Avropa

Rusiya ilə Belorusiya arasında qaz böhranı: səbəblər, nəticələr

Pinterest LinkedIn Tumblr

İyunun 21-də Rusiya ilə Belorusiya arasında növbəti qaz böhranı baş verib. Belə ki, Rus qaz şirkəti “Qazprom” Belorusiyanın 192 milyon dollarlıq borcunu səbəb göstərərək bu ölkəyə göndərdiyi qazı kəsməyə başladığını açıqlayıb. Şirkət rəsmiləri ilk mərhələdə bu kəsintinin 15% həcmində olduğunu, ancaq bu miqdarın 85%-qə qədər yüksələ biləcəyini bildirib. Rusiya və Belorusiya enerji şirkəti yetkililəri arasındakı böhranın həlli üçün müzakirələrin nəticə verməməsini səbəb göstərən “Qazprom” 22 iyunda kəsinti həcmini 30 % yüksəltdiyini elan edib. Belorusiyanın Perzidenti Aleksandr Lukaşeko isə eyni gün Avropya göndərilən Rus qazının ölkədən nəqlini dayandırmaq qərarı verdiyini açıqlayıb. Lukaşenko da bu qərarına səbəb kimi Rusiyanın Belorusiyaya 260 milyon dollar tranzit borcunun ödəməməsini səbəb göstərib.
Xatırladaq ki, Belorusiya Avropaya nəql edilən Rus qazının əsas tranzit ölkələrindən biridir. Başda Litva, qismən də Polşa və Almaniya olmaq üzrə Avropalı istehlakıçaların 6 %-i üçün Rus qazı Belorusiya vasitəsiylə nəqil edilməkdədir. Rusiya isə ehtiyac halında Avropaya qazın Ukrayna maşrutu ilə nəqlinin artırılacağını açıqlayıb. Avropa Birliği Rusiya-Belorusiya qaz böhranında tərəfsiz qalacağını, ancaq monitorinq qrupu göndərməyə hazır olduğunu elan edib. Avropa Birliği qaz kəsintisinin üzv ölkələrə təsiri ilə bağlı faəliyyətlərə başlayıb. Avropa parlamentinin araşdırmasına görə, kəsinti artıq Litva və Almaniyanın şərqinə öz mənfi təsirini göstərməyə başlayıb.                
Böhranına səbəb olan qaz borcu məsələsinin kökü 2010-cu ilin yanvarına  qədər gedir. Belə ki, iki ölkə arasındakı müqaviləyə görə, Belorusiya Rusiyaya qazın 1000 m³-i üçün 169 dollar ödəməlidr. Ancaq rəsmi Minsk Rusiya ilə gömrük ittifaqını səbəb göstərərək 1000 m³ üçün  150 dollar ödəyir. “Qazprom” Belorusiyanın qaz şirkəti “Beltransqaz”ın Mayın 1-nə qədər 192 milyon dolar olan bu borcunun iyun ayın sonunda 250 milyon, il sonuna qədər isə 500-600 milyon dollara yüksələcəyini hesaplamaqdadır. İki ölkə arasında müzakirələrin uğurla nəticələnməməsi üzərinə 15 iyunda Rusiya Prezidenti Dmitri Medvedev borcun ödənməsi üçün Belorusa 5 gün vaxt verib. Rusiya bu prosesdə Belorusiyanın borcun mal verərək ödənməsi və ya 2 həftə əlavə vaxt istəməsi istəklərini isə qəbul etmədi. Son olaraq Lukaşneko pulun Qazpromun Belorusiyaya 250 milyon dollar borcundan çıxılmasını təklif etmişdi. Maraqlıdır ki, Qazprom Belorusiyaya tranzit borcunu inkar etmir, ancaq bunun miqdarını da açıqlamır.
Rusiya və Belorusiya arasındakı qaz böhranı prosesi sadə bir borc məsələsindən daha geniş bir məna daşımaqdadır. Belorusiya Rusiya baxımından keçmiş Sovet məkanında “udulması ən asan tikə” kimi görünməkdədir. Bu baxımdan keçmiş Sovet məkanının interqrasyasında böyük önəm təşkil etməkdədir. Ancaq, Ruisya və Belorusiya arasında münasibətlər son 10 ildə bir neçə dəfə böhran yaşayıb. 2000-ci illərin başında münasibətlər Rusiyanın Belorusiyayla inteqrasiya prosesini bu ölkəni öz subyektinə çevirmə cəhdinə prezident Lukaşenkonun müqaviməti ilə yadda qalıb. 2006-cı ildə iki ölkə arasındakı enerji problemi  uzun müzakirələrədən sonra böhrana çevrilmədən son anda həll olnub. Rusiya-Belarusiya münasibətlərində 2009-cu il isə daha cox “süd böhranı” ilə ələmətdar olub.
Rusiyanın son enerji böhranında Belorusiya üzərində təzyiq qurması da rəsmi Moskvanın keçmiş Sovet məkanında öz inteqrasiya modelini yaratmaq cəhdlərinin yeni bir nümunəsədir. Rusiya bu prosesdə bir yandan uzun müddətdən bəri ələ keçirmək istədiyi Belorusiyanın enerji səneyisi kompleksinin  özəlləştirməsində üstünlük əldə etmək, digər yandan isə bu ölkənin inteqrasiya prosesinə etirazlarını aradan qaldırmağı hədəfləməkdədir. Belorusiyanın Rus enerjisindən asılılığı, ən büyük ticari partnyorunun Rusiya olması, Qərblə problemli münasibətləri və son olaraq da Rus-Ukryana münasibətlərinin yenidən yaxınlaşması Rusiyanın əlini gücləndirən amillər kimi xarakterziə edilə bilər. Rəsmi Minsk isə Rusiya qarşında nisbi bir tarazlıq yaratamq üçün Rus enerjisinə alternativ axtarışlarırını gücləndirməkdədir. Lukaşenkonun son Bakı səfəri və Litva terminalından maye  qaz almaq niyətini açıqlaması da buna hesablanıb. Bu çərçivədə önümzdəki dövrdə Belorusiyanın Qərblə, xüsusən AB ilə münasibətlərini yaxşıladırıcı adımlar atması da gözlənilə bilər. Ancaq mövcud şərtlərdə Belorusiyanın Rusiyaya cox ciddi müqavimət göstərmə imkanları məhduddur. O baxımdan qaz borcu probleminin yaxın mərhələdə Rusiyanın maraqlarına daha çox cavab verən model çərçivəsində həlli gözlənilə bilər.

Araz Aslanlı