Avropa

GƏNC TƏDQİQATÇI: Saakaşvili Qərbdən kömək istəyir

Pinterest LinkedIn Tumblr

Gürcüstan Prezidenti Mixail Saakaşvili ölkəsini Rusiyadan müdafiə etmək üçün Qərbdən kömək istəyir. Onun bu açıqlamasına səbəb son zamanlar bir sıra Rusiya dövlət adamlarının Gürcüstan əleyhinə bəyanatlarla çıxış etməsidir. Son günlərdə Rusiya Federasiya Şurasının sədr müavini Aleksandr Torşinin və prezident Dimitri Medvedevin ittihamedici bəyanatları Gürcüstan xarici siyasət idarəsində narazılıqlara səbəb olmuş və Gürcüstan XİN-i dünya ölkələrini Rusiyanın provokativ bəyanatlarına münasibət bildirməyə çağırmışdır.

Xatırladaq ki, Gürcüstanı “Domodedovo”da baş verən terror aktında günahlandıran Aleksandr Torşin bildirmişdir ki, ”baş verən terror aktında əminəm ki, xarici qüvvələrin əli vardır və mənə elə gəlir ki, Gürcüstan hökümətinin bu işlə birbaşa əlaqəsi vardır. M.Saakaşvili Rusiyaya olan kinini gizlətməyə çalışmır və bunu açıq şəkildə biruzə verir.” Buna münasibət bildirən Gürcüstan tərəfi öz ölkələrinin terrorla əlaqələrini sübut edəcək istənilən arqumenti qəbul etməyə hazır olduğunu bildirib. Digər tərəfdən,bu yaxınlarda Soçidə olimpiadaya hazırlıq işləriylə maraqlanan prezident Medvedev çıxışında bildirmişdir ki, Rusiyanın qonşusu Gürcüstanla bir sıra siyasi problemləri vardır. Medvedev bununla başlı bir sıra hökümət orqanlarını daha da diqqətli olmağa çağırmışdır.

Bu yaxınlarda mətbuata müsahibə verən Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze bəyan etmişdir ki, Gürcüstan istənilən vasitəylə tez bir zamanda Rusiyayla ortaq məxrəcə gəlməli və dostluq əlaqələrini bərpa etməlidir. Bu onun üçün siyasi və eyni zamanda iqtisadi baxımdan çox önəmlidir. Lakin hal-hazırki Gürcüstan hökümətinin bu məsələyə münasibəti ondan ibarətdir ki,iki ölkə arasında münasibətlərin yenidən əvvəlki vəziyyətə qayıtması yalnız Gürcüstan əraziləri işğaldan azad olunduğu təqdirdə mümkündür.
(Rüfət Abdullayev  ADİU TUDİFAK 3 Kurs)

Rüfət Abdullayev