Hərbi-təhükəsizlik

Bu seçkilərdə də Ermənistanda Rusiya planı işləyəcək

Pinterest LinkedIn Tumblr

 

 

Artıq Ermənistan Mərkəzi Seçki Komissiyası prezident seçkilərində iştirak edəcək namizədlərin adlarını açıqlayıb. Beləliklə, 2013-cü il prezident seçkilərində iştirak etmək üçün 8 namizədin adı təsdiqlənib. Bunlar fəaliyyətdə olan Ermənistan prezidenti, Ermənistan Respublikaçılar Partiyasının sədri Serj Sərkisyan, Milli Müqəddərat Birliyinin lideri Paruyur Hayrikyan, Azadlıq Partiyasının lideri, Ermənistanın sabiq baş naziri Hrant Baqratyan, Jaranqutyun (İrs) Partiyası idarə heyətinin rəhbəri, sabiq Ermənistan xarici işlər naziri Raffi Hovhannisyan, “Radio Hay” radiostansiyasının rəhbəri, politoloq Andreas Qukasyan, tanınmamış Dağlıq Qarabağ Respublikasının sabiq xarici işlər naziri Arman Melikyan, Milli Həmrəylik Partiyasının sədri Aram Harutyunyan və əhaliyə tanış olmayan, özünü epik poeziya üzrə mütəxəssis kimi təqdim edən inşaatçı-mühəndis Vardan Sedrakyandır.

 

Maraqlıdır ki, ilk öncə on beş nəfər prezidentliyə namizəd kimi qeydiyyatdan keçmək üçün MSK-ya müraciət etmişdi. Sonradan S.Sarkisyanın “səyi” nəticəsində onlardan 7-si öz namizədliklərini geri götürdülər. Onların əksəri rəsmi olaraq bunu MSK-ya ödəniləcək 8 milyon dram (20 min dollar) “namizədlik haqqı” ilə bağlı olduğunu bəyan ediblər. Əslində isə 7 namizədin mübarizədən imtina etməsinə səbəb S.Sərkisyanın öz ideyalarını yeritməsi oldu.

Ermənistanda real seçkidən danşmağın nəinki çətin, bəlkə də mümkün olmadığını deyən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı isə saytımıza açıqlamasında  bu ölkədə Rusiya amilini xüsusivurğuladı: “Ermənistanda, ümumiyyələ, daxili  və xarici siyasətin formalaşdırlımasını daha çox Rusiya ilə əlaqələndirməliyik. Buna görə orada hansısa bir azad rəqabətdən, seçki mühitindən söhbət gedə bilməz. Çünki azad seçki mühiti ilə indi orada mövcud olan amilləri yan-yana qoymaq bir-birinə təzad təşkil edir”.

 

A.Aslanlı hesab edir ki, ermənilər hər zaman mənafelərinin həyata keçirilməsi üçün Rusiya ilə əməkdaşlığa üstünlük verirlər: “İstər prezidentliyə namizdlərin sayının azaldılması, istər bundan sonra baş verəcək proseslərin hamısını bu çərçivədə dəyərləndirmək lazımdır. Normal, hətta normalı bir kənara qoyuram, normala oxşar seçki prosesinin keçirilməsini gözləmək çox zəif ehtimaldır. Sanki olmayacaq kimidir. Rusiya istəmədiyi və hansısa bir fövqəladə hadisə baş vermədiyi müddətdə yəqin ki, Sərksiyan hakimiyyəti davam edəcək”.

 

Mərkəz sədri buna müqavimət göstərmək istəyənlərin olacğını da istisna etmir: “Onlar Sakisyanın ilk dəfə seçildiyi dövürdəki kimi, dinc əhaliyə atəşin açılmasından tutmuş digər qəddarlıqlara qədər cavab alacaq. Yaxud daha güclü olsa 1999-cu ildə parlament sədrinin olduğu şəkildə nəticələr ortaya çıxa bilər. Amma bütün hallarda Rusiya yəqin ki, surprizlərə imkan verməyəcək.

 

Fuad Hüseynzadə                                

 

KarabakhINFO.com

Fuad Hüseynzadə