması ilə yerinə yetirməyə” başlayıb. Prezident Yanukoviçin fevral və Baş Nazir Nikolay Azarovun
Ermənistan Prezidenti Serj Sarkisyan Rusiyalı həmkarı Dmitri Medvedevin dəvəti ilə aprelin 20-də Moskvaya səfər etdi. Kremlindən yayınlanan açıqlamada Moskva yaxınlığındakı Qorki rezidensiyasında keçirilən Medvedev-Sarkisyan görüşündə beynəlxalq, bölgəsəl və ikitərəfli münasibətlərin müzakirə edildiyi bildirilib. Görüşdə Ermənistan prezidenti Rusiyaya iqtisadi böhrandan çıxmaq üçün keçən il verdiyi 500 milyon ABŞ dolları məbləğindəki kredit üçün təşəkkür edib
Türküstan qəzeti18 Aprel 2010-cu il Aprel ayı növbəti dəfə Türkiyə-Ermənistan münasibətlərində hərəkətliliklə müşahidə olunur. Əvvəlcə, Türkiyə Xarici İşlər Nazirliyinin aparat rəhbəri (müstəşar) Firudin Sinirlioğlu Baş Naziri Rəcəb Tayip Ərdoğanın xüsusi nümayəndəsi kimi aprelin 7-də Ermənistana gedib. Bu barədə öncədən məlumat verilməyib. Sadəcə olaraq həmin gün Parisdə rəsmi səfərdə olan Ərdoğan jurnalistlərlə görüçündə bunu açıqlayıb. Daha
Qırğızıstanda baş verən hadisələr artıq on günə yaxındır ki, dünya gündəminin əsas mövzularından biridir. Müxalifət əvvəlcə hakimiyyət binalarını, sonra isə hakimiyyəti ələ keçirdi. İndi isə bu hakimiyyəti rəsmiləşdirməyə çalışır. Prezident Bakiyev paytaxtı tərk edərək məmləkətinə çəkilmişdi və istefa vermək fikrində olmadığını iddia edirdi. Xarici və daxili təzyiqlərin kölgəsində gedən bu proses aprelin 15-də Bakiyevin ölkəni
Populyar xəbərlər