Amerika

Ankara və Moskva eyni qütblə problem yaşayır – Şərh

Pinterest LinkedIn Tumblr

 

Araz Aslanlı, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) Sədri

 

1990-cı illərin əvvəlində Rusiya Federasiyasının Ankaradakı səfiri Albert Çernışev belə bir cümlə işlətmişdi: “Evi şüşədən olanlar başqasının pəncərəsinə daş atmasınlar!” (Səfir, bununla Türkiyənin Çeçenistan siyasətini, Türkiyə daxilindəki Kürdləri və digər qrupları nəzərdə tutmuşdu). 



Sonrakı illərdə bu iki dövlət bir-birinin “evini dağıtmağa” çalışmasalar da ara-sıra pəncərəyə daş atmağa davam etdilər. Amma hazırda Türkiyə və Rusiya eyni qütb ilə problem yaşayır: Rusiyaya maraqlarını (bir hissəsi imperial olan) reallaşdırmağa imkan vermirlər. Türkiyəyə isə qeyri-sabitlik zolağının bir parçası olmaqdan çıxmağa imkan vermirlər; əksinə Türkiyənin özünü “əbədi qeyri-sabitlik” zolağı etməyə çalışırlar.


Sonuncu Erdoğan-Putin görüşü bu fonda xüsusi önəm daşıyırdı. Əgər bu iki dövlət mövcud vəziyyəti düzgün qiymətləndirib uzunmüddətli strateji əməkdaşlıq edə bilsələr, xüsusilə Rusiya imperial maraqlarından bir qədər geri addım atsa, hər ikisi və Yaxın Şərq regionu bundan qazanclı çıxacaq. Çünkü xüsusilə Yaxın Şərqdəki dövlətlərin ərazi bütövlüyünün qorunması baxımından ən azı 2 region ölkəsinin və bir regiondankənar böyük gücün əməkdaşlığı vacibdir ki, regiondankənar böyük güc rolunu Rusiya oynaya bilər. 


Amma Türkiyə və Rusiya mövcud əməkdaşlığı konyekturadan qaynaqlanan taktiki addımlar kimi qiymətləndirsə gec-tez Çernişevin dediyi cümlə hər iki tərəf üçün risk mənbəyi olmağa başlayacaq.

Araz Aslanlı