Avropa

Türk Dünyasının bütövləşməsi istiqamətində ciddi addım: Berdimuhammədov-Əliyev-Gül görüşü

Pinterest LinkedIn Tumblr

Türküstan qəzeti
14 dekabr 2008
QAFSAM-ın sədri Araz ASLANLI ilə müsahibə
– Sizcə, Azərbaycan-Türkmənistan-Türkiyə dövlət başçılarının bir araya gəlməsi simvolik məna dasiyirmi? Yəni Oğuz Birliyi…
– Men bunun bütünlükdə Türk Dünyasının bir araya gəlməsinin simvolu kimi qiymətləndirilməsinin tərəfdarıyam. Türk dünyasının bütövləşməsi  istiqamətində gedən prosesin son dövrlərdəki xarakteri çoxşaxəli olmasıyla diqqət çəkir. Döpvlət başçılarının zirvə görüşlərindən tutun, müxtəlif qeyri hökümət təşkilatlarının görüşlərinə, musiqi yarışmalarından idmanda əməkdaşlığa qədər, mədəni siyasi, iqtisadi, texniki və s. sahələrdə əməkdaşlığın ikkişafı üçün addımlar atılır. Bu 3tərəfli görüş ilk növbədə bu prosesin bir parçasıdır. Amma bir yandan Türkmənistan ilə Azərbaycan arasındakı münasibətlərdə vaxtı ilə suni surətdə  yaradılmış gərginlik, digər tərəfdən həm Türk Dünyasının ümumi inteqrasiyası, həmə enerji sahəsindəki regional və qlobal layihələr üçün Azərbaycan-Türkmənistan münasibətlərinin normal olmasının vacibliyi bu görüşə əlavə əhəmiyyət gətirirdi.  
– Bu format Türkmənistanın Türk PA-ya qoşulmasına təkan verə bilərmi?

– SSRİ dağıldıqdan sonrakı ilk illərdə Türk dövlətləri  bütövləşmə istiqamətində bütün addımları sürətlə atmağa çalışdılar ya da ən azı bəzi liderlər bunu çox arzuladılar. Ancaq həm Türk dövlətlərinin daxili şərtləri həm də beynəlxalq şərait buna çox münasib deyildi. Ona görə ciddi addımlar atıla bilmədi.
Eyni zamanda çox böyük ideyalar ortaya atılmış, böyük ümidlər formalaşdırılmışdı. O baş tutmayanda xəyal qırıqlığı, yaranmağa başladı ki, bəs Türk Dünyası birləşə bilmir və s.  Amma bu proseslər kifayət qədər çətin və ciddi proseslərdir. Türk Dünyasının birləşməsi, inteqrasiyası sadəcə ideoloji bir proses deyil. Istiqamətləri çoxdur. Amma ən vaciblərindən biri budur ki, bu proses qlobal siyasətlə bir başa əlaqəli bir məsələdir.
Qlobal amilləri nəzərə alıb plan və proqram büəyyənləşdirmədən bu yaxınlaşma mümkün deyildi. Mən hal-hazırkı addımları planlı proqramlı prosesin bir mərhələsi kimi qiymətləndirirəm və uğurlu sayıram. Bu mənada Bütün Dürk dövlətlərinin eyni vaxtda bütün qurumlarda yer almasının çətin olduğunu da görürəm. Düşünürəm ki, Azərbaycan və Türkiyə bu işin öncüsüdürlər. həm daxili amilləri, həm apardıqları xarici siyasət buna imkan verir. Digər dövlətlər də mümkün formatlarda bu prosesə cəlb olunurlar. Ancaq təbii ki bu o demək deyil ki, digərlərinin mövqeyi tam məqbuldur. Xeyir. Burda söhbət qlobal prosesləri gözləməkdən getmir. Onları nəzərə alıb iradə nüməayiş etdirməkdən gedir. Bu mənada digər Türk dövlətləri bir qədər də cəsur olmalıdırlar.
Bir başa Türkmənistanın Turk PA-ya daxil olması gəldikdə isə bayaq dediyim kimi, bütün Türk dövlətlərinin eyni vaxtda bütün qurumlarda təmsil olunması yəqin ki, baş verməyəcək. Amma təbii ki bu proses tədricən də olsa getməlidir və gedəcək.
– Assambleyaya qoşulmayan Özbəkistanla da üçlük formatı yaradıla bilərmi?
– Təəsüf ki, Özbəkistanın ümumilikdə Türk Dünyası ilə bağlı siyasəti yaxşı deyil. Halbuki Qərbi Türküstanın (Orta Asiyanın) istər əhalisinin sayına, istər yerləşdiyi coğrafi məkana görə ən əhəmiyyətli dövləti sayıla bilən bu ölkə bir qədər fərqli siyasət aparmalı idi. Türk dünyasının yaxınlaşması prosesindən bu qədər uzaq durmamalı idi. Özbəkistanın daxili potensialı da fərqli siyasət tələb edir. Özbəkistanın bir digər səhvi bu prosesi Türkiyə ilə münasibətlərinə bağlamasıdır. Yəni həm Türkiyə ilə münasibətlərini normal məcraya salmağa təşəbbüs etmir, çox vaxt əksinə hərəkət edir. Eyni zamanda Türkiyə ilə münasibətlərindəki mənfi çalarları bütünlükdə Türk Dünyası ilə əlaqədar proseslərə qatır. Görünür bir qədər zaman keçməlidir. Çünkü Özbəkistanda ümumiyyətlə ictimaiyyətdə Türk Dünyası ilə bağlı fikirlər yetərincə yüksəkdir. Rəsmilər arasında da bu istiqamətdə müsbət fikirlərdə olanlar və addımlar atmaq istəyənlər var. Eyni zamanda Azərbaycanın Özbəkistanla münasibətləri də yaxşıdır. Buna görə də mən inanıram ki, bütün bunlar Özbəkistanın Türk Dünyası ilə bağlı proseslərdə daha fəal iştirak etməsinə səbəb ola bilər.

Araz Aslanlı