Hərbi-təhükəsizlik

Rusiya Koreya problemindən bəhanə kimi istifadə olunmasını istəmir

Pinterest LinkedIn Tumblr

                   

Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Aleksandr Lukaşeviç  9 apreldə  “RİA Novosti” xəbər agentliyinə müsahibə verib. O, müsahibəsində rəsmi Moskvanın Koreya ətrafındakı proseslərə münasibətini də açıqlayıb. Lukaşeviç Rusiyanın Londonda keçirilən və Şimalı Koreyanın təxribatçı mövqeyinin qəbul edilməz olduğunu ifadə edən “Səkkizlər” toplantısının qərarı ilə həmrəy olduğunu bəyan edib. Ancaq rus diplomat problemin həlli üçün siyasi-diplomatik cəhdlərdən qətiyyən vaz keçilməməsini, başqa bir alternativin gündəmə gəlməsinin şimal-şərqi Asiyada büyük dalğalanmalara səbəb olacağını vurğulayıb. Lukaşeviç  Rusiyanın Şimalı Koreyanın fəaliyyətlərini səbəb göstərərək şimal-şərqi Asiya bölgəsində hərbi güc və silahlanmanın artırmasına, raket əleyhinə müdafiə sistemi qurma və bənzəri cəhdlər etdilməsinə qətiyyətlə qarşı olduğunu da bəyan edib.

 

Xatırladaq ki, Koreya probleminin kökündə ikinci dünya müharibəsindən sonra bu ölkənin şimal və cənub olaraq ikiyə ayrılması dayanır. 1950-1953-cü illər arasında Koreya müharibəsinə səbəb olan bu problem həm soyuq müharibə dövründə, həm də sonrakı mərhələdə bölgədə gərginlik mənbəyi olaraq qalıb. Şimalı Koreyanın nüvə silahı əldə etməsi və bu amilin də gərginlik prosesində Cənubi Koreya və onun bölgədəki dəstəkçiləri olan ABŞ ilə Yaponiyaya qarşı təhdid vasitəsi kimi  istifadə etməsi problemi qlobal bir təhlükə mənbəyinə çevirib. Mart ayının əvvəlində Şimalı Koreyanın bölgədə Cənubi Koreya ilə ABŞ-ın ortaq hərbi təlimlərinə qarşı çıxması və buna cavab olaraq rəsmi Seulla olan hücum etməmək barədə və nüvə silahsızlanmasına dair müqavilələri ləğv etdiyini bildirməsi vəziyyəti daha da gərginləşdirib. Son olaraq isə Şimalı Koreya ordusunu müharibəyə hazır vəziyyətə gətirdiyini elan edib. Rəsmi Pxenyanın bu mövqeyinə qarşı isə Cənubi Koreya ilə ABŞ bölgədə hərbi hazırlıqlarını gücləndiriblər. Yaponiya isə raket əleyhinə müdafiə sistemi qurmaq təşəbbüsü ilə addımlar atmağa başlayıb.

 

Bu mənzərə qarşısında rəsmi Moskva həm nüvə silahlarının şərq sərhədlərində istifadəsi ilə nəticələnə biləcək bir gərginliyin daha güclənməsindən narahat olur, həm də ABŞ-ın bu böhranı bəhanə edərək regionda daha da güclənməsini istəmir. Lukaşeviçin son açıqlamaları da Rusiyanın bu narahatçılıqlarını açıqca ortya qoymaqdadır.   

 

www.araztm.az

 

 

Araz Aslanlı