İsrailin Rusiya-Ukrayna müharibəsilə bağlı mövqeyini üç əsas dövrə bölmək mümkündür: 1)Hücumun Başlanğıcından Antalya Diplomatik Forumuna qədərki mərhələ (24 Fevral-11-13 Mart), 2) Forumdan Buça qətliamına qədərki dövr (11-13 Mart-1 Aprel) 3) Buça qətliamından sonrakı dövr (1 aprel sonrası).
Hücumun Başlanğıcından Antalya Diplomatik Forumuna qədərki mərhələ (24 Fevral-11-13 Mart)
24-fevralda hücum haqda İsrail XİN “Ukraynanın şərqində atılan addımlar” , “Ərazi bütövlüyü” kimi ifadələr istifadə edərək, hətta Rusiya adını belə çəkməkdən ehtiyat etmişdir. Amma bir gün sonra Yair Lapid Ukraynadakı səfirlə danışığı zamanı bu hadisələri “Beynəlxalq nizama qarşı ciddi təhdid” şəklində təsvir edir. İsrail XİN-i, 25 fevral tarixində Zelenski-nin vasitəçilik çağırışına birmənalı cavab verməsə də, eyni gün BMT-də Rusiyaya qarşı çıxış etməsi münaqişənin ilk günlərində balansı qorumağa kömək edib.
28 fevralda Yaxın Şərq regionunda qüvvələr balansını dəyişə biləcək başqa bir hadisə də yaşandı. Belə ki, İranla nüvə silahı razılığının Vyanada imzalanıb imzalanmayacağı da İsrailin bu münaqişədə mövqelərinə təsir edəcəkdi. İsraildə 6000-ə yaxın Ukrayna yəhudisi yaşadığı üçün İsrail ictimai rəyində də Ukraynaya dəstək sərgilənmişdir. Rus səfirliyi önündə mitinq, Putin pubın adının dəyişməsi, Ukraynaya tibbi və humanitar yardım kimi məsələlər birbaşa xalqın təkidi ilə baş verdi. Burada da Bennet tərəfləri danışıqlara çağırmış, Lapid isə Rusiyaya işğalçı kimi xitab etmişdir. Bir növ ictimai rəy ilə beynəlxalq nizamı balanslamağa çalışmışdır. 2 mart tarixində Almaniya Kansleri Olaf Şoltzsun İsrailə səfəri və eyni zamanda silahlanmaya 100 milyard avro ayıracağını bildirir. Buna qarşılıq olaraq İsrail tərəfi də Almaniyanın İran və Fələstin siyasətlərindən narahatlıq keçirdiklərini vurğulamışdır. Bundan əlavə İsrail müharibənin ilk günlərində geosiyasi mənzərənin necə dəyişəcəyini izləmək üçün bir qədər geridə qalmışdır. Bunun səbəbi kimi də Rusiyanın Yaxın Şərqdə hansı addımları atacağı və İranın buradakı rolunu düzgün qiymətləndirmək üçün zamana ehtiyac vardı. Özəlliklə müharibənin ilk 10 günündə `Ruslar Suriyadadır, bizim şimal qonşularımızdır` ritorikası geniş istifadə edilmişdir. Bu de-fakto mövcudluq İsrailin Rusiya-Ukrayna müharibəsindəki mövqeyini çərçivələndirən ən önəmli amillərdən biridir.
Digər bir məsələ isə Rusiyanın Suriya ilə birgə Latakia ərazisində 2022 ilinin yanvar ayında uçuşlar keçirməsi və; elektronik cihazlarını Golan təpələrinə yaxın yerləşdirilməsidir. 3 martda Holokost abidəsi kimi tanınan Babyn Yar kompleksinin zərər görməsindən sonra Zelenski, bütün yəhudiləri Rusiya ilə mübarizəyə səslədi. Rusya-Ukrayna savaşı regionda təklənən İsraili sürətlə Türkiyəyə yaxınlaşma yoluna gətirdi. Burada pandemiya zamanı olan telefon diplomatiyasının rolu olsa da, Antalyada keçirilən diplomatiya forumuna İsrailin dəvət edilməsi ilə dövlətlər arasında münasibətlər mülayimləşməyə başladı. İsrail eyni zamanda müharibənin yaratdığı köçdən istifadə edərək Ukrayna yəhudilərinin İsrailə immiqrasiyasını sürətləndirdi. Hətta yüksək səviyyəli İsrail mənbəsi MEE-yə bildirib ki, dövlət müharibədən qaçan tək ukraynalı yəhudilərə 6000 şekel (1850 dollar), cütlük üçün 11000 (3400 dollar) və ailə başına 15000 (4600 dollar) – müharibə dövründən kənarda `Aliya` (köç) üçün görünməyən məbləğlər təklif edəcək. Qısaca bu qısa dövrdə İsrail tərəfsiz qalaraq ənənəvi köç siyasətindən istifadə etməyə çalışdı.
Forumdan Buça qətliamına qədərki dövr (11-13 Mart-1 Aprel)
10 Martda İsrail rəsmisi Moskvaya səfər etdi. Qərblə əlaqələrdə ciddi problem yaşayan Putin ilə görüşə gələn Bennet vasitəçi olmaq istəyini bildirdi. İsraili burada narahat edən məsələlərdən biri Ukraynada 250 min yəhudinin yaşamasıdır. Bu insanların İsrailə miqrasiyası görüşdə qabardıldı. İkinci önəmli məsələ isə Suriyada Rusiyanın mövqeləridir. İsrail BMT TŞ-da Rusiyaya qarşı qətnaməyə imza atmayaraq regionda Rusiyaya qarşı bir mövqe tutmaqdan çəkindi. Lakin bu onun iç siyasətində narazılıqlara səbəb oldu. Türkiyə və İsrail, Rusiya-Ukrayna münaqişəsində bənzər siyasi xətt yürüdür. Rusiyanın Ukrayna ilə savaşının Suriyanın şimalına sıçraması Türkiyəni narahat edir. Burada, özəlliklə İdlibdən ikinci bir miqrant axını yeni bir təhdid yarada bilər. Türkiyə üçün ikinci önəmli məsələ turist məsələsidir. Təxmini 4.5 milyon turistdən söhbət gedir. Bir də buğda məsələsi. 2015-də Rus turistlər Türkiyəyə gəlməkdən imtina etdilər.
Buça qətliamından sonrakı dövr (1 aprel sonrası)
İsrailin Ukraynadakı səfiri Mixael Brodski və xarici işlər naziri Lapid Rusiyanın vəhşiliklərinin açıqlanmasının sübutu olaraq qətliamları 5 apreldə “müharibə cinayəti” elan ediblər. Ukraynada İsrailin səhra xəstəxanasına baş çəkən səhiyyə naziri Nitzan Horowitz “Rusiyanın qəddar işğalını” pislədi və “Rus qırğınları və ölkə daxilində həyata keçirilən müharibə cinayətləri” fonunda Ukraynaya davamlı dəstək vəd etdi. Baş nazir Bennet ertəsi gün Buça vəhşiliklərini pisləyərək “kömək etmək üçün əlimizdən gələni edəcəklərini” vəd etdi. Ancaq aradan keçən dövrdə Rusiyanın hərbi cinayətlərinə dair əlavə dəlillərin İsrail hökumətini daha sərt qınaqlara və daha çox hərəkətə keçməyə sövq etmədiyini demək olar. İsrail əhalisinin 76%-i müharibədə Ukraynanı dəstəkləyir. Buça qətliamından sonra İsrail ictimaiyətindəki narazılıqların artması ölkənin xarici siyasətini də dəyişdirdi. Lakin eyni zamanda təhdidləri də artırdı. Bundan öncə Rusiyanın Suriyada varlığından qorxu vardısa, artıq Hizbullah kimi terror təşkilatlarına S-400 kimi taktiki müdafiə silahlarının verilməsi qorxusu yarandı. Bu hadisələrdən sonra İsrail 7 apreldə BMT Baş Assambleyasında Rusiyaya qarşı qəbul edilən qətnaməyə qatıldı. Amma Ukraynaya ordu göndərmək; vəya Pegasus casus hadisələrindən yayındı. İsrail, beynəlxalq konyekturaya uyğun olaraq pozulan balansı qoruya bilmək üçün bir hadisədə Ukraynanı dəstəkləsə də, digərlərində Rusiyaya qarşı çıxmadı. Lapidin Buçadakı hadisələrə `müharibə cinayəti` deməsindən az sonra Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov dedi ki, İsrail hələ də bizim dostumuzdur, amma Moskva ondan daha balanslı mövqe gözləyir.
İsrail ilə Rusiya arasında daha bir məsələ isə Müqəddəs Nevski kilsəsinin Moskvanın nəzarətinə keçməsidir. Bu kilsə 1917-ə qədər Rusların nəzarətində olub daha sonra isə London və Moskva olaraq iki mərkəzə bölünüb, 2020`dən isə yenidən Rusiya kilsənin nəzarətini tamamilə əldə etməkdə qərarlıdır. İsrailin dəyişən mövqeyi Rusiyanı daha da hərəkətləndirdi. Cənab Lavrov bu sözləri 1mayda, İsrailin İsrail təqvimində ən önəmli hadisələrdən biri olan Holokostu Anma Gününü qeyd etməsindən bir neçə gün sonra İtaliyanın “Zona Bianca” televiziya proqramına müsahibəsində deyib. İsrailin baş naziri Naftali Bennet deyib: “Bu cür yalanlar tarixin ən dəhşətli cinayətlərində yəhudiləri günahlandırmaq və beləliklə də yəhudilərə zülm edənləri məsuliyyətdən azad etmək üçündür. Maria Zaxarovanın 4 may Sputnik radiosuna verdiyi müsahibədə İsraildən göndərilmiş muzdluların Azov batalyonu ilə çiyin çiyinə döyüşdüyü söylədi. Lakin bu hadisələrdən sonra Putin, Lavrov adına üzr istəyərək İsraillə münasibətləri pozmaqdan yayındı. İsrail bu hadisədən sonra Rusiya ilə münasibətləri yenidən normallaşdırmağa çalışdı. Ukraynaya veriləcək silahların qarşısını aldı. Hətta ABŞ-ın İsrail-dən aldığı Dəmir Qübbə batareyalarının da Ukraynaya verilməsinə qarşı çıxdı. Bunlardan sonra Rusya-İsrail ticarəti artmağa başladı. Özəlliklə Yandex şirkətinə bağlı Yango taksilərinin İsraillə əməkdaşlığı inkişaf etdi. İsrail balansı qorumaq üçün yəhudi əsilli olmayan köçkünlərə də ölkədə qalmağa icazə verdi.
Nəticə
İsrail, Rusiya-Ukrayna müharibəsində iki böyük çətinlik arasında qalmaqda davam edir. Bunlardan birincisi Yaxın Şərqin geosiyasi konfiqurasiyasıdır. Belə ki bölgədə Rusiyanın güclü olması İsraili susqun bir siyasi xətt izləməyə vadar etmişdi. Lakin zamanla Rusiyanın mütləq qələbə qazana bilməməsi və Suriyadakı varlığını Ukraynaya doğru geri çəkməsi İsrail üçün həm fürsət, həm təhdid yaratdı. Buradakı fürsət Rusiyanın bölgədən çıxmasıyla İsrailin rahatlamasıdırsa, təhdid də İranın boş qalan gücü doldurmağa çalışmasıdır. Bütün bunları balanslaşdıra bilmək üçün İsrail, Körfəz ölkələri və Türkiyə ilə yaxınlaşma xətti tutdu. İkinci önəmli güc isə İsrail xalqıdır. Burada xalqın hadisələrə reaksiyası İsrail xarici siyasətinə də təsir etdi. Özəlliklə Holokost abidəsinin zərər görməsi, Lavrovun çıxışı, Buça qətliamı, İsrail əhalisinin böyük bir qisminin rusdilli olması kimi faktlar dövlət siyasətinə də təsir etdi. İsrail bu iki dəyişənin arasında qalıb zaman zaman ya özü bilərəkdən balansı pozdu, ya da pozulmuş balansı tarazlaşdırdı. Buna görə də İsrailin müharibəyə dair baxışı tərəflərdən biri açıq aşkar qazanana qədər ya da Yaxın Şərqdə tarazlığın kəskin surətdə dağılmasına qədər balanslı olaraq davam etməyə məcburdur.