Azərbaycan Strateji Araştırmalar Mərkəzi
Ermənistan müstəqillik sonrası irredantist siyasət izləməsi səbəbiylə İran xaric, bütün qonşu dövlətlərlə ciddi problemlər yaşamışdır və bu problemlər əhəmiyyətli ölçüdə bu gün də davam etməkdədir. Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün şimal nəqliyyat xəttini, Türkiyənin torpaq bütünlüyünü tanımadığı və sözdə soyqırım təbliğatına davam etdiyi üçün qərb yolunu istifadə edə bilməməkdədir. Ermənistan Şimalla nəqliyyatını Gürcüstan üzərindən təmin etməyə çalışsa da, bölgədə yaşanan problemlər səbəbiylə bu xəttdən tam şəkildə faydalana bilməməkdədir. Bu baxımdan Ermənistanın İran ilə əlaqələri xüsusi əhəmiyyət ifadə etməkdədir. Tərəflər arasındakı əlaqələri Ermənistanın geosiyasi imkanlarının məhduduğu şəkilləndirsə də, siyasi baxımdan da ön planda olan faktorlar vardır. İran, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə müsəlman/Şiə faktorunu görməməzlikdən gələrək yalnız səssiz qalmamış, eyni zamanda Cənub Azərbaycan problemi səbəbiylə bu işğala dəstək vermişdir. Azərbaycanın Ermənistanla müharibəni udması halında İran sərhədləri içində qalan Cənub Azərbaycanda yaşayan təxminən 30 milyon Azərbaycan Türkü müstəqillik və ya Şimal Azərbaycan ilə birləşməyi tələb edə bilərdi. İran eyni zamanda Ermənistan ilə yaxşı əlaqələr quraraq bölgədə Türkiyənin fəaliyyətinin gənişləməsinə mane olmağa və Türkiyə-Azərbaycan əlaqələrini tarazlamağa çalışmaktadır. Yenə Ermənistanın Türkiyə ilə əlaqələrində də eyni faktor öz təsrini göstərmişdir.
Ermənistan Rusiya ilə strateji müttəfiq olduğunun bildirsə də, ABŞ-ın bu ölkəyə etdiyi maliyyə yardımları Rusiyanınkı ilə müqayisə edilə bilməyəcək qədər çoxdur. Ermənistan İsraildən sonra ABŞ-dan ən çox maliyyə köməyi alan ölkədir və ABŞ-ın yardımı bu gün də davam etməkdədir. Hətta ABŞ, Azərbaycan ilə olan enerji və təhlükəsizlik əməkdaşlığı kifayət qədər qiymətləndirməyərək, separatist Dağlıq Qarabağ rəhbərliyini belə ayrı bir qurum olaraq görməkdə, Qarabağ Ermənilərinə verilən köməyi Azərbaycan üzərindən deyil, birbaşa olaraq separatist bölgəyə verməkədir.
ABŞ bir yandan İrandan hiss etdiyi təhlükəyə qarşı Azərbaycanda hərbi baza qurma istərkən, o bir yandan inkişaf edən Ermənistan-İran əlaqələrinə münasibətdə səssizliyini qorumaqla etik davranmamışdır. ABŞ, Xristian Ermənistanın müsəlman Şiə İran ilə əməkdaşlığından narahatlıq duymamaqda, ancaq Müsəlman dövlətlər olan Azərbaycan-İran və Türkiyə-İran əlaqələrindən narahat olmaqda və hətta bir az daha irəli gedərək Azərbaycandan hərbi baza tələb etməkdə, Türkiyədəki İncirlik hərbi bazasında yerləşən gücündən İraqdakı əməliyyatlarda faydalanmaqda və ümümilikdə Türkiyədən daha cox dəstək gözləməkdədir.
ABŞ, Azərbaycanı hərbu baza qurma tələbi ilə sıxışdırıkən, Azərbaycandan daha çox maliyyə yardımı etdiyi və İranla da sərhədi olan Ermənistandan bu mövzuda hər hansı bir tələbi gündəmə gətirməməkdə və bu ölkənin Rusiya ilə inkişaf edən strateji xarakter daşıyan hərbi əməkdaşlığını sükutla qarşılamaqdadır. Ermənistan ABŞ-dan əhəmiyyətli miqdarda dəstək alsa da, bu ölkənin tələblərini rədd edə bilməkdədir. Belə ki, ABŞ-İran arasında uranın zənginləşdirilməsi böhranı yaşandığı və NATO əsgərlərinin Ermənistana yerləşdirilməsi ehtimalı müzakirə edilərkən, Ermənistanın o zamankı müdafiə naziri Serj Sarkisyan bunun ‘nəzəri olaraq belə reallaşmasının mümkün olmayacağını’ bildirmişdir.
2002-ci il dekabrın 16-dan etibarən ABŞ Ədlliyə Nazirliyi beynəlxalq terrorizmi dəstəkləyən dövlətlərin vətəndaşlarına tətbiq etdiyi viza rejimini Ermənistan vətəndaşlarına da tətbiq etməyə başlamışdır. Ermənistan, ABŞ-ın bu qərarı tətbiq etdiyi sayca 21-ci və daha da mühümü ilk xristian dövlət olmuşdur. Viza nəzarətləri Amerikada yaşayan və ya sonradan gələcək olan 16 yaşından böyük Ermənistan vətəndaşlarına tətbiq olunmağa başlanmışdır. Məhşur “11 Sentyabr hadisəsindən” sonra alınan bu qərar ümumiyyətlə İran, İraq, Libya, Sudan, Suriya, Pakistan və başqa Müsəlman ölkələrə tətbiq olunmuşdur. ABŞ-ın Ermənistan vətəndaşlarına tətbiq etdiyi viza rejimi, medya tərəfindən müzakirə edildiyi zaman Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan dövründə milli təhlükəsizlik naziri olmuş David Şahnazaryan sansasyon bir açıqlama verərək Əfqan terroristlərin Ermənistan pasportu ilə ABŞ-a daxil olduqlarını bildirmişdir. Heç şübhəsiz ABŞ-ın Ermənistanı beynəlxalq terrorizmi dəstəkləyən dövlətlərin vətəndaşlarına tətbiq etdiyi viza rejimi çərçivəsinə daxil etməsinə səbəb olan hadisə Əfqan terroristlərin Ermənistan pasportu istifadə etmələri olmuşdur.
Ermənistanın başda nüfuzlu Panarmenian xəbər agentliyi olmaq üzrə müxtəlif kütləvi informasiya vasitələrinin verdiyi xəbərlərə görə, 2002-ci il dekabrın 18-dən etibarən Ermənistan hökuməti və diaspor Ermənilərinin təzyiqlərindən sonra ABŞ rəhbərliyi Ermənistan vətəndaşlarına tətbiq etdiyi ciddi rejimli viza tətbiqini dayandırmışdır. ABŞ rəhbərliyinin Ermənistan vətəndaşlarına tətbiq etdiyi bu qərarın iki gün sonra qüvvədən qaldırılması ABŞ-dakı Erməni diasporunun nə qədər təsirli olduğunu göstərməkdədir.
Bütün bu hadisələrlər yanaşı, Ermənistan şirkətlərinin İrana nüvə proqramını sürətləndirəcək xarakter daşıyan nüvə texnologiyası məhsullarını satması qarşısında belə ABŞ bu ölkəyə gözlənilən təzyiqi tətbiq etməmişdir. Ermənistan-İran arasında iqtisadi əlaqələrin inkişafına paralel olaraq, İran da Ermənistanda neft ayırma zavodu tikmək istəməkdədir. Türkiyənin İran ilə təbii qaz müqaviləsindən imzalamasından narahatlığını bildirən ABŞ, geoiqtisadi baxımdan İrana geniş manevr imkanı yaradan bu lahiyə ilə bağlı müsbət vəya mənfi görüş bildirməmişdir.
Ermənistan-İran əlaqələrinin inkişafı son zamanlarda İran ilə ciddi problem yaşayan ABŞ tərəfindən də tənqid olunmaya başlamışdır. ABŞ, son 17 ildə inkişaf edən Ermənistan-İran münasibətlərindən narahatlığını heç bir zaman bu qədər açıq bir şəkildə dilə gətirməmişdir. Hər nə qədər ABŞ, Türkiyənin İran ilə iqtisadi əlaqələrini məhdudlaşdırıldırması üçün təzyiq tətbiq etsə də, uzun illər Ermənistan mövzusunda səssiz qalması olduqca mənalıdır. Görəsən bu səssizlik Erməni diasporunun lobbi fəaliyyətlərinin bir nəticəsidirmi? Əgər belədirsə demək ki, ABŞ-ın strateji mənfəətləri və təhlükəsizlik anlayışı Erməni diasporunun lobbi fəaliyyətinin kölgəsində qalmaqdadır ki, bu vəziyyət dövlət ciddiliyi ilə qətilyyən uyğun gəlməməkdədir. Görəsən Müsəlman dövlətlərin torpaqları hesabına genişləməyə çalışan Ermənistana ABŞ-ın Xristian təsübkeşliyi mi mövcuddur?
Nəhayət ABŞ Ermənistanın gerçək üzünü görmə cəsarətini göstərmişdir. ABŞ Xarici İşlər Nazirliyi son zamanlarda, Ermənistan və İran dövlət başçılarının və yüksək vəzifəli məmurlarının qarşılıqlı səfərlərində bu narahatçılığı dilə gətirmiş, Ermənistanı terroru dəstəkləyən ölkələrdən bir kimi gördüyünü və bu ölkədə daha çox terrorizmdə istifadə edilən çirkli pul yuyuılmasına imkan verən bank sisteminin olduğunu ifadə etmişdir. Bu açıqlamadan sonra Ermənistan rəhbərliyinin İran ilə əlaqələrini heç olmasa bu həssas dövrdə zəiflədəcəyi düşünülərkən tam tərsi bir proses başlamış, baş nazir Tigran Sarkisyan İran ilə əlaqələrini daha da inkişaf etdirəcəklərini bildirmiş, Milli Təhlükəsizlik Şurası katibi İrana səfər edərək bu ölkə prezidenti və digər rəsmilərlə görüşəcəyini açıqlamışdır. ABŞ, Ermənistanın bu tutumu qarşısında hər halda yenə də səssiz qalmayacaq, hansı dövlətin öz yanında, hansının qarşı cəphədə olduöunu gəstərəcəq qədər məntiqli davranacaq. ABŞ heç olmasa Ermənistana verdiyi maliyyə yardımını azalda, Qarabağ Ermənilərinə ayrı bir coğrafiya kimi deyil, Azərbaycan üzərində maddi yardım verilməsini təmin edə və Müstəqilliyin Dəstəklənilməsi Qanununa əlavə olunan Azərbaycana ABŞ hökumətinin köməyini qadağan edən 907 saylı düzəlişi tamamilə qüvvədən sala bilər.
Ermənistan hökumətinin bu davranışı xarici siyasətdə prioritetlər arasında ona böyük maliyyə köməklər edən ABŞ-ın deyil, tam tərsi bu ölkəni haradasa müstəmləkələşdirən Rusiya itdlə Azərbaycana qarşı istifadə edən İranın esas yeri tutduğunu göstərməkdədir. ABŞ, Azərbaycan və Türkiyə ilə əlaqələrində Ermənistanın bu tutumunu diqqətdə saxlamalı və Ermənistan siyasətini formalaşdırırkən Ermənistan-İran və Ermənistan-Rusiya strateji əməkdaşlılarını əsas amillər kimi nəzərə almalıdır. Rəsmi Vaşinqton əks təqdirdə heç olmasa Azərbaycan və Türkiyə siyasətini daha etik çərçivədə icra etmə ehtiyacını hiss etməlidir.