Amerika

GƏNC TƏDQİQATÇI: ABŞ-ın İrəvan səfiri gəncləri hərəkətə keçməyə çağırıb

Pinterest LinkedIn Tumblr

ABŞ-in Ermənistandaki səfiri Mari Yovanovic 1 martda Ermənistan Dövlet Üniversitetində çıxış edərkən Erməni gənclərinə bəzi məsləhətlər verib. O, bildirib ki, heç bir tərpəniş olmadan onlar arzuladıqları ölkəni qura bilməyəcəklər. Səfir demokratiya ilə bağlı fikirlərini gənclərlə bölüşərkən onları hərəkətə keçməyə çağırıb. Yovanovic onu da qeyd edib ki, demokratiyanin dərinləsməsi və siyasi dialoqun aparılması dərin və köklü dəyişiklər, eləcə də islahatlar tələb edir.

Yaxın Şərq ölkələrində insanların hakimiyyət əleyhinə çıxışlara başlaması, eləcə də, Afrika və Yaxın Şərq ölkələrində vətəndaş müharibəsi ehtimalının olması ərəfəsində ABŞ-ın Ermənistandakı səfirinin bu cür çıxış etməsi heç də təsadüfi görünmür. Səfirin Erməni gənclərin hərəkətə keçmələri gərəktiyini bildirməsi, proseslərin Yaxın Şərqdəki kimi getməsi ehtimalını da gündəmə gətirir. Hec təsadüfi deyil ki, 1 mart hadisələrinin üçüncü ildönümü münasibətilə Ermənistanda mitinq keçirilib. Səfirin belə açıqlama verməsinin bir səbəbi də Dağliq Qarabağ münaqişəsi ilə  bağli yaranan vəziyyət də ola bilər. Ermənistan öz ərazisində demokratiya, siyasi sabitlik, iqtisadi inkişaf və s. yarada bilmədən Azərbaycan torpaqlarına necə ərazi iddiası irəli sürə bilər?  Onu da qeyd edim ki, ABŞ-ın Ermənistandakı hal-hazırkə səfiri Mari Yovanovic 2005-ci ildə ABŞ-ın Qırğızıstandakı səfiri olub. Həmin dövrdə Qırğızıstanın dövlət başçisi Əsgər Akayev devrilib.
(Afaq Əhədova, ADİU TUDİFAK BM 3- kurs)

Afaq Əhədova