Avropa

GƏNC TƏDQİQATÇI: Ərdoğan 7 nazirlə Rusiyaya gedir

Pinterest LinkedIn Tumblr

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan xarici işlər naziri Əhməd Davudoğlu və Energetika naziri Taner Yıldız da daxil olmaqla 7 nazirlə birlikdə 15-17 mart 2011-ci il tarixlərində Rusiyaya tarixi bir səfər gerçəkləşdirir. Səfər Rusiya ilə Türkiyə arasında 1921-ci ildə qurulmuş olan diplomatik münasibətlərin 90 illiyinə təsadüf edir. Səfər çərçivəsində Ərdoğanın Rusiya baş naziri Vladimir Putinlə ayrıca görüşü də nəzərdə tutulub. Səfər zamanı iki ölkə arasında viza rejiminin ləğv edilməsi prosesinin başa çatdırılması gözlənilir. Səfər çərçivəsində eyni zamanda “Rus-Türk biznes forumu” da keçiriləcəkdir. Forumun gündəliyində olan başlıca məsələ yaxın 5 ildə iki ölkə arasında ticarət həcmini 100 milyard dollara çatdırmaqdır.

Son zamanlar iki ölkə arasında xarici siyasət baxımından da yaxınlaşma müşahidə edilməkdədir. Belə ki, bir sıra məsələlərdə hər iki ölkənin mövqeyi üst-üstə düşməktədir. Ərdoğan tərəfindən ortaya atılan “qonşularla sıfır problem” siyasəti Rusiya baxımından bir sıra müsbət nəticələr verməkdədir. Özəlliklə də son zamanlar İranın nüvə problemi, Yaxın Şərq problemi, Əfqanıstan problemi, Qafqazda və digər regionlarda yaşanan problemlərdə hər iki ölkənin mövqelərində paralelliklər müşahidə edilməkdədir.  Ərdoğanın son səfərinin də iki ölkə arasındakı yaxınlaşmaya yeni impuls verməsi gözlənilir.

(Rufət Abdullayev ADİU TUDİFAK BM 3-cü kurs) 

Rüfət Abdullayev