Mübariz Əhmədoğlu Ermənistanın da bu prosesdə iştirakçı olduğunu iddia edir
– Ermənistan Sankt-Peterburq təklifləri variantını niyə ortaya atıb?
– Ermənistanın dəstəklədiyi Sankt-Peterburq təklifi xalis provokasiyadır. MDB məkanında Qırğızıstan timsalında rolunu genişləndirən ATƏT və ABŞ-ın Qafqaz regionundan gedəcəyini və ya rolunu azaldacağını düşünmək sadəlövhlükdən başqa bir şey deyil. Ermənistanın təşəbbüsü ilə ATƏT MQ-də Rusiyaya xüsusi statusun verilməsi RF-nin maraqlarına kökündən ziddir. Belə təqdim olunur ki, ABŞ Ermənistanın Qərbə inteqrasiyasına ümidli deyil, çünki Azərbaycan Türkiyəyə Ermənistanla sərhədi açmağa icazə vermir. Ermənistan isə digər tərəfdən Rusiyanın adı ilə Azərbaycanı hədələyir. Nəticədə təzyiq altında qalan Azərbaycan Türkiyə-Ermənistan sərhədinin açılmasına icazə verəcək. Sonda Ermənistanın Qərbə inteqrasiyası başlayır. Ümumiyyətlə bu, Şimali Qafqazda vəziyyəti daha da gərginləşdirəcək.
– Son proseslərdə İranın mövqeyi barədə nə demək olar?
– Ermənistanın ortalığa qoyduğu bütün təkliflərin çoxvariantlılığını nəzərə alaraq, provokasiyanın digər ünvanının da olduğunu düşünmək olar. ATƏT MQ həmsədr ölkələrinin İrana münasibəti bəllidir. Eləcə də İran bu dövlətlərə qarşı mübarizədədir. ABŞ-ın İrana təzyiqi artdıqca İranın da bu dövlətlərə qarşı mübarizəsi güclənməlidir. Cənubi Qafqaz regionu, o cümlədən DQ münaqişəsi bu prizmadan İrana əlavə imkan yaradır. ABŞ ATƏT MQ-də öz rolunu “gizlədir”, manevr olaraq region dövləti kimi RF-nin rolunu önə çıxarır. Bu, faktiki, Ermənistanı yaranmış gərginlikdən sığortalamaqdan başqa bir şey deyil. DQ münaqişəsini tənzimləmək adı ilə regiona gəlmiş ATƏT MQ üçlüyü DQ münaqişəsinin tənzimlənməsini bir qırağa qoyub İran problemini həll etməklə məşğuldur.
– Dediyiniz iki variant Azərbaycanın maraqlarına cavab verirmi?
– Hər iki variant Azərbaycanın maraqlarına cavab vermir: Azərbaycan Türkiyə-Ermənistan sərhədinin açılmasında, Şimali Qafqazda vəziyyətin daha da gərginləşməsində və İrana qarşı müharibənin başlanmasında maraqlı deyil. Bu səbəbdən Azərbaycanın cavabı yubatması və ya başqa xarakterli cavaba hazırlaşması başadüşülən olmalıdır.
Ermənistanın Sankt-Peterburq təklifini gündəliyə gətirib dəstəkləməkdə niyyəti konfliktogenlik deyil, sağlamdırsa, o zaman Azərbaycanın, cavab gözləmədən, DQ münaqişəsinin tənzimlənməsində praktiki addımları başlamalıdır.
Bu addımlar iki istiqamətdə olmalıdır: a) torpaqların işğaldan azad olunmasına başlanmalıdır; b) DQ azərbaycanlı və erməni icmaları arasında dialoqun başlanması təmin edilməlidir.
Belə olmazsa, yaxın zamanlarda ATƏT MQ həmsədrləri adından ER müdafiə naziri S.Ohanyanın Almaatı görüşü ilə eyni vaxtda İranda bu ölkənin rəsmilərini aldatmasının üstü açıla bilər. Ermənistanın İrana Qərbin müharibə hazırlığında iştirakı bəlli ola bilər.
Bu halda Tehranın DQ münaqişəsinin tənzimlənməsində və ya Ermənistana qarşı siyasətində hansı dəyişikliklərin olacağını proqnozlaşdırmaq çox çətindir. Ermənistan münaqişənin tənzimlənməsində sağlam niyyətini praktiki addımlarla ortalığa qoymalıdır. Bu yaxın dövrün tələbidir.
Mənbə – http://www.baki-xeber.com/new/2010/07/27/get=47586
Avropa