Yom Kippur savaşının 50 illik yubileyində Fələstinli terror qrupu Həmas tərəfindən İsrailin Aşkelon, Mordekay kimi şəhərlərinə sızma əməliyyatları keçirməsi gözlənilirdi. Burada gözlənilməz olan tək şey bu hücum zamanımüqəddəs Qüds şəhərinin də ağır bombardman edilməsidir. Əslində bu da bizə prosesin din savaşı olmadığını göstərən məqamlardan biridir. Müasir dövrdə “proksi savaşlar”özlərinin ilkin forması olan “cihad”dan geodini formaya keçmişdir.
Bu savaşın çıxmasının bir çox səbəbləri var. Bunları aşağıdakı kimi qruplaşdırmaq mümkündür:
Həmas üçün:
1) Yom Kippur ruhunun diri tutulması: Ərəb-İsrail müharibələrindən uzun müddət keçsə də, bu mübarizənin zaman-zaman qızışdırılması Fələstin xalqına və bütövlükdə ərəblərin bu məsələ üzərindən siyasət qurmamalarınahesablanıb.
2) ABŞ-dakı seçkilər dövrünün başlanmasının toqquşma üçün münbit şərait yaratması. Demokratlar üçün olduqca gərgin keçəcək seçki marafonu və İsrail iqtidarı ilə soyuq münasibətlərin olması Həmas üçün fürsətlər yaratdı.
İsrail üçün:
1) “Ədliyyə islahatları”nın təsirini geri plana atmaq:Bildiyimiz kimi İsraildə uzun müddətdir, Ədliyyə sahəsində reformların olmasını tələb edən xalq və məhkəmələr üzərində gücünü itirmək istəməyən bir iqtidar mövcuddur.
2) Netanyahu dövrünün mümkün qədər uzadılması ehtimalını artırmaq: Bu münaqişələrin uzadılması ilkin variantda xarici düşmən obrazı yaradaraq, ictimai rəyin dəyişməsinə səbəb ola bilər.
Bu əməliyyatların hər iki tərəfdən də birbaşa savaş olaraq adlanması da məsələni bacardıqca böyütməkdir. Beləliklə, Əl Qasım briqadasının prestiji artırılır, hətta Hizbullah və İraqdakı İran proksi qüvvələrinə də birbaşa özləri səsləndi. Hizbullahın Livanda siyasi sistemə inteqrasiyası sonrasında İsrail ilə münasibətləri nisbətən düzəltməsi də Həmasınaktivləşməsində böyük rol oynamaqdadır.
İsrail tərəfi üçün isə Mossad və Şinbetin bu qədər tarixi bir gündə belə zəif performans göstərəcəyi mənə çox da inandırıcı gəlmir. Güman ki, İsrail də öz növbəsində bu yubiley günündə terroru tam təmizləməkdə niyyətlidir. Amerika, Böyük Britaniya və Ukraynanın bir ağızdan “İsrailin suveren ərazilərində özünü müdafiə hüququnu tanıyırıq” demələri də hər şeyin ssenari üzrə irəlilədiyinəişarə edir.
Bu proseslərin eyni zamanda qlobal siyasətə təsir edə biləcək bir çox tərəfləri də mövcuddur. Bunlar da aşağıdakikimi qruplaşdırıla bilər:
Bu münaqişənin alovlanmasında bütün oyuncuların öz maraqları olsa da bütövlükdə münaqişənin bütün Yaxın və Orta Şərqə sıçraması ən çox region dövlətlərinə zərər verə bilər. Nəticədə qlobal miqyaslı layihələrin bölgədən yan keçməsi baş verə bilər.