Hərbi-təhükəsizlik

44 Günlük Müharibənin Nəticələri və Bölgədə Son Baş Verənlər

Pinterest LinkedIn Tumblr

QAFSAM və Milliyət Araşdırmalar Mərkəzi birlikdə “44 Günlük Müharibənin Nəticələri və Bölgədə Son Baş Verənlər”  adlı vebinar təşkil etmişdir. Vebinar Milliyət Araşdırmalar Mərkəzinin tədqiqatçısı Ziya Kazımzadənin Moderatorluğu ilə keçirilmişdir. Vebinar zamanı QAFSAM-ın Sədr müavini Nazim Cəfərsoy və Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov iştirak etmişdir.

Nazim Cəfərsoy 44 günlük müharibənin nəticələri və regiona təsirləri, Fuad Çıraqov isə regiondakı son hadisələr və onun səbəbləri haqqında çıxış etmişdir. Sonda isə ekspertlərə mövzu haqqında müxtəlif suallar ünvanlanmış və müzakirələr aparılmışdır.

Vebinar zamanı 44 Günlük müharibədən sonra Azərbaycanın xarici siyasəti və Azərbaycan-Ermənistan sərhəddində baş verən son hadisələr təhlil olunmuşdur.

QAFSAM