Avropa

Rusiya-Türkiyə münasibətlərində yeni mərhələ

Pinterest LinkedIn Tumblr

Tarixən Avrasiya coğrafiyasının ən mühüm gücləri sayılan Rusiya və Türkiyə arasındakı münasibətlər 1492-ci ildən başlayan 517 illik rəsmi keçmişə malikdir. 50 ili müharibə ilə keçən bu əlaqələrin Çarlıq Rusiyası-Osmanlı mərhələsində iki ölkə arasında Qafqazlardan Balkanlara uzanan xəttdə ciddi bir rəqabət yaşanmışdır. Osmanlı, Rusiya İmperiyasını, onu parçalamaq üçün cəhdlər göstərən, Qafqazlarda, Balkanlarda və Boğazlarda rəqabət və qarşıdurma halında olduğu ölkə olaraq xarakterizə edərkən, Rusiya da Osmanlını Pravoslavlığın müqəddəs şəhəri Tsargradı (İstanbulu) işğal edən ölkə və “Avropanın xəstə adamı” kimi görmüşdür. Bu iki dövlət birinci dünya müharibəsində qarşı cəbhələrdə bir-birinə qarsı döyüşmüşlərdir.
Rusiyada Bolşeviklerin hakimiyyətə gəlməsi və Türkiyədə də Mustafa Kamal Atatürk liderliyində yeni bir dövlət qurulması dövründə tərəflər arasında yeni münasibətlər sistemi qurulmağa  başlamışdır. SSRİ-Türkiyə Respublikası əlaqələri şəkildə inkişaf edən bu proses içində bir neçə fərqli mərhələdən bəhs edə bilərik. İlk mərhələ yaxşı qonşuluq əlaqələrinin olduğu 1921-1939-cu illəri, ikincisi isə SSRİ-nin yayılmacı Yaxın Şərq siyasətinin hədəfindəki iki əsas ölkədən (digəri Iran) biri olması səbəbiylə yaşanan gərginləşməsi nəticəsində Türkiyənin NATO-ya üzv olduğu və Stalinin ölümüylə sona çatan 1945-1953-cü illəri əhatə etməkdədir. Stalinin ölümündən sonra iki ölkə arasındakı əlaqələrdə müəyyən bir yumşalma olmuş və 1960-70-ci illərdə xüsusilə iki ölkə arasında iqtisadi əlaqələr inkişaf etməyə başlamışdır. 1984-ci ildə imzalanan təbii qaz müqaviləsi ilə ikitərəfli əlaqələrə enerji amili əlavə olunmuşdur. Ümumilikdə soyuq müharibə dövründə SSRİ Türkiyəni NATO-nun cənub qanad ölkəsi, Türkiyə isə SSRİ-ni “qırmızı təhlükə” kimi qiymətləndirilmişdir.
SSCB-in çöküşü ilə birlikdə əlaqələrdə yeni mərhələ ortaya çıxmış, beləcə yeni bir hüquqi və siyasi münasibətlər sistemi qurulmağa başlamışdır. Yeni Rusiya Yaxın Şərq siyasətində Stalin dövrünə bənzər bir prioritet sıralaması tətbiq etməyə başlamışdır ki, bu siyasətin baxımından Türkiyə və İran daha da önəmli olmuşdur. Yeni siyasi kursun prioriteti köhnə Sovet coğrafiyasında təsir dairəsinin qorunması və  Türkiyənin (və İranın) Qafqazlar və Orta Asiyada uğur qazanmasını önləmək idi. Bu çərçivədə ikitərəfli əlaqələrdəki 1992-1999-cu illəri əhatə edən dövrü geosiyasi nüfuz sahələrində və ikitərəfli siyasi əlaqələrdə idarə edilə bilən gərginlik və rəqabət dövrü kimi xarakterizə etmək mümkündür. Lakin bu dövrdə diqqət çəkən mühüm bir məqam da tərəflər bir tərəfdən geosiyasi rəqabəti davam etdirərkən, digər yandan sıx bir iqtisadi əməkdaşlığı da davam etdirmələridir. Hər iki tərəf iqtisadi əməkdaşlığın mümkün olduğu qədər inkişaf etdirilməsi istiqamətində qərarlı olmuş, xüsusilə də Rusiya tərəfi bu mövzuda çox istəkli olmuşdur. 1997-ci ildə isə Rusiya Baş naziri Viktor Çernomirdin “Türkiyənin iqtisadi mənada strateji ortaqları olduğunu” ifadə etmişdir.
Xüsusilə, 2000-ci illərin əvvəlində Rusiya-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövr başlamışdır. Yeni dövr, iqtisadi sahədə əməkdaşlığın çox sürətli şəkildə inkişaf etdirilməsiylə yanaşı,  siyasi və təhlükəsizlik sahələrində də idarəli gərginlik və rəqabət anlayışından əməkdaşlığa keçiş prosesi mövzusunda bəzi konkret addımların atılması ilə xarakterizə edilə bilər.
Yeni dövrdə iqtisadi əməkdaşlığın sürətli inkişafı üçün yeni hədəflər müəyyənləşdirilərək həyata keçirilməyə başlanmışdır. Bu çərçivədə 2000-ci ilin Oktyabrında Türkiyəyə səfər edən Rusiyanın Baş Naziri Mixail Kasyanov ticarət dövriyəsinin 3 milyard dollardan 10 milyard dollara çıxarılmasını təklif etmiş və bu hədəf 2003-cü ili sonunda reallaşmışdır. Yenə Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasının sədri kimi 2002-ci ilin Dekabrındakı Moskva səfərində də ikitərəfli əlaqələrin iqtisadi inkişafı müzakirə edillmiş və Ərdoğan iki ölkə arasında başladıla biləcək “Avrasiya iqtisadi həyəcanının” önəmini vurğulamışdır. Arxasından Rusiya Prezidenti Vladimir Putinin 2004-cü ilin Dekabr ayındakı Ankara səfərində iki ölkə arasında ticari dövriyyənin  üç il içində 25 milyard dollara çıxarılmasına dair əldə edilən razılaşma da 2007-də həyata keçmişdir. Sürətli bir inkişaf göstərən iqtisadi əməkdaşlıq nəticəsində Rusiya Federal Gömrük Xidmətinin 2008-ci ili məlumatına görə ticari dövriyə 33,8 milyar dollar çatmışdır.  Analitiklər baş verən qlobal böhrana baxmayaraq bu rəqəmin yaxın perspektivdə 40 milyard dollar çata biləcəyini qeyd etməkdədirlər.  
İqtisadi sahədəki sıx əməkdaşlıq nəticəsində Türkiyə Rusiyanın ticari ortaqları arasında 5-ci yerə yüksəlimiş, Rusiya isə Türkiyənin ikinci ən mühüm iqtisadi əməkdaşı olmuşdur. Rusiyaya qoyulan Türk sərmayəsi 7 milyard dollara, Türkiyəyə qoyulan Rus sərmayəsi isə 4 milyard dollara çatmışdır.    İki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafında enerji amilinin rolu reallaşan Mavi Axın qaz kəməri ilə daha da böyümüş, Türkiyə təxminən ixrac etdiyi qazın 70 faizini Rusiyadan almaq durumuna gəlmişdir. İki ölkə arasında iqtisadi əməkdaşlığın mühüm nümunələrindən biri də turizm sektorunda meydana gəlmişdir. Belə ki, Ruslar üçün Türkiyə sürətlə ən mühüm istirahət yerlərindən biri kimi önəm qazanmışdır. Sadəcə 2008-ci ildə  bu ölkəyə rekord sayda, yəni 2,7 milyon Rus turist getmişdir. Mədəni sahədə də inkişaf edən münasibətlər 2007-ci ildə Türkiyədə Rusiya, 2008-də isə Rusiyada Türkiyə mədəniyyəti ilinin keçirilməsi ilə daha da geniş vüsət almışdır.
İki ölkə arasında  indiyə qəqdər imzalanan 60-dan cox rəsmi müqavilə ilə tənzimlənən bu münasibətlər sistemin əsas mühüm və istiqamət verici yanı isə, Rusiya və Türkiyə arasında stratetji, siyasi və təhlükəsizilik amilləri baxımından tarixi şühbəçilik və rəqabətə dayanan yanaşmanın qarşılıqlı inam və əməkdaşlığa əsaslanan önəmli müqavilələrlə dəyişdirilməsidir. Yeni dövrdə iki ölkə arasında imzalanan yeni müqavilər arasında ilk addım kimi 1992-ci ildə imzalanan Rusiya-Türkiyə müqaviləsi sayılsa da, bu sahədədəki keyfiyyət dəyişikliyi 2001-ci ildə imzalanan Rusiya və Türkiyənin Avrasiya əməkdaşlığına dair müqaviləsi ilə baş vermişdir. 16 Noyabr 2001-ci ildə iki ölkə xarici işlər nazirlərinin Nyu Yorkda imzaladıqları “Avrasiya Fəaliiyyət  Planı” ilə Avrasiya coğrafiyasında siyasi sahədə və terorrçuluqla mübarizə əməkdaşlıq və iqtisadi ortaqlıq mövzularında razılaşma əldə edilmişdir. Bunun arxasından ənənəvi olaraq, Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsinə etiraz edən rəsmi dövlət qurumlarından Rusiya Ordusunun Ali Qərargah Rəisi  Anatoliy Kvaşninin 2002-ci ilin Yanvarındakı Türkiyə səfəri və bu səfəri sırasında bölgədə sabitlik üçün ölkə arasında əməkdaşlıq təklifi etməsi münasibətlərin  təhlükəsizlik cəhətinə də yeni bir yanaşma gətirmişdir. Bu yanaşmanın nəticəsi kimi səfər vaxtı ilk dəfə olaraq iki ölkə arasında hərbi təhsilə dair razılaşma imzalanması və Türk ordusunun modernizasiyası çərçivəsində keçirilən hərbi vertolyot tenderinə Rus şirkətinin iştirak etməsinə maneçilik törədilməməsi də mühüm məqamlar kimi diqqətləri cəlb etmişdir.
RF Prezidenti Putinin 2004-cü ilin Dekabrındakı Türkiyə səfəri vaxtı “Rusiya və Türkiyə arasında dostluğun gücləndirilməsi və çox cəhətli əməkdaşlığın genişləndirilməsi bəyannaməsinin”  imzalanması yeni bir mərhələni başlatmışdır. Bu bəyannamə ilə iki ölkə  arasında qarşılıqlı inam və əməkdaşlığa əsaslanmaya çalışan münasibətlərin sadəcə Avrasiya ilə məhdudlaşdırılmaması, qlobal miqyaslı və çoxcəhətli xarakter qazanması qərarlaşdırılmışdır.
Türkiyə Prezidenti Abdullah Gülün 12-15 Fevral 2009 tarixlərini əhatə edən Rusiya səfəri iki ölkə arasındakı münasibətlərin gücləndiriməsinə təkan verəcək yeni bir mərhələ sayıla bilər.  Əslində 2008-ci ilin Dekabrında keçirilməsi nəzərdə tutulan, ancaq prezident Gülün xəstəliyi səbəbiylə yenicə həyata keşirilən bu səfər başından etibarən mühüm məqamları ilə yadda qaldı.
Rusya baxımından: Əvvəla Rusiya Türkiyə ilə münasibətlərə böyük böyük önəm verdiyini vurqulamaq üçün Gülün səfərini “dövlət səfəri” kimi xarakterizə edərək, ən yüksək səviyyəli protokolu tətbiq etdi.  İkincisi, səfər çərçivəsində ilk dəfə Türkiyəli bir prezident  Rusiyanın Türk və Müsülman xarakterə malik mühüm fedaral subyeklərindən biri olan Tatarıstanın paytaxtı Kazana da getdi.  4 günlük Rusiya səfərin ilk iki günün Moskvada və geri qalanını isə Kazanda keçirmə təklifinin Rusiyadan gəlməsi isə müxtəlif məsajlar daşımaqdadır. Belə ki, rəsmi Moskva bu addımı ilə daha əvvəlki dövrdə “Turancı əməllərindən şübhə duyduğu” Türkiyəyə inam duyduğunu göstərməklə yanaşı, Gürcüstana müdaxiləsi ilə Ankarada ona qarşı yaranan güvənsizliyi ortadan qaldırmağa çalışmaqdadır. Bundan əlavə bu addım eyni zamanda Rusiyanınn iki ölkə münasibətlərinin yeni inkişaf mərhələsində Türkiiyənin ortaq etnik, dini və mədəni köklərə malik olduğu Tatar xalqına rəğbətindən və xüsusilə də Türkiyədəki Tatar diasporunun gücündən daha fəal istifadə etmə niyyətini ortaya qoymaqdadır.
Türkiyə baxımından: Səfərlə rəsmi Ankara da bəzi məsajlar vermiş oldu. Belə ki, Türkiyə bununla Qarabağ məsələsində göstərdiyi fəallığın, Türkiyə-Ermənistan münasibətlərini yaxşılaşdırma cəhdinin və Qafqaz Sabitlik Paktı təşəbbüsünün Rusiyada yarada biləcəyi ənənəvi narahatçılığı azaltmağa çalışdı və iki ölkə arasındakı əməkdaşlıq prosesinə sadiq olduğunu göstərdi. Digər yandan səfərin ABŞ-da uydurma “Erməni soyqırımı” iddiasının qəbul edilcəyinə dair şübhələrinin artdığı dövrdə həyata keçirilməsi də rəsmi Vaşinqtona Türkiyənin önəmini və seçeneksiz (alternativsiz) olmadığını göstərmək mənasını da daşımaqdaydı. Elə Türkiyə Prezidenti Gülün Rusiya səfərinin bitdiyi gün ABŞ Prezidenti Barak Obamanın Gülə və Baş Nazir Ərdoğana zəng edərək Türkiyə-ABŞ  münasibətlərinə verdiyi önəmi vurğulamasını da Vaşinqtonun bu məsajı aldığının işarəsi kimi xarakterizə etmək mümkündür. Bu arada Qəzzə əməliyyatı səbəbiylə gərginləşən Tükiyə-İsrail  münasibətləri fonunda daha əvvəl son anda “texnik səbəblərlə” təxirə salınan ABŞ prezidentinin Yaxın Şərq üzrə Xüsusi Nümayəndəsi Corc Mitçelin yaxın günlərdə Türkiyəyə gələcəyinin bildirilməsini  də bu istiqamətdə yozmaq mümkündür.
Beləliklə daha başlamadan statusu, zamanlaması və səfər ediləcək yerlər baxımından mühüm məsajlar daşıyan Gülün səfərinin nəticələri də Rusiya və Türkiyə arasındakı münasibətlərində daha irəli bir mərhələyə keçildiyini sübut etdi. Səfər çərçivəsində Fevralın 13-ndə Rusya Prezidenti Dmitri Medvedevlə Türkiyəli həmkarı Abdullah Gül əvvəlcə təkbətək, sonra isə heyətlərin iştirakı ilə iki ölkə arasındakı münasibətlərin bütün istiqamətlərini müzakirə etdilər. Toplantıda iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlər, təbii qaz, elektrik və atom enerjsi sahəsindəki əməkdaşlıq məsələləri ilə yanaşı, Qaradəniz, Qafqaz, Yaxın Şərq bölgələrindəki hadisələrin inkişafı və beynəlxalq terrorizmlə mübarizə mövzuları geniş müzakirə edildi. Toplantıda Türk şirkətlərinin Rusiya gömrüyündə yaşadığı problem də gündəmə gətirildi. Moskvadakı müzakirələrin ən mühüm nəticəsi isə Medvedev və Gül arasında imzalanan “Rusiya və Türkiyə arasındakı dostluq və çox şaxəli əməkdaşlığın dərinləşdirilməsi və münasibətlərdə yeni bir mərhələyə dair ortaq bəyannamə” oldu. Bəyannamə ilə iki ölkə arasındakı strateji, təhlükəsizlik, siyasi, iqtisadi, enerji, hərbi və mədəni sahədəki əməkdaşlığın önəmi vurqulandı və münasibətlərin daha da gücləndirilərək yeni bir mərhələyə keçirillməsinin qərarlaşdırıldığı elan edildi. Rusya Baş Nazirinin Mətbuat Katibi Dmitri Peskovun “iki ölkə arasında artıq strateji ortaqlıq qurmaq” kimi xarakterizə etdiyi bəyannamədə iki ölkə arasındakı münasibətlərin inkişafının geniş Avrasiya coğrafiyasında təhlükəsizlik və sabitliyə xidmət etdiyi vurğulandı. Bu baxımdan bəyannamədə Qaradəniz bölgəsinə dair ortaq perpektivlərə geniş yer verildi və Türkiyənin “Qafqaz Sabitlik və Əməkdaşlıq Platformu” ideyasının önəmi vurğulandı.
Toplantının ikinci önəmli nəticəsi Rusya və Türkiyənin arasında ticarətin dollar yerinə Rubl və Lire ilə həyat keçirilməsinin razılaşdırılması oldu. Türkiyə bunun üçün öz milli pul qanununda dəyişiklik edəndə. Üçüncü mühüm nəticə isə Rusiya və Türkiyənin elektrik enerjisi anlaşması imzalamasıydı. Rusiyanın Energetika Naziri Sergey Şmatko Türkiyəyə 15 il boyunca toplam 60 milyard dollarlıq elektrik enerjisi verilməsinin razılaşdırıldığını elan etdi.  Şmatko ayrıca Rusiyanın Türkiyədə dəyəri 18-20 milyar dollar olan AES qurmaq istəklərini də vurğuladı. Bundan başqa zirvədən sonra iki ölkə arasındakı gömrük probleminin həlli üçün texnik heyətlin görüşmələrə başlaması qərarlaşdırıldı. Müzakirələrdə Mavi Axım kəmərinin İsrailə uzadılması mövzusunun gündəmə gəldiyi, Qarabağ məsələsinin həllinə dair fikir alış-verişinin də keçirildiyi bildirilməkdədir.           
Türkiyə Prezidenti Gül səfərinin son iki gününü təşkil edən Fevralın 14-15 tarixlərini Tatarıstanın paytaxtı Kazanda keçirdi. Burada Tatarıstan Prezidenti Mintimer Şaymiyev ilə  görüşən və Türkiyə-Tatarıstan İş Formunun açılışında iştirak edən Gülə Kazan Universiteti tərəfindən fəxri doktorluq ünvani verildi. Tatarıstanın Türkiyə və Türk-Rus əməkdaşlığı üçün önəmini vurğulayan Gül, bu respublika ilə 2002-ci ildə 17 milyon dollar olan ticarət dövriyəsinin  2008-ci ildə 2,5 milyar dolara çatmasının sevindirivci olduğunu, bunun daha da inkişaf etdiriləcəyini vurğuladı və Tatar elm adamları üçün 16 dövlət təqadünün ayrıldığını elan etdi.
Nəticədə, Abdullah Gülün son Rusiya səfəri ikitərəfli münasibətlərdə qarşılıqlı inam və əməkdaşlığa dayanan dövrün yeni mərhələyə qədəm qoyduğunu göstərməkdədir. Bu yeni mərhələdə münasibətlərdə enerji və iqtisadiyyat ilə yanaşı, strateji, siyasi və regonal təhlükəsizlik kimi sahələr daha cox önəm qazanacaq. Görünür bu iki dövlət, həm normal maraqları səbəbindən, həm də aralarındakı rəqabətdən digər böyük güclərin istifadə etmələrindən və “onların önəmlərinin digər güclər tərəfindən lazımi səviyyədə qiymətləndirilməməsindən” duyduqları narahatlığa görə öz aralarındakı münasibətləriinkişaf etdirmə trendini davam etdirəcəklər.      

Dr. Nazim Cəfərsoy