Mələk Novruzova
ABŞ-da George Floydun öldürülməsindən sonra başlayan irqçiliyə qarşı hərəkatın İngiltərədə yayılmasının ardından ABŞ-dakı addımların bənzərləri bu ölkədə də təkrarlanır. Kütlələr adları irqçilik və müstəmləkəçilik ilə əlaqəli olan tarixi şəxsiyyətlərin heykəllərinin dağıdılmasını tələb etməyə başlamışdır. Bu, eyni zamanda insanların keçmişdən indiyə kimi irqçiliyi unutmaq istəmələrindən qaynaqlanır.
Corc Floydun ölümü və yaratdığı nəticələr
Corc Floydun polis tərəfindən öldürülməsi ABŞ-da baş verməsinə baxmayaraq dünyanın bir çox yerində bir çox aktivistlər bu hadisəni sırf rasizmlə əlaqələndirərək rasizmə qarşı olduqlarını bildirmək mədsədi ilə mitinqlərə başlamışdılar. Aktivistlər ABŞ-da və bir çox yerdə qaradərili insanlara qarşı ayrı-seçkiliyin tətbiq olunduğunu və bu proseslərin ABŞ daxilində daha çox dövlət orqanlarında olduğunu və ən əsası polis orqanlarında rast gəlindiyini vurğulamışlar. Bu mitinqlər artaraq dünyanın və ən əsası Avropanın bir çox yerinə yayılmağa başlamışdır[1].
Heykəllərə hücumun səbəbi
Bir müddət əvvəl təşkil olunan miitinqdə, Bristoldakı 17-ci əsrə aid kölə taciri Edvard Kolstonun heykəli yerindən sökülərək çaya atılmış, Londonda isə keçmiş baş nazir Uinston Çörçilinheykəlinə “o bir irqçidir” ifadəsi yazılmışdır.
Mitinqlər davam edərkən, Londonun meri Sadiq Khan, Çörçilin heykəli ilə birlikdə bir çox heykəllərin mitinqlərdə zədələnməsinin qarşısını almaq üçün heykəllərin kənarını taxta panolarla bağlatdırmışdır. Lakin baş nazir Conson, həykəllərin taxta panolarla qorunmasının düzgün bir düşüncə olmadığını bildirmişdir.
Conson, II Dünya Müharibəsi zamanı ölkə lideri olan Çörçilin “bu gün bizim üçün qəbul edilmir” fikirləri xalq tərəfindən dilə gətirilmiş olsa da, o, Çörçilin ölkəni “faşist və irqçi tiranlıqtan” qoruyan bir qəhrəman olmağa davam etdiyini bildirmişdir[2].
Conson, Twitter hesabından yayımladığı mesajda “ÇörçilinParlament Meydanı’ndakı heykəli onun bu ölkəni və bütün Avropanı irqçilik və faşizmdən qorumaqda bir qələbə xatırladıcısı” olduğunu bildirmişdir[3].
“Bu milli abidənin bu gün mitinqlərdə zədələnmə riskiylə qarşı-qarşıya qalması çox utanç vericidir . ” ifadəsini söyləyən Johnson, Churchill’in bu gün ki nəsillərə çox gözəl bir gələcək qoyduğunu bununla birlikdə bir abidəyə layiq olduğunu bildirmişdir.[4]
Eyni zamanda Conson “Heykəllər səfləri və doğruları ilə birlikdə İngiltərə tarixinin bir parçası” olduğunu bildirmişdir. “Onları yıxmaq və haqqında təhqir edici nəsə demək gələcək nəsillərin təhsil həyatını yox etmək olduğunu da sözlərinə əlavə etmişdir. O, İngiltərədə davam edən irqçiliyə qarşı olan mitinglər ilə əlaqədar polisə qarşı olan şiddətin çox qəddarcasına və doğru olmadığını” söyləmişdir. Beləliklə də, Conson xalqı mitinglərdən uzaq durmağa səsləmişdir .
Brekzit Partiya lideri Nigel Farage də Twitterdənyayımladığı mesajda Çörçilheykəlinin metal panolarla çevrilməsinin “təslim olmaq” mənasın da olduğunu bildirmişdir.
İrqçiliyə qarşı insanlar hələdə mitinq edir və heykəlləri yıxacaqlarını bildirirlər, onlardan əvvəl bu heykəllərin yıxılmasını dövlətdən tələb edirlər[5]. Lakin diğər aktivistlər olan saxçılar isə irqçiliyə qarşı olan insanlarla qarşı qarşıya gəlməktədirlər. Sağçılar isə “heykəllər tarixi əks etdirən bir varlıq” olduqlarını bildirərək heykəlləri qorumağa çalışırlar. Polis isə həm irqçiliyə qarşı aktivistlərin həmdə sağçıların qarşı qarşıya gəldikləri zaman çıxan münaqişəni aradan qaldırmaqda belə çətinlik çəkillər.
“Britaniya Müdafiə Liqası” və “İngiltərə” kimi müxtəlif guruplardan təşkil olunan mindən çox radikal sağçılar səhər tezdən Parlament meydanında və başnazirliyə gedən yol üzərində qurulan polis postlarının girişində yığışmağa başlamışdılar.
Baş nazirin olduğu əraziyə girmək istəyən radikal sağçılar polislə üz – üzə gəlmişlər. Belə ki, polis radikal sağçıların baş nazirin olduğu əraziyə girməsini qadağan etdiyi üçün radikal sağçılar polislərə dəmir qutular atmağa başladılar. Bu əsnada bəzi insanların bir birinə “Nazi salamı” verdiyidə gözdən qaçmamışdır. Radikal sağcılar həmin münaqişədə 2 jurnalistə hücum etmişdilər .
Yüzlərlə irqçiliyə qarşı olan aktivistlərdə Londonun mərkəzinə toplandılar. Trafalgar Meydanında radikal saxçılar ilə irqçiliyə qarşı olan aktivistlər arasında böyük miqyaslı münaqişə baş verdi. Polisin müdaxiləsi ilə bu münaqişə dağıdıldı və buradan gedən aktivistlər daha sonra Vaterloo stansiyasında yenidən qarşı qarşıya gəlmişdilər. Polis çox sayda aktivisti həbs etmiş, lakin hadisələr zaman zaman Londonun mərkəzində davam etməkdədir[6].