Hatəm Cabbarlı, siyasi elmlər doktoru
2019-cu ilin dekabr ayında Çinin Uhan əyalətində ortaya çıxan, COVİD-19 virusu qısa zamanda sürətlə yayılaraq 2020-ci il fevral ayının sonlarında Ermənistana qədər gəlib çatmış, mart ayında isə Ermənistan pandemiyanın qarşısının alınması üçün xüsusi tədbirlər planı həyata keçirməyə başlamışdır.
Ermənistanda son iki ayda yaşananlara diqqət etdikdə, COVİD-19 pandemiyasının siyasət istisna olmaqla digər bütün sahələrə ciddi təsir etmiş və bu təsirin nəticələri artıq hiss edilməyə başlayır.
Ermənistanın daxili ictimai-siyasi həyatında əsas müzakirə edilən məsələ COVİD-19 pandemiyasının geniş yayılması, Nikol Paşinyan hökumətinin pandemiyanın qarşısının alınması üçün gördüyü tədbirlər, hökumət və müxalif siyasi qüvvələr arasındakı mübarizədir.
Ermənistanda 16 martda elan edilən fövqəladə vəziyyət 16 maya qədər davam edəcəkdir. 20 aprel 2020-ci il tarixinə qədər ölkədə 1339 nəfər virusa yoluxub, 580 nəfər sağalıb, 22 nəfər vəfat edib, 13373 nəfərə test edilib. Karantin rejimi 25 martda daha da möhkəmləndirilib, vətəndaşların hərəkəti məhdudlaşdırılıb.[1]
Hökumətin qarşılaşdığı ən böyük problem ölkə daxilində karantin rejiminə əməl olunmasını təmin etməklə bərabər xaricdə, xüsusən də Rusiyada yaşayan ermənilərin ölkəyə gətirilməsidir. Ermənistanın Rusiyadakı səfirliyinin verdiyi məlumata görə hal-hazırda Rusiyadan ölkələrinə qayıtmaq üçün 268 nəfər müraciət edib, Domadedova hava limaninda isə 130 nəfər Ermənistan vətəndaşı bir neçə gündür hava limanında gecələyir.[2] Maraqlıdır ki, Rusiyada yaşayan ermənilər ölkələrinə geri qayıtmaq üçün çalışsalar da, 16 apreldə bir qrup erməni Birləşmiş Millətlər Təşkilatının İrəvandakı ofisi qarşısında nümayiş təşkil edərək onların Gürcüstan üzərindən Rusiyaya getmələrinə köməklik etmələrini tələb ediblər.[3]
Ermənistanda fəaliyyət göstərən “Politekonomika İnstitu”nun əməkdaşı Yervand Bazoyan pandemiya ilə bağlı vəziyyəti şərh edərkən, post-pandemiya dövründə ölkənin səhiyyə, sosial və iqtisadi həyatının tənəzzül edəcəyini, bu prossesin artıq indidən başladiğını bildirib.[4] Belə ki, hökumət bir neçə gün əvvəl inşaat və digər sahələrdə çalışanların işə çıxmalarına icazə verməyə məcbur qalıb. Hökumət sosial təminatı zəif olan vətəndaşlarına köməklik göstərsə də, ciddi maliyyə problemləri ilə qarşılaşdığı üçün bu sahədə sosial narazılıq artır və etirazlar davam edir.
KİV-də Ermənistan parlamentində millət vəkillərinin arasında virusa yoluxanların olması haqqında informasiyalar verilsə də, Parlament sədrinin köməkçisi Vahan Kostanyan bu informasiyanı təkzib edib.[5]
Hökumət xaricdə qalan vətəndaşlarını ölkəyə gətirməyə çalışsa da, müxalif qüvvələr və mətbuat görülən işləri qeyri-kafi olaraq dəyərləndirir.
Ermənistanın daxili ictimai-siyasi həyatında sabiq prezident Robert Köçəryanınn məhkəməsi, bütün ermənilərin Katolikosu II Qareqinin Köçəryanı dəstəkləyən bəyanat verməsi, Konstitusiya Məhkəməsi və hökumət arasında yaşanan gərginlik, sabiq Prezident Serj Sarqsyanın 2016-cı ildə dörd günlük müharibə ilə bağlı parlamentdə dindirilməsi məsələləri gündəmdədir.[6]
Pandemiyanın geniş vüsət aldığı bər mərhələdə qarşıdan gələn 24 aprel qondarma erməni soyqırımı ildönümü ilə bağlı hökumətin heç bir fəəaliyyətinin olmaması da müxalif siyasi partiyalar tərəfindən dilə gətirilir. Belə ki, Ermənistan Respublika Partiyasının Sədr müavini Armen Aşotyan hökuməti 24 aprel tarixini unutması ilə ittiham edib.[7]
Xarici siyasətdə isə ən çox müzakirə edilən məsələ Ermənistanın COVİD-19 pandemiyası ilə bağlı Türkiyədən kömək istəməsi və Türkiyənin bu istəyə müsbət cavab verməsi olub.[8] Maraqlıdır ki, Ermənistan Xarici İşlər Naziri Anna Nağdalyan hökumətin Türkəyədən kömək istəmədiyini bildirib.[9] Ermənistanın Türkiyədən yardım istəyi və müsbət cavab alması xəbəri yayıldığında Ermənistan KİV-ri bu məsələ ilə bağlı obyektiv məlumat verməmiş, istisnasız olaraq Türkiyənin bu xoş niyyətini sui-istifadə edərək qondarma erməni soyqırımını gündəmə gətiriblər. Ermənistan XİN-nin Mətbuat katibi Anna Nağdalyan məsələ ilə bağlı verdiyi açıqlamada Türkiyənin səmimiyyətinə inanmadıqlarını, daha əvvəl də “soyqırım” ilə bağlı Türkiyənin bəyanatları olduğunu, bununla dünya ictimai rəyində özünü təmizə çıxarmaq istədiyini bildirib. Humanitar köməklik etmək istəyən Türkiyənin sərhəd qapılarını bağlı saxladığını anlamaqda çətinlik çəkdiklərini qeyd edən Nağdalyan hazırkı Türk hökumətində bu problemlərlə bağlı müsbət addım atacaqlarını gözləmədiklərini ifadə edib.
Çinin Ermənistana göndərdiyi humanitar yardım qutularının üzərində “Dostluğumuz Araratdan (Ağrı Dağı) yüksək, Yantze çayından uzun olsun” ifadələrinin yazılması və Ermənistan KİV-nin bunu tirajlamasından sonra Türkiyə Xarici İşlər Nazirliyi Çinin Ankara səfirindən izahat tələb edib. Səfir Çindən Ermənistana göndərilən humanitar yardım qutularının üzərində çincə yazıda Ağrı dağı ifadəsinin yer almadığını, ingiliscə yazılan mətnin isə sonradan qutulara yapışdırıldığını bildirib.[10]
Pandemiyanın dövlətlərin siyasi və iqrisadi dayaqlarını zəiflətdiyi bər zamanda belə Ermənistan bundan Türkiyəyə qarşı istifadə etməyə çalışır. Türkyə Prezidentinin Mətbuat Katibi İbrahim Kalının Ermənistanın kömək istədiyini bildirməsinə baxmayaraq, Ermənistan XİN-ni bunu təkzib edir, Çindən gələn humanitar yardımın etiketini dəyişərək yalan informasiya verir. Ermənistan daxili ictimai-siyasi həyatında pandemiya ilə bağlı ciddi problemlər yaşasa da, Türkiyəyə yönəlik siyasətində ənənəvi üsullardan əl çəkmir və münasibətləri daha da gərginləşdirəcək fikirlər səsləndirir.
[1]Коронавирус в Армении: 48 новых случаев, 2 умерших, 35 выздоровевших, http://www.panarmenian.net/rus/news/280310/, 20 апреля 2020.
[2]В настоящее время в московском аэропорту «Домодедово» ночуют от 120 до 130 армян: они ночуют там с 12 апреля – ответственный Московского офиса Ай Дата АРФД, https://www.tert.am/ru/news/2020/04/20/Nersesyan/3267956, 20.04.20.
[3]Армяне в Ереване проводят пикет с российскими флагами, требуя от ООН помочь им вернуться в Россию, которая сама содрогается от коронавируса, https://armenia.im/news/2020-4-16-1, 2020-04-16.
[4]Ерванд Бозоян: Короновирус приведет в Армении к катастрофе в сфере здравоохранения, социальной и экономической, какой выход? https://www.tert.am/ru/news/2020/04/18/politeconamy/3266971, 18.04.20.
[5]Помощник председателя НС опровергает сведения о лицах в НС, зараженных коронавирусом, https://ru.1in.am/1283369.html, 2020-04-20.
[6]Что общего между Апрельской войной и чемоданом, доверху наполненными вещами?, https://armenianreport.com/pubs/244855/, 18 Апреля 2020.
[7]Армен Ашотян: «Кто-нибудь напомните «профессиональному» парламенту, что приближается 24 апреля», https://armenianreport.com/pubs/245014/, 21 Апреля 2020.
[8]Ermenistan Türkiye’den koronavirüs yardımı istedi!, https://www.haber.com/ermenistan-turkiyeden-koronavirus-yardimi-istedi-287848/, 11 Nisan 2020.
[9]Ermenistan: Türkiye’den yardım talebimiz yok, http://www.agos.com.tr/tr/yazi/23910/ermenistan-turkiye-den-yardim-talebimiz-yok, 15.04.2020
[10]Ugur Ergan, Çin’den Ermenistan’a yardımda skandal ifade, https://www.hurriyet.com.tr/, 13.04.2020