Hərbi-təhükəsizlik

Gürcüstanın yeni hərbi doktrinası və Rusiya

Pinterest LinkedIn Tumblr

 

Gürcüstanın Baş naziri Bidzina İvanişvili 26 apreldə “Rustavi-2” televziyasının “Mövqe” verilişinə verdiyi müsahibəsində yeni hazırlanan Gürcüstan hərbi doktrini barəsində mühüm açıqlama verib. O, Gürcüstan parlamentinin Xarici Əlaqələr Komissiyası tərəfindən artıq qəbul edilən yeni hərbi doktrina lahiyəsində Rusiyaya dair mövqeyin yumşaldıldığını bildirib. İvanişvilinin açılamasına görə, yeni hərbi doktrinada artıq Rusiya “düşmən” kimi xarakterzə edilmir. İvanişvili yeni hökümətin keçmiş ritorikadan vaz keçməsinin meyvələrini verdiyini və yeni ritorikanın artıq Gürcüstana Rusiya bazarına giriş imkanı yaratdığını bəyan edib. 

 

Rusiya ilə münasibətləri yenidən canlandırmanının “pis bir şey” olmadığını vurğulayan İvanişvili, Gürcüstanın ərazi bütövlüyünün qısa müddətdə bərpa ediləcəyinə dair illüzyalara qapılmadığını da bildirib. O, Rusiyanın Abxaziya və Cənubi Osetiya problemini təkbaşına həll etməyəcyini, bu bölgədə yaşayan insanlardan da çox şey asılı olduğunu və onların da qayıtmaq arzusun ortaya çıxmasının vacibliyini bildirib. Baş nazir İvanişvili bu məqsədlə Gürcüstanın maraqlı ölkəyə çevrilməsinin və ölkənin yaxın illərdə həqiqi demokratik inistutların qurulduğu “demokratiya fənəri” olmasının zərurətini vurğulayıb.

 

Xatırladaq ki, Gürcüstan hərbi doktrinasında Rusiyaya dair açıq mənfi yanaşma özünü ilk dəfə Saakaşvilinin hakimiyəti illərində bu ölkə ilə gərginləşən münasibətlər fonunda göstərib. İlk dəfə 2005-ci ildəki Gürcüstan hərbi doktrinasında Rusiyanın əsas məqsədinin “Gürcüstanın yekişkin dövlətə çevrilməsinə, onun Avropa və Avroatlantik seçimini həyat keçirməsinə mane olmaq” və “bu ölkəni zorla Rusiya təsir dairəsinə qaytarmaq” olduğu  vurğulanıb.

 

2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsindən sonra isə rəsmi Tiflis yeni vəziyyətə uyğun hərbi doktrina hazırlıqlarına başlayıb. Bu çərçivədəki çalışmalar 2011-ci ilin fevral ayından etibarən isə parlamentin gündəminə gəlib. Həmin ilin dekabrında qəbul edilən yeni doktrina Gürcüstan üçün əsas təhlükələr arasında “Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalı”, “Rusiya tərəfindən yeni bir hərbi müdaxiləyə məruz qalma riski” və “işgal edilmiş ərazilərdə Rusiya tərəfindən təşkil edilən terrorçu fəaliyətlər” xüsusi qeyd edilib.                       

 

Baş nazir İvanişvilinin yeni hərbi doktinada dəyişiklik barəsindəki açıqlaması yeni Gürcüstan hökümətinin Rusiya ilə keçən ilin sonundan etibarən başlatdığı gərginliyə son vermə və normallaşma siyasətinin məntiqi nəticəsi qiymətləndirilə bilər. İvanişvili hökuməti bu çərçivədə daha əvvəl də Rusiya rəhbərliyi ilə müxtəlif müzakirələr aparmış və nəticədə Gürcü şərablarına, mineral sularına, çay və meyvə-tərəvəzinə Rusiya bazarına dönüş yolu açılmışdır. Bundan əlavə, Rusiyanın Xarci işlər naziri Sergey Lavrov Cənubi Osetiyaya dair mövqelərinin yumuşala biləcəyini göstərən bəzi məsajlar vermişdi.  

 

Dr.Hatəm Cabbarlı