Hərbi-təhükəsizlik

Araz Aslanlı: “Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi statusla üzvlük doğru addımdır”

Pinterest LinkedIn Tumblr

Araz Aslanlı: “Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi statusla üzvlük doğru addımdır”

“Azərbaycan “Şanxay əməkdaşlıq təşkilatı”na müşahidəçilik üzvü olmağa çalışır”. Bunu SİA-ya açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Srateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Araz Aslanlı deyib.

 

Onun sözlərinə görə, müşahidəçilikdə “Şanxay əməkdaşlıq təşkilatı” sammitində Ermənistan da var və bu da bizim üçün maraqlı bir məsələdir: “Bununla bağlı məlumat “Şanxay əməkdaşlıq təşkilatı” nın baş katibi tərəfindən iki gün öncə açıqlandı ki, Azərbaycan növbəti mərhələdə “Şanxay əməkdaşlıq təşkilatı”na müşahidəçi üzvü olmağa çalışır. İyul ayında “Şanxay əməkdaşlıq təşkilatı”nın sammiti keçiriləcək, digər dövlətlər də müraciət edib ki, onların içərisində Ermənistan da var. Bu da bizim üçün maraqlı bir məsələdir. Azərbaycan balanslaşdırılmış xarici siyasət icra etməyə çalışır. Lakin müəyyən dövrlərdə qlobal  siyasətdəki dəyişikliklərə paralel olaraq, Azərbaycanın balans siyasətində balansın istiqamətilə bağlı müəyyən qədər ya qərbpərəstlik diqqəti çəkir və yaxud anti – qərb münasibət diqqət çəkir. Amma ümumilikdə götürdükdə bu iki balans heç bir halda pozulmayıb”.

 

Araz Aslanlı onu da vurğuladı ki, “Şanxay Əməkdaşlıq Təşkilatı”ilə müşahidəçilik statusuna üzv olmaq, Azərbaycanın balanslaşdırılmış xarici siyasətində pirioritet ola bilər: “Azərbaycan qərb tərəfdəki beynəlxalq təşkilatlar olan NATO və Avropa İttifaqı ilə münasibətləri dərinləşdirir. NATO ilə əməkdaşlığımızın da müxtəlif formaları var.  O, formaların hər birini biz inkişaf etdiririk. Avropa İttifaqı ilə də həmçinin müxtəlif formalarda əməkdaşlıq edirik. Bu baxımdan “Şanxay Əməkdaşlıq Təşkilatı”nda müşahidəçilik statusunu  çox doğru və uğurlu addım hesab edirəm. Ora daimi üzv olmaq Azərbaycanın balanslaşdırılmış xarici siyasətinə prioritet ola bilər. Fərqli bir mövqey kimi ortaya çıxa bilər. Amma müşahidəçi üzv kimi ora müraciət etmək, yəni ordaki prosseslərdə müşahidəçi kimi iştirak etmək, bu baxımdan məncə doğrudur. Nəzərə alsaq ki, Ermənistan da ora müraciət edib və hətta Türkiyənin də üzvlüyü ilə bağlı  söhbətlər var idi. Həm balanslaşdırılmış xarici siyasət kursu baxımından, həmdə əhəmiyyətli strateji müttəfiq olan Türkiyənin də o təşkilata baxışını nəzərə alsaq  məncə doğru addımdır. Hesab edirəm ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi adından qəbul olunarsa, əlavə platforma yaradacaq ki, müşahidəçi statusunda hansı imkanlar varsa biz də öz mövqeyimizi ortaya qoyaraq, fikirlərimizi çatdıra biləcəyik. Çünkü Azərbaycanın xarici siyasətində tətbiq olunan prinsiplərdən biri fəallıqdır, digəri isə açıqlıqdır. Biz mümkün qədər daha çox beynəlxalq təşkilatda  uyğun formada iştirak etmək, üzv olmaq, sözlərimizi demək istəyirik. Bu  baxımdan üzvlük çox doğru bir addımdır”.

Orxan Faiqov

http://sia.az/az/news/economy/460264-araz-aslanli-sanxay-emekdasliq-teskilatina-musahideci-statusla-uzvluk-dogru-addimdir

Araz Aslanlı