BMT Təhlüksəsizlik Şurasının iyunun 9-da İrana qarşı sayca 6-cı dəfə embarqo tətbiq etməyi qərarlaşdırmasından sonra maraq doğuran məsələlərdən biri də Rusiya-İran münasibətlərinin taleyi olub. Təhlükəsilik Şurasının 1929 sayılı embarqo qərarına dəstək verən Rusiyanın başda Buşəhər AES-i və S-300 raket kompleksləri olmaq üzrə İranla əməkdaşlığa dair mühüm lahiyələrdə necə davranacağı ciddi önəm daşıyır. Belə ki, hələ embargo qərarından əvvəl rəsmi Moskvanın ABŞ-la apardığı müzakirələrdə AES və S-300 raketlərinin gündəmə gəldiyi iddia edilmişdi.
BMT-nin embarqo qərarından sonra Rusiyanın açıqlamlarında həm bu qərara, həm də İranla əməkdaşlıq prosesinə dair vurğular xüsusi yer tutdu. Rəsmi Moskva “embarqonun İranın nüvə proqramını dayandırmaq üçün diplomatik vasitə olduğunu və İran xalqına zərər verməyi hədəfləmədiyini” qeyd etdi. Rusiya rəhbərliyinin İranla əməkdaşlığın davamı mövzusundakı açıqlamaları isə gözlənildiyi kimi Buşəhər AES-i və S-300 raketləri məsələlərinə dair oldu. Rəsmi Moskvanın Buşəhər AES-nə dair açıqlamlarında lahiyənin davam edəcəyi və daha öncə açıqlandığı kimi bu ilin avst ayında istifadəyə veriləcəyi elan edildi. İstanbuldaki Asiya sammitində iştirak edən Rusiyanın Baş Naziri Vladimir Putin iyunun 8-də Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra verdiyi açıqlamada embarqonun bu prosesə mane olmayacağını və öhdəliklərinə əməl edəcəklərini açıqladı. Hətta Rusiya Xarici İşlər Naziri Sergey Lavrov 10 iyunda verdiyi açıqlamada İranla yeni AES lahiyələrinin gündəmdə olduğunu belə elan etdi.
Ancaq S-300-lərin İrana satışı mövzusunda Rusiyadan bir biri ilə ziddiyət təşkil edən açıqlamalar verilib. İlk olaraq, iyunun 10-da Rusiya hərbi sənaye kompleksinin adının çəkilməsini istəməyən bir rəsmisi “İnterfaks” agentliyinə verdiyi açıqlamada BMT-nin embarqo qərarından sonra S-300 raket sistemlərinin İrana satılmayacağını açıqladı. Ancaq elə həmin gün əvvəlcə Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Andrey Nesterenko, ardından da nazir Lavrov bu silahların müdafiə xarakterli olduğunu və embargo qərarının bu raketlərin satışına mane olmadığını bildirdilər. Rusiya Dumasının Beynəlxalq Münasibətlər Komisyasının sədri Konstantin Kosacev də Xarici İşlər Nazirliyi rəsmiləri ilə bənzər açıqlama verdi. Maraqlıdır ki, eyni gün ABŞ Dövlət Departamentinin nümayəndəsi Filip Krouli də verdiyi açıqlamada BMT-nin embarqo qərarının S-300 raketlərinin satışını qadağan etmədiyini bildirdi.
Ancaq iyulun 11-dən etibarən Rusyanın Baş Naziri Putinin Parisdə Fransa Prezidenti Sarkozi ilə görüşündən sonra Fransız mənbələri Putinin S-300-lərin İrana satışının dondurulduğunu bildirdiyini açıqladı. Rusiya tərəfindən təkzib ediləməyən bu açıqlama ilə eyni gündə Rusiya Xarici İşlər Nazirinin Müavini Sergey Ryabov da İrana silah satışında BMT-nin embarqo qərarını əsas alacaqlarını elan etdi. Yenə eyni gün, adının çəkilməsini istəməyən bir Kreml nümayəndəsi də S-300-lərin İrana satılmayacağını bildirib. Maraqlıdır ki, daha bir gün əvvəl S-300 raketlərinin İrana satılacağı istiqamətində açıqlama verən Rusiya Dumasının Beynəlxalq Münasibətlər Komisyasının sədri Konstantin Kosacev də bu qərarı dəstəklədiyini açıqlayıb. Lavrov da S-300-lərin satışına dair müqavilənin taleyinin prezident Medvedevin BMT-nin embarqo qərarının Rusiya tərəfindən tətbiqinə dair fərmanı ilə müəyyənləşəcəyini bildirib.
İranın bəzi rəsmiləri isə S-300 satışına dair bu yeni maneni səbəb göstərən Rusiya qarşı sərt reaksiya göstərməyə başlayıb. Xatırladaq ki, 2005-ci ilin dekabrından başlayaraq Rusiyanın İrana satması gündəmdə olan 5 ədəd S-300 raket kompleksinin rəsmi Tehrana verilməsi ABŞ və İsrailin cəhdləri nəticəsində “texniki problemlər” səbəb gostərilərək gecikdirilib. 2009-cu ilin noyabrında İranın Hava Hücumundan Müdafiə Qoşunlarının Komandan Müavini, briqada generalı Məhəmməd Həsən Mansurian müqaviləyə əməl etmədyi üçün Moskvaya qarşı iddia qaldıra biləcəklərini açıqlayıb.
Fransız mənbələri Sarkozi ilə görüşündə də Putinin İranın bu qərardan narazı olduğunu və müqavilənin şərtlərininə əməl etmədiyi üçün Rusiyadan maddi təzminat istədiyini söylədyini elan edib. Son olaraq, İran parlamentinin Milli Təhlükəzilik və Xarici Siyasət Komisyasının sədri Ələddin Borucərdi S-300-lərin satışının dondurulmasından Rusiyanın zərər görəcəyini və bu silahlardan daha müasir silahlar istehsal etməyə qadir olduqlarını vurğulayıb. Komissiyanın sədr müavini İsmail Kövsəri də Rusiyanın müqavilə şərtlərinə əməl etməli olduğunu bildirib. S-300-lərin satışı məsələsinin iyunun 15-də Rusiya Xarici İşlər Nazirinin Müavini Aleksey Borodavkininin İran səfiri Mahmud Riza Sədcadi ilə embarqo qərarından sonra iki ölkə arasındakı əməkdaşlığın gələcəyinin müzakirə etdiyi görüşdə əsas mövzulardan biri olduğu güman edilməkdədir.
Göründüyü kimi, S-300 mövzusunda Rusiyanın müxtəlif rəsmi orqanları 2 gün içində ziddiyətli açılamalar veriblər. Bu vəziyyətin daha çox bu üç ehtimaldan qaynaqlandığı güman edilir: Birinci ehtimal görə, Rusiyada başda Xarici İşlər Nazirliyi olmaqla bəzi mühüm qurumlar Medvedev və Putinin İrana dair mövqeyinə müqavimət göstərirlər. Ancaq prezident və baş nazirin Rusiyadakı mövqeyi və xarici siyasi kursundakı yeri nəzərə alındığında bu ehtimal cox zəif bir ehtimaldır. İkinci ehtimala görə, Rusiyanın dövlət qurumları arasında S-300 ziddiyəti bir koordinasiya və qeyri-peşakarlıq nəticəsində yaranıb. Ancaq, Rus dövlət mexanizmindəki vəziyyət, xüsusiylə də xarici işlər nazirliyinin peşakarlığı ilə seçilməsi bu ehtimalın da zəif olduğunu düşündürməkdədir. Geriyə qalan üçüncü ehtimal isə Rusiya ilə Qərb arasında bir bazarlığın hələ də davam etdiyi və S-300 kartının son iki gündəki məcarasının da bunun sonucu olduğu ehtimalıdır. Rus rəsmiləri hələlik mahiyyəti nə olduğu məlum olmayan müzakirələdə Qərbdən istədiklərini ala bilmədikləri üçün bu taktiki açıqlamları vermiş ola bilərlər. Putinin Parisdə Sarkozi ilə görüşdəki açıqlamalarından sonra bu müzakirə mövzusunun S-300 raketlərinin satışının dondurulması nəticəsində Rusiyanın itkilərinin qarşılanması ola biləcəyi güman edilməkdədir. Xatırladaq ki, Rusiya ilə ABŞ arasındakı İrana embarqo qərarının alınması müzakirələrinin uğurla nəticələnməsi fonunda rəsmi Vaşinqton İranın nüvə proqramına yardım edən 4 Rus silah şirkətinə tətbiq etdiyi embaqonu ləğv etdiyini açıqlamışdı.
Nəticədə, son bir neçə aydır Rusiya-İran münasibətlərindəki pisləşmə BMT-nin embarqo qərarından sonra yeni impuls qazanıb. Ancaq bu iki ölkənin ən azından orta müddətli strateji maraqlarında müəyyən ortaq maraqlar nəzərə alındığında rəsmi Moskva və Tehranın bu gərginləşmə prosesinin daha da büyüməməsi üçün cəhdlər göstərəcəyi də gözlənilə bilər.
Avropa