Hərbi-təhükəsizlik

Araz Aslanlı: “Azərbaycan öz qətiyyətini nümayiş etdirir”

Pinterest LinkedIn Tumblr

Araz Aslanlı: “Azərbaycan öz qətiyyətini nümayiş etdirir”

http://sia.az/az/news/economy/466737-araz-aslanli-azerbaycan-oz-qetiyyetini-numayis-etdirir

 “Azərbaycan Prezidentinin Türkiyənin Qars şəhərinə səfəri zamanı iki vacib addım atıldı. Bunlardan biri TANAP-ın təməlqoyma mərasimi, digəri isə Azərbaycan tərəfindən tikilən Heydər Əliyev adına məktəbin açılışıdır”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib. Onun sözlərinə görə, Azərbaycan dünyanın bir çox ölkəsində sosial, təhsil və səhiyyə layihələri həyata keçirir ki, bunun da önəmi çox böyükdür: “Hər ikisi böyük məna kəsb edir. Açılan məktəb haqqında onu qeyd edim ki, Azərbaycan dünyanın digər ölkələrində sosial, təhsil və səhiyyə sahələrində müxtəlif layihələr həyata keçirir. Azərbaycanın əsas istiqamətləri qardaş Türkiyə və Pakistan ölkələridir. Ölkəmizin xarici siyasətində bu xalq gücündən istifadə etməsi, həm də qardaşlıq mövqeyinə çevrilməsi mövqeyindən bu ölkələr çox böyük əhəmiyyət kəsb edir. Belə addımların atılmasını çox yüksək qiymətləndirmək lazımdır. Həm dostluğun möhkəmləndirilməsi, həm də xarici siyasətdə qardaşlıq bağlarının daha da inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir”. 

 

Ekspert TANAP layihəsinin reallaşdırılmasında Azərbaycan və Türkiyənin ortaya qoyduğu qətiyyətli addımların xüsusi rolu olduğunu vurğuladı və Azərbaycanın bundan öncə addımlarını atdığı layihələrin tarixinə nəzər saldı. TANAP-dan sonra NABUCCO layihəsinin yenidən gündəmə gələcəyi ilə bağlı fikir söylədi: “TANAP-la bağlı hadisə Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir. Çünkü əvvəllər deyirdik ki, Xəzər hövzəsi enerji ehtiyatlarını dünya bazarlarına çıxarması ilə bağlı proses başladığından bu günə qədərki mərhələdə Qərb dövlətlərinin böyük iddiaları olub, Rusiya və İranın manevr təşəbbüsləri olub. Layihənin hansı ölkələrdən keçməsi ilə bağlı Azərbaycan və Türkiyənin ortaya qoyduğu mövqe xüsusi əhəmiyyət kəsb edir. Bunu Bakı – Tbilisi – Ceyhan boru xəttində də xatırlamaq lazımdır. Çünkü əsas qərar veriləndə Rusiya və İran buna mane olmaq istəsə də, bu barədə Azərbaycan qərbdən tam dəstək almasa da Amerika Birşləşmiş Ştatları dəstək verib. Amma buna baxmayaraq, Azərbaycan öz iradəsini nümayiş etdirərək, Türkiyə isə maliyyə ilə bağlı riskləri öz üzərinə götürərək bu layihəni reallaşdırdılar. Daha sonra NABUCCO ilə bağlı qərar ortaya çıxdı. İllərlə danışıldı, həm qərar qəbul edilmə mexanizminin Avropa Birliyində mürəkkəb olması, həm də müəyyən maliyyə riskləri imkan vermədi ki, həmin layihə reallaşdırılsın. Ona görə də Azərbaycan və Türkiyə daha qətiyyətli mövqe nümayiş etdirərək TANAP-la bağlı qərar qəbul etdilər. Bundan başqa, hər iki ölkənin maliyyə ilə bağlı imkanı buna şərait yaratdı, həm də siyasi iradə daha qətiyyətli şəkildə ortaya qoyuldu. Azərbaycanın NABUCCO-nun reallaşdırılması ilə bağlı iddiaları yenə davam edir. Prezidentin Bolqarıstana səfəri zamanı bu layihə xüsusilə qeyd olundu. Mən hesab edirəm ki, TANAP layihəsini reallaşdırmağa başlamaqla Azərbaycan göstərdi ki, 90-cı illərdəki enerji strategiyasını davam etdirir”.

 

Araz Aslanlı Rusiyanın regionda hegemoniyasına baxmayaraq Azərbaycanın qlobal əhəmiyyətə malik layihələrə imza atdığını ifadə etdi. Bu qətiyyətli addımların keçmişlə bağlı olduğunu vurğuladı: “Dünyadakı maliyyə ilə bağlı problemlərə baxmayaraq, həm keçmiş Sovet regionundan Rusiyanın hegemoniyasının güclənməsinə baxmayaraq Azərbaycan öz qətiyyətini nümayiş etdirir. Bu 90-cı illərdə də belə idi, indi də davam etdirilir ki, bu da çox əhəmiyyətlidir. Həm Türkiyə – Azərbaycan əməkdaşlığı baxımından, həm Avropanı enerji təhlükəsizliyi baxımından bu qətiyyətli addımlar xüsusi rola malikdir. Amma ən əsas  məqam isə Rusiyanın regiondakı hegemoniyasına baxmayaraq Azərbaycanın atdığı addımlardır”.

Orxan Faiqov

Araz Aslanlı