Tarix və qurucular

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi – QAFSAM, 13 dekabr 2006-ci il tarixdə Araz Aslanlı, Nazim Cəfərov və Rizvan Qənbərov tərəfindən təsis edilmişdir.

Məqsədlərimiz:

  • Azərbaycanda xarici siyasətin və təhlükəsizlik siyasətinin daha yüksək səviyyədə araşdırılması;
  • Demokratiyanın və insan hüquqları sahəsinin inkişafına, eləcə də medianın inkişafına töhfə verilməsi;
  • Bölgəmizdə və dünyada gedən siyasi, iqtisadi, hərbi və s. proseslərin daha yaxından öyrənilməsi və təhlili;
  • Müxtəlif sahələr üzrə proqnozların verilməsi.

QAFSAM xüsusilə Cənubi Qafqaz və ona qonşu olan 3 dövlət (Rusiya, Türkiyə və İran) üzrə kifayət qədər güclü ekspert bazasına malikdir. Bununla yanaşı əməkdaşlarımız keçmiş Sovet regionu başda olmaqla dünyanın digər regionlarını da araşdırır və mütəmadi olaraq hesabatlar hazırlayırlar.

QAFSAM əməkdaşlarının analizləri əsasən QAFSAM-ın rəsmi saytında, eləcə də digər KİV-də yayınlanır.

QAFSAM əməkdaşlarının açıqlamaları və müsahibələri  yerli və xarici televiziya və radio kanallarında yayınlanır.

QAFSAM əməkdaşları dünyanın müxtəlif ölkələrində keçirilən elmi tədbirlərdə iştirak və çıxış edir.  

Bundan əlavə QAFSAM-ın xüsusi materialları sadəcə daimi abunələrə ödənişli əsaslarla çatdırılır.

QAFSAM yerli və xarici donorların dəstəyi ilə milli və beynəlxalq layihələr icra edir. Müxtəlif istiqamətlər üzrə peşəkar əsaslarla məsləhətçilik xidmətləri göstərir.

QAFSAM daxilində Strateji Araşdırmalar Mərkəzi (SAM), Media Araşdırmaları Mərkəzi (MAM), Demokratiyanın İnkişafı və İnsan Hüquqları Araşdırmaları Mərkəzi (DİHAM) mövcuddur.