Amerika

Covid-19-la mübarizədə demokratik sistemlər: üstünlüklər və çatışmazlıqlar

Pinterest LinkedIn Tumblr

Novruzəli Yusubzadə

 

 

Giriş

 

Çinin Hubey əyalətinin Vuhan şəhərində yayılan yeni növ koronavirus, bütün dünya siyasəti, iqtisadiyyatı və sosialogiyasına dərin təsir etdi və hələ də etməkdədir. Bu virusun qısa bir zamanda, geniş yayıla bilməsi əslində əsrlərdir üzərində mübahisə edilən 2 sualı yenidən gündəmə gətirmiş oldu:1) Hansı idarəetmə sistemi bütün halarda daha əlverişlidir?; 2) İnsan azadlığı mı yoxsa ümumi təhlükəsizlik mi daha önəmlidir? Bu cavabını hələ də tapmamış suallar üzərində dünya yenə də iki hissəyə bölünərək, hər bir tərəf müəyyən arqumentlər gətirir və özünün doğruluğuna haqq qazandırmağa çalışır. Lakin müasir dünya sistemi o qədər çox qloballaşma meyillərinə məruz qalıb ki, hazırda ağ və qara kimi ayıra biləcəyimiz və mütləq doğru yanaşmanı tapacağımızı düşünməməliyik. Əsrlər əvvəldən də daim mübarizə içərisində olan iki siyasi sistem, demokratiya və avtokratiya bu günlərdə də qlobal pandemiya ilə mübarizədə yeni yollar axtarır. Sosialist cəbhənin dağılmasından sonra, dünyada kapitalist, qlobalist və bazar iqtisadiyyatının sürətlə yayılması, eyni zamanda demokratik dəyərləri də özü ilə birgə gətirmiş oldu. Demokratiyanın daha yaxşısı kəşf edilənə qədər, ən yaxşı sistem olaraq qalması, onun ara-sıra qlobal fəlakətlər vasitəsilə sınaqdan çıxmasını da labüd edir. Lakin daha böyük pəncərədən baxdıqda bəzən sistemlər təkcə səmərəli və ya səmərəsiz deyildir. İlk olaraq o sistem, həmən ölkədə nə dərəcədə yayılmışdır, əhalinin sosial düşüncə tərzi necədir, mövcud şərtlərdə necə davranılmalıdır kimi sualları da hesaba qatmaq lazımdır. Eyni zamanda bütün dünya ölkələri əslində sosial dövlət modelinin, qloballaşmanın pis təsirlərinin, demokratiya daxilində belə müxtəlif modellərdə belə federal ölkə yoxsa respublika modelinin ətrafında düşünmüş oldular. Məsələyə hər zaman ən güclü və ya ən yaxşının mövqeyindən yanaşıldığı üçün, biz də bu gün demokratik sistemlərin qlobal pandemiyalarla mübarizədə nə dərəcədə bacarıqlı olduqlarını araşdıracayıq.

 

Covid-19-la mübarizədə demokratik sistemlərin üstünlükləri

 

Müxtəlif növ demokratiya modelləri olduğu kimi, pandemiyaya qarşı da müxtəlif növ vasitələrdən istifadə edilmiş oldu. Biz isə əvvəlcə demokratiyanın ümumi avantajlarından, sonra isə bölgələr və ya ölkələr üzrə əldə edilmiş uğurlardan danışacayıq. Qlobal koronavirus pandemiyası, yayıldıqdan dərhal sonra bütün demokratik sistemlərdə səlahiyyətli şəxslər xalq qarşısında çıxış yollarını və yoluxma hallarını həqiqətə uyğun halda açıqladılar. Demokratiyanın yaratdığı məsuliyyət hissi, yoluxma və ölüm hallarının istər mediya istərsə də hökümət tərəfindən daha şəffaf şəkildə xalqa çatdırılmasını mümkün etdi. Fəlakətin zərər vurduğu ölkələr arasında əyalət və respublika modellərində də çox kəskin fərqlərlə qarşılaşmaq olar. Federal modelli demokratik ölkələrdə, hər bölgə özünüidarə hüququna qismən sahib olsa belə, bu yayılmanın az da olsa önünə keçmə imkanı vermiş oldu. Demokratiyanın ən uğurlu tərəfi, əslində onun ən uğursuz tərəfi də hesab edilə bilər. Buna fikir azadlığı deyirlər, bu azadlığa görə hər bir şəxs müxtəlif fikirlər söyləyir və nəticədə qərar verməyə təsir edir. Nəticə olaraq yeni bir qərar alınması çox çətinləşir,əgər mümkündürsə o zaman demokratiyanın uğuru olur, əgər fikir müxtəlifliyi qərar almaya əngəldirsə bu zaman mənfisi hesab edilə bilər. Daha bir demokratik model üstünlüyü isə sıx əməkdaşlıq sayəsində birlikdə yeni qərarlar almaq və ya demokratik ölkələrin insanların fundamental hüquq və azadlıqlarına hər şeydən daha çox önəm verməsi hesab edilə bilər. “İnsanın doğulduğu andan yaşamaq hüququ var”, tərzində maddənin demokratik ölkələrin təkcə konstitusiyasında deyil, eyni zamanda idarəçilik modelində də olması, onlar üçün daha çox məsuliyyət hesab edilir. Demokratik ölkə olsalar belə, fərqli mübarizə yolları seçmiş bir neçə ölkənin uğurlarını və onların cəmiyyətinin demokratiyaya təsirlərinə baxmağa çalışaq.

Amerika, Almaniya– bu iki federal idarə etmələrə sahib olan demokratik ölkədə, insanların sosial izolyasiyası və bunu anlaması müsbət hesab edilə bilər. Eyni zamanda hər iki ölkə çox böyük həcmdə sosial paketlər ayıraraq, əhalinin yaşam tərzini və biznes sahələrinə dəymiş zərəri aradan qaldırmağa çalışmaqdadırlar. Eyni zamanda kansler Merkelin, özünü karantinə alması, Trumpın isə biz insanları evlərə yığmağa yox, vaksini tapmağa çalışmalıyıq deməsi, demokratiyanın üstünlükləri hesab edilə bilər.

İspaniya, İtaliya- hər iki demokratik ölkədə ölüm sayı kəskin artmaqda davam edir. Bunun səbəbi demokratiyanın həddindən artıq azadlıq verməsindən daha çox xalqların düşünmə və yaşam tərzlərindədir. Cənubi Avropa ölkələri hər zaman daha çox turizmə açıq və daha ünsiyyətcil ölkələr olduğu üçün bu ölkələrdə demokratiyanın yaratdığı fərdiyyətçilik insanların isə xəstəliyin nəticələrini tam şəkildə dərk etməməsinə görə qarşısı alınmaz hala gəlmişdir.

Cənubi Koreya- bu ölkədə pandemiya çox sürətlə yayılmasına rəğmən, demək olar ki, xəstəliyin önünə keçilə bildi. Normal hallarda belə, empatiya qabiliyyəti yüksək olan koreya xalqı, özünü izolyasiya etməyi bacarmış və hər biri dürüst olmuşlar. Bunun bütün uğurlarını demokratiyaya yükləmək də doğru olmazdı, çünki bu sistemdən daha çox xalqın monotonluğu və konfutsi fəlsəfi düşüncəsinə bağlıdır. Lakin hökümətin də çox şəffaf çalışması, demokratiyanın uğurudur.

Böyük Britaniya və Skandinaviya ölkələri- bu ölkələr daha fərqli modeldən istifadə etməyə çalışdılar, lakin yetərincə əlverişli ola bilmədi. Britaniyada hökümət ahıl insanları şimali Şotlandiyaya köçürüb, geridə qalan gənc nüfuzda xəstəliyi yayaraq sürü imunniteti yaratmaq istədi. Skandinav ölkələri isə, heç bir qadağa gətirmədən, hər bir seçimi insanların üzərinə buraxdı.

İsrail- bütün ölkələrdən fərqli olaraq, koronavirusdan ölkədə bəlkə də heç vaxt bir araya gəlməyəcək siyasətçiləri bir hökümətdə toplamaq üçün istifadə edə bildi. Ölkə daxilində nisbi millətçilik hisləri artmasın deyə, ərəb əsilli insanlar da parlamentdə təmsil olunmağa başladı.

Bütün bu demokratik ölkələrdə alınmış müxtəlif tədbirlər, əslində dövlətlərin tək və ya çox millətli, sosial davranış, eyni zamanda nə qədər konservativ olmasından da çox aslıdır. Əslində bütün bunların kökündə, demokratiyanın özünündə müxtəlif yerlərdə, müxtəlif cür olmasına təsir edən, coğrafi determinizm nəzəriyyəsidir. İbn Haldunun da dediyi kimi, yaşanılan coğrafiya hər şeyə təsir edir, fikri həqiqətən də dövlətlərin qəbul etdiyi qərarlara, onların iddia etdiyi sistemlərdən daha çox təsir etməkdədir.

 

Covid 19-la mübarizədə demokratik sistemlərin zəif tərəfləri

 

Yuxarıda qeyd etdiyimiz avantajlardan əlavə olaraq, pandemiyanın bir çox təsirləri demokratiyaların bir sıra mənfi cəhətlərini və ya avtokratiyalara nisbətdə daha zəif olduğu yönlərini göstərmiş oldu. Daha əvvəldə də qeyd edildiyi kimi, demokratiyada qərar vermə və yuxarıdan aşağıya doğru yerinə yetirilməsində hər zaman müəyyən qədər seçim, azadlıq şərtləri özünü biruzə verir, bu da iyerarxik sistemdə boşluqlara və nəticədə ümumi planda səmərəsizlik, addımların izlənilməməsinə gətirib çıxara bilir. Məsələn İtaliya kimi ölkələrdə, insanları evdə qalmağa məcbur etmənin mümkünsüzlüyü, hətta bir çox Avropa ölkələrində ordunun insanların təhlükəsizliyi üçün onların özlərinə qarşı küçələrə enməsi kimi hallar demokratik sistemlərin zəif cəhətləri hesab edilə bilər. Demokratik dəyərlərin başında fərdiyyətçiliyin qabardılması, kütləviliyi o qədər geridə qoymuşdur ki, insanlar bəzən cəmiyyət olduqlarını sadəcə fəlakətlər olduğunda anlaya bilirlər. Ayrı-ayrı ölkələr və demokratik modellər üzərində mənfi cəhətlərə baxmağa çalışaq.

Amerika, Almaniya və cənubi Avropa– ölkələrində cəmiyyət istər digər fərdlərə, istərsə də dövlətə qarşı çox laqeyddir, beləki heç kəs hansısa bir kəsimi düşünmək məcburiyyətini öz üzərində hiss etmir. Bunun da əsas səbəbləri kimi nation state modelinin düzgün oturuşmaması və olduqca çox fərdiyyətçilikdir.

Skandinav ölkələri- bütün məsuliyyəti xalqın üzərinə yükləmək üçün və ya azadlığı təhlükəsizlikdən üstün tutmaq üçün, xəstəliklə bağlı necə davranmağı hər kəsin öz öhdəsinə buraxıb.

İsrail- demokratik dəyərlərin izolyasiyasından yaralanaraq hökümət qursa belə, Ədliyyə nazirliyi kimi orqanın mühüm qərarlarını ləngitməyə çalışır.

Eyni zamanda, özəl mülkiyyətin qorunmasında əsrlərdir, mübarizə aparan qərb demokratiyaları, qlobal fəlakətlər zamanı özəl mülkiyyətlərə müdaxilə edirlər və bunun hansı səviyyədə olmasının normal normalarla açıqlanmaması da, demokratiyanın neqativlərindən biri hesab edilə bilər. Bütün bunlarla yanaşı, dünyada Kubanın da sosial sistemdən çıxmasından sonra, bəlkə də tək kommunist modellə idarə edilən totalitar Çin rejimi, iyerarxik qaydada qərar verərək, təxminən Avropanın orta ölçülü dövlətlərinin bütünü qədər ərazini karantinə alması və bu qədər böyük əhali sayına baxmayaraq xəstəliyin önünə keçə bilməsi, demokratiyaları bir daha düşündürməlidir. Doğrudur, Çin bunu insan azadlıqlarını kəskin pozaraq, bir-başa və məcburi etdi, lakin nəticə baxımından daha çox insanın həyat təhlükəsizliyinə nail ola bildi. Demokratiyalar Çini bunu vaxtında deməməklə qınasalar da, hazırki dünyada Çin və Koreya bunu bacaran ilk ikilik hesab edilir ki, ikisinin də ortaq cəhətləri şərq cəmiyyət modeli və konfutsionist modelidir.

 

Nəticə

 

Ümumi olaraq pandemiyalara, qlobal böhranlara diqqətlə yanaşdıqda, hansı sistemin sonda bacarıqlı olacağını demək çox çətindir. Hadisələrin necə davam edəcəyini görmədən bir-başa qərar vermək mümkün deyildir. Çünki total rejimlərdən də İran virusla mübarizədə çox da bacarıqlı deyildir. Bütün bunlara birlikdə baxmadan, ölkələrin daxili siyasətləini və əhalinin davranışları, səhiyyə sistemlərinin nə qədər bacarıqlı olmasını ayrı-ayrılıqda araşdırmadan bunu anlamaq olmaz. Liberal demokratiyalarda fərdiyyətçiliyin daha çox ön plana çıxmasının qarşısı alınmış, kapitalist münasibətlərdə başda turizm və xidmət sektorlarında ciddi çöküşlərin olacağını hesaba qatarsaq, bu pandemiya sonrası demokratiyalar daha çox zərər çəkmiş olacaqlar. Yekun olaraq demokratiyanın hər nə qədər müsbət yanaşmaları olsa belə, əhalinin hər zaman söz haqqının olması, ehtimal oluna bilən sürətli hökümət dəyişikliklərinə, insanların demokratik dəyərlərdən soyumasına gətirib çıxara bilər. Hadisələrin daha da pisə doğru gedəcəyi senarisində, bəzi ölkələr özlərinin xarici siyasət modellərində önəmli dəyişiklik edib, pandemiyanın qarşısını alacaq dərmanın demokratik olmayan bir ölkə tərəfindən kəşfi nəticəsində demokratik ölkələrdə ciddi sistem sarsıntısı ola bilər. Başqa bir yandan baxarsaq, bu virus analitik düşüncənin dini təfəkkürləri üstələyəcəyini göstərərək, bəzi dini ölkələrdə də sistemə güvənsizlik gətirə bilər. Bütün bunları birlikdə düşündükdə, pandemiya sınağından təkcə demokratiya deyil, istənilən sosial təsisat modelindəki boşluqları göstərəcək və qarşısı alınmayacaq bəzi siyasi, iqtisadçı və sosial hadisələri də özü ilə birlikdə gətirəxəkdir. Demokratik modellər də liberal demokratiyadan daha çox sosial demokratiyaya, parlamentli modellərdən daha çox prezidentli modellərə keçidi sürətləndirə bilər.

 

 

Ədəbiyyat siyahısı:

  1. https://www.researchgate.net/post/Coronavirus_and_politics_what_does_the_epidemic_tell_us_about_democracy_and_other_regimes
  2. https://www.politico.eu/article/democracy-in-critical-care-as-coronavirus-disrupts-governments/
  3. https://www.realclearpolitics.com/articles/2020/03/29/liberal_democracys_advantage_in_addressing_covid-19_142794.html
  4. https://www.eurotopics.net/en/237596/covid-19-democracy-also-in-crisis#
  5. https://www.opendemocracy.net/en/global-extremes/resilience-radicalisation-and-democracy-covid-19-pandemic/
  6. https://www.wired.com/story/opinion-dictatorships-are-making-the-coronavirus-outbreak-worse/
  7. https://twitter.com/realDonaldTrump

 

Novruzəli Yusubzadə