Araşdırmalar

Geosiyasi Rəqabət və Geoiqtisadi Maraqlar Zəminində Xəzər Hövzəsinin „Qordi Düyünü“

Pinterest LinkedIn Tumblr

Bu araşdırmada Xəzər hövzəsinə dair proseslər bir-biri ilə yaxından əlaqəli iki vacib istiqamət üzrə təhlil edilmişdir. Bunlardan biri Xəzərin hüquqi statusu problemi, digəri isə Transxəzər əməkdaşlığıdır. Araşdırmada əvvəlcə hüquqi status probleminin mahiyyətinə və hüquqi statusa dair müzakirələrə, eləcə də Transxəzər əməkdaşlığının istiqamətlərinə, atılan addımlara və mövcud problemlərə toxunulmuşdur. Hər iki istiqamətdəki proseslərdə Xəzəryanı dövlətlərin mövqeyi və addımları ilə yanaşı Avropa Birliyi, ABŞ və Türkiyənin mövqeyi də işıqlandırılmışdır. Xüsusilə Azərbaycan-İran münasibətlərinin həm Xəzərin statusu problemi, həm də Transxəzər ilə qarşılıqlı əlaqəsi təhlil edilmişdir. Araşdırmanın son hissəsində Xəzərin statusu probleminin həlli və Transxəzər əməkdaşlığının genişləndirilməsi ilə bağlı imkanlar, risklər və təkliflər ortaya qoyulmuşdur .

Detallı oxumaq üçün

 

Araz Aslanlı