Avropa

Rusiya Belorusiyada RƏM sistemi quracaq

Pinterest LinkedIn Tumblr

Rusiya prezidenti Dmitri Medvedevlə Belorus həmkarı Aleksandr Lukaşenko arasında Fevralin 3-də Moskvada keçirilən Ortaq dövlət sammiti keçirilən müzakirələr Avropa təhlükəsizilik sistemini və Rusiya–ABŞ münasibətlərinə təsir edəbiləcək mühüm nəticələrlə sonuçlandı. İki lider arasında keçirilən danışıqların birinci mühüm nəticəsi isə Belorusiyada ortaq bölgəsəl raket əleyhinə müdafiə sisteminin (RƏMS) qurulmasının qərarlaşdırılması oldu. Yeni müqavilə ilə hər iki ölkə təyyarəçilərinin Rusiya-Belorusiya sərhədini keçməsi üçün xüsusi icazə almasına artıq ehtiyac qalmayacaq. Müqaviləyə görə, qurulması planlanan ortaq RƏMS sistemi 5 hava, 10 zenit raket, 5 rabitə və 1 ədəd elektronik hərbi müdafiə hissəsindən ibarət olacaq. RƏMS-in əsas gücünü Rusiya təşkil edəcək, Belorusiya isə bu gücdə S-300P raket sistemləriylə təmsiul olunacaq. Gücün komandanı isə Medvedev və Lukaşenko razılaşması ilə təyin ediləcək. RƏM-in əsas gəragahı Rusiyada, köməkçi gəragahı isə Belorusiyada yerləşəcək. Rusiya Hərbi Hava Qüvvələrinin Komandanı general-polkovnik  Aleksandr Zelin verdiyi açıqlamada RƏMS-in Rusiya- Belorusiya Ortaq Dövlətinin ümumi hava hücümdan müdafiə sisteminin ilk addımı olduğunu və ortaq dövlətin Baltikdən Ukraynaya qədərki Qərb sərhədinin təhlükəsizliyini təmin edəcəyini  bildirdi. Əslində iki ölkə arasında ABŞ-ın Polşa və Çexiyaya raket yerləşdirmə planına qarşı hələ 2008-ci ildə gündəmə gələn ortaq RƏMS müqaviləsi Lukaşenkonun yavaş davranması nəticəsində gecikmişdir. Lukaşenkonun müqaviləni imzalamasının Rusiya ilə qaz qiymətləri mövzusunda razılaşmanın ardından gəlməsi isə diqqəti xüsusiylə gəlb etməkdədir. Qazprom və Beltransqaz arasında imzalanan müqaviləyə görə Rusiya Belorusiyaya təbii qazı rəsmi Minskinin istədiyi kimi 1000 m3 təxminən 140 dollardan satacaq. Belorusiyanın Rus qazının tranziti keçiş qiymətiniə isə  daha evvəl elan etdiyi kimi 14,3-22,5 faiz arası yerinə 8,6-9,2 faiz bahalaşdıracaq.
Moskvadakı ortaq dövlət toplantısında hərbi məsələ ilə yanaşı başda iqtisadi əməkdaşlıq olmaq üzrə digər məsələləri də gündəmə gəlmişdir. Lukaşenko Rusiyanın uzun müddətdən bəri təkidlə gündəmə Rublun ortaq valyuta kimi istifadə edilməsini dəstəklədiyi vurğuladı. Rəsmi Minsk qlobal iqtisadi böhranınla mübarizə üçün Rusiyadan kredit istəmişdi. Xatırladaq ki, Rusiya Belorusiyaya 2008-ci ilin Noiyabr və bu ilin Fevral ayında hər birində 1 milyard dolar olmaqla cəmi 2 milyard dollar kredit vermişdi. Rəsmi Minsk ayrıca, Rubl ehtiyat fondunun yaradılması və ikitərəfli ticarətdə pul vahidi kimi Rubldan istifadə etmək üçün 100 milyard Rubl daha istədi. Rəsmi Moksvanın bu pulu da 2009-cu ilin ilk altı ayı içərisində verəcəyi bildirilməkdədir. Digər yandan Rus mənbələri Lukaşenkonun Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyacağını və bunun üçün də ölkə qanunlarına uygun olaraq mövzunun parlamentin gündəminə gələcəyini iddia edirlər.
Ümumilikdə son Rusya-Belorisya görüşünün, xüsusən ortaq RƏM sistemi qurma razılaşmasının  həm bölgə üçün, həm də qlobal sistemdə ciddi problemlər yaradacağı və xüsusiylə də Rusiya-ABŞ və Rusiya-AB münasibətlərindəki problemi artiracağını güman etmək olar.      

Dr. Nazim Cəfərsoy