Hərbi-təhükəsizlik

Nəvaz Şərifin səfəri iki ölkə arasında münasibətlərin inkişafina xüsusi tövhə verəcək

Pinterest LinkedIn Tumblr

https://www.youtube.com/watch?v=pYl8WCvTd3s

Azərbaycanla Pakistan arasında bugünkü əlaqələr regional təhlükəsizlik və əməkdaşlıq üçün çox mühüm rol oynayır. Pakistanın baş naziri Nəvaz Şərifin Azərbaycana səfəri zamanı iki ölkənin silahlı qüvvələri arasında birgə hərbi təlimlə bağlı planlar müzakirə edilib. 

Eyni zamanda, Azərbaycan Pakistandan ən müasir, yüksək texnologiyalı silahlar almaq istəyir və bu məsələdə tam anlaşma var. Azərbaycan prezidenti İlham Əliyevin sözlərinə görə, Azərbaycan 10 ildir ki, öz müdafiə sənayesini inkişaf etdirir: “Biz Pakistanda birgə istehsalatı qurmaq üçün müştərək şəkildə işləyə bilərik”. 

Ekspertlər də müxtəlif sahələrdə, o cümlədən hərbi-texniki əməkdaşlıq istiqamətində Pakistanla əlaqələrin inkişafını mühüm addım sayırlar. Onların fikrincə, Pakistan Azərbaycanın daimi dostudur və çox az dövlətlərdəndir ki, rəsmi Bakı ilə münasibətləri ardıcıl xarakter kəsb edir.

Araz Aslanlı, ekspert: “Pakistanın baş nazirinin Azərbaycana səfəri ikitərəfli münasibətlər baxımından da, bizim xarici siyasətimiz baxımından da xüsusi əhəmiyyət kəsb edir. Düşünürəm ki, Nəvaz Şərifin səfəri iki ölkə arasında münasibətlərin inkişafina xüsusi tövhə verəcək, eləcə də hərbi sahədə əməkdaşlığın artmasından rolu olacaq”.

Araz Aslanlı