Hərbi-təhükəsizlik

Ermənistan-Azərbaycan müharibəsi: Reallıqlar, təhdidlər və təhlillər

Pinterest LinkedIn Tumblr

Emin Arif ŞIXƏLİYEV

Tarix üzrə elmlər doktoru, AMEA Naxçıvan Bölməsi, “Qafqaz tarixi” tarixi şöbəsinin müdiri

Müharibə ədalətin pozulduğu anda baş verir. Ədaləti tənzimləyən sistem beynəlxalq hüquqdur. Böyük dövlətlərin isə ədaləti yox, gosiyasi maraqları var. Bu, həmişə belə olub, bundan sonra da olacaq. Cənubi Qafqaz regionunda təhlükəsizliyi təhdid edən və sabitliyi pozan dövlət Ermənistan, ədaləti bərpa etmək istəyən, öz haqq işi uğrunda mübarizə aparan tərəf isə Azərbaycandır. Lakin bu mübarizə və müharibədə geosiyasi maraqlarını həmişə əsas tutan böyük güclər isə həmişə olduğu kimi ədalət mövqeyindən yox, ikili standartlar mövqeyindən çıxış etməkdədirlər. Təxminən 30 ilə yaxındır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz siyasi, hüquqi həllini tapmır və ya buna mane olunur. Atəşkəs haqqında razılıq əldə edildiyi tarixdən etibarən hər iki ölkədə qarşı tərəfə münasibətdə “düşmən” obrazı möhkəm yer aldığına və tərəflər arasında “nə sülh, nə də müharibə” kimi qeyri-müəyyən vəziyyətin yarandığına görə, problemin beynəlxalq hüquq normaları çərçivəsində həlli tələb edilməkdədir. Dünyanın aparıcı dövlətləri bu münaqişəyə münasibətdə müxtəlif mövqelərdə dayandıqlarından bu variant da real nəticə verməmişdir.

Ermənistan tərəfinin izahına görə, münaqişə Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını (self determination) təyin etmək istəyi və bu istəyin Azərbaycan tərəfinin güc tətbiq etməklə qarşısının alınmasına göstərilən cəhdlər nəticəsində baş vermişdir. Ermənistan Dağlıq Qarabağ ermənilərini dəstəkləmək məqsədilə münaqişəyə qoşulmuş və nəticədə, “status-kvo” formalaşmışdır. Azərbaycan tərəfi isə münaqişəni Ermənistanın aqressiv və işğalçı siyasətinin bir nəticəsi olaraq izah edir. Belə bir vəziyyətdə problemin hansı formatda olmasına baxmayaraq, həlli məsələsində maraqlı olan dövlətlər və beynəlxalq təşkilatlar münaqişə tərəflərinin qarşılıqlı güzəştə getmələrini məqbul hesab edərək, bunu da xüsusi olaraq vurğulayırdılar ki, konfliktin həllində qalib tərəf ola bilməz və əgər problemin tənzimlənməsinə beynəlxalq hüquq normaları şamil olunmursa, onda tərəflər dil tapıb barışmalıdırlar. Şübhəsiz ki, Ermənistanın bu torpaqlardan xoşluqla çıxacağı məntiqə uyğun deyildi. Azərbaycan tərəfi də torpaqlarının heç bir şəkildə güzəştə getməyəcəyini bütün rəsmi və qeyri-rəsmi səviyyədə keçirilən görüşlərdə həmişə bəyan etmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, Ermənistan tərəfi ənənəvi olaraq Dağlıq Qarabağa digər tərəfdən daha əvvəl gəldiyini və bu torpaqlar üzərində öz varlığının qanuni olduğunu iddia edir. Əlbəttə ki, məsələyə tarixi reallıqlar prizmasından baxılarsa, ermənilərin Dağlıq Qarabağa azərbaycanlıların onlardan sonra gəldiklərini və bu torpaqlar üzərində mövcudiyyətinin qanuni olduğunu iddia etmələrinin heç bir əsası olmadığı ortaya çıxar. Lakin problemin tarixi həqiqətlər əsasında həlli heç bir vəchlə reallığı əks etdirməz. Heç təsadüfi deyildir ki, Ermənistanın bütün dövlət rəhbərləri Dağlıq Qarabağı heç vaxt Azərbaycanın idarəsinə verməyəcəyini qəti şəkildə bildirmişdilər. Ermənistanda 2018-ci ilin başlarında baş verən hakimiyyət dəyişikliyindən sonra da dövlətin Dağlıq Qarabağla bağlı siyasətində hər hansı bir dəyişikliyin olmasını və ya münaqişənin nizamlanması istiqamətində konstruktiv addımlar atacağını gözləmək məntiqli görünmürdü. Bu baxımdan Ermənistanın Baş naziri Nikol Paşinyan da sələflərinə sadiq qalaraq eyni fikirləri səsləndirməkdən çəkinməmişdir.

Azərbaycan tərəfi də torpaqlarının heç bir şəkildə güzəştə getməyəcəyini bütün rəsmi və qeyri-rəsmi səviyyədə keçirilən görüşlərdə bəyan etmişdir.Belə bir vəziyyətdə Ermənistan ilə Azərbaycan arasında “sülh” variantının yeri görünmədiyindən, Azərbaycan tərəfinin prizmasından baxıldığında müharibə vəziyyəti daha real və məqbul variant kimi qəbul edilirdi. Son dövrlərə qədər problem “labirint” olaraq dəyərləndirilir və “Fələstin sindromu”na bənzədilirdi.

Həqiqətən də labirintin girişi olsa da, çıxışı çətin və yolları dolaşıq, qarmaqarışıqdır. Labirintə daxil olub müəyyən məsafə qət etdikdən sonra düzgün yolu tapa bilmədikdə giriş və çıxışın statusu bərabərləşir. Beləliklə, çıxış yolu tapmaq ümidi ilə yorulanadək ortada dolaşmaqdan başqa bir yol qalmır. Bu mənada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin “labirint”ə bənzədilməsində doğruluq payı yüksək idi. Sülh danışıqlarının inkişaf mərhələlərinə nəzər salsaq görərik ki, problemin hər dəfə nizamlanması istiqamətində durğunluq yarananda və Azərbaycan alternativ həll yolları axtarmağa başladığı zaman qarşı tərəf və ya ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni təkliflər irəli sürərək Azərbaycanın danışıqlara olan inamını bərpa etməyə çalışırdılar. Danışıqlar həlledici mərhələyə çatdıqda, Ermənistan tərəfinin geri çəkilməsi nəticəsində bütün proses yenidən durğunluq vəziyyətinə qayıdırdı. Münaqişənin həlli yolunda ATƏT-in Minsk Qrupu nəzdində heç bir irəliləyişin olmaması və hər dəfə yenidən durğunluq vəziyyətinə qayıtması, dolayısı ilə “Fələstin sindromu” və ya “Kəşmir sindromu”na çevrilməsi problemin daha uzun illər davam etməsi və ya “ani müharibə”nin baş verməsi istiqamətində şübhələr oyandırmaqdaydı. Heç təsadüfi deyildir ki, Azərbaycan hərbi güctətbiq etməkdən belə çəkinməyəcəyini hər dəfə vurğulayırdı. Düzdür, Azərbaycanın hərbi büdcəsini artırması Ermənistan tərəfindən siyasi manevr olaraq qəbul edilsə də, 8 iyun 2010-cu ildə Hərbi Doktrinanın qəbulu Azərbaycanın bu məsələdə son dərəcə ciddi olduğunu ortaya qoydu. Doktrinada beynəlxalq hüququn Azərbaycana tanıdığı haqlar çərçivəsində hərbi güc tətbiq edərək işğal altında olan torpaqların qaytarılması təsbit edilmiş və bu məsələ dəfələrlə təkrarlanmışdır. Lakin Ermənistan hər dəfə öz havadarlarından mənəvi, siyasi, hərbi dəstək alaraq ənənəvi siyasətini davam etdirmişdir.

Məhz ikili standartlar siyasətinin nəticəsi idi ki, ardıcıl olaraq hər il prezidentlər və Xarici İşlər nazirləri arasında görüşlər keçirilirdi. Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı önə sürülən prinsiplər və imzalanan bəyannamələr heç bir nəticə verməmişdir. Bu da hər şeydən əvvəl onunla əlaqədardır ki, qoyulan müddəalar ya hər iki tərəfi qane etmir, ya da bəzi tövsiyələr müsbət qarşılansa da, bəziləri qəbulolunmaz hal alırdı. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın üzləşdiyi təcavüz və separatizmə qarşı dünya dövlətlərinin və beynəlxalq qurumların mövqeyi qətiyyətli olmamışdır. Təcavüzkar dövlət ilə təcavüzə məruz qalan dövlət arasında heç bir şəkildə kompromis ola bilməz. Belə məsələlərdə təcavüzkar dövlətin beynəlxalq hüquq normalarına əməl etməsi kəskin şəkildə tələb edilməli, əks təqdirdə cəzalandırılmalıdır.

Burada bəzi məsələlərə xüsusilə diqqət çəkmək istərdik.Məlumdur ki, ATƏT-in Minsk Qrupu 1994-cü ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycan ilə Ermənistan arasında vasitəçilik etməyi öz üzərinə götürüb. Lakin 30 ilə yaxın davam edən danışıqlara baxmayaraq, Minsk Qrupunun regionda sülh yaratmaq cəhdləri iflasa uğrayıb. Əlbəttə ki, ATƏT münaqişələrin həlli üçün müəyyən səylər göstərib, lakin bu səylərdə ciddi çatışmazlıqlar var. İlk öncə qeyd edək ki, ATƏT hökumətlərarası qurum kimi heç bir fövqəladə gücə malik deyil. Hökumətlərarası sözünün mənası odur ki, ATƏT-in bu quruma üzv olan dövlətlərdəki fəaliyyəti və missiyası bütün üzvlərin yekdil razılığı, xüsusilə də qurumun fəaliyyət göstərdiyi, yaxud ATƏT-in missiyasının həyata keçirildiyi ölkələrin razılığı ilə yerinə yetirilir.ATƏT-in və quruma daxil olan Minsk Qrupunun fəaliyyətindəki əsas çatışmazlıq, onun heç bir tərəfə ziyan vurmamağa çalışmasıdır. Minsk Qrupu neytral olmağa çalışıb, lakin bu neytrallıq ona ədalətli və qərəzsiz olmağa imkan verməyib. Güman edilib ki, ATƏT-in Minsk Qrupunun Ermənistanı açıq-aşkar təcavüzkar adlandırması və bu ölkəni BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə çağırması bu qurumu Ermənistanın gözündən sala bilər. Qeyd edək ki, 822, 853, 874 və 884 saylı qətnamələrə əsasən Dağlıq Qarabağda yerləşən hərbi birləşmələr qeyd-şərtsiz çıxarılmalıdır. Lakin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsi haqda dəqiq mövqelərini bəyan etməkdən çəkinirdilər. Onlar işğal amilini qəbul etməkdən boyun qaçırırdılar. Bu qurum çox vaxt ümumi və qeyri-müəyyən bəyanatlar verir və bir-birinə zidd olan fikirlər səsləndirirdi. Onlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təkliflər verdiklərini iddia edirdilər. Lakin münaqişənin həlli ilə bağlı güclü mövqeyin nümayiş etdirilməsi lazım olduqda, Minsk Qrupu Azərbaycan ilə Ermənistanın bu problemi öz aralarında həll etməli olduğunu və qəbul ediləcək bütün qərarların qurum tərəfindən dəstəklənəcəyini bildirirdi. Məsələyə belə münasibət və qurumun məkik diplomatiyasının iflasa uğraması Azərbaycanda haqlı olaraq ATƏT-in Minsk Qrupunun fəaliyyətinə inamsızlıq yaratdı.

Məlum olduğu kimi, danışıqlar prosesinə Rusiya, ABŞ və Fransa nəzarət edir. Üstəlik, münaqişənin həlli ilə bağlı onların hər birinin öz mövqeyi var ki, bu da danışıqlarda uğur əldə edilməsini çətinləşdirir. Bu bir həqiqətdir ki, Minsk Qrupunun həmsədr ölkələri qlobal güc mərkəzlərini təmsil edirlər. Həmin ölkələr təcavüzkara təzyiq etmək üçün geosiyasi nüfuza malikdirlər. Məsələ burasındadır ki, əsas problem böyük dövlətlərin münaqişəni həll etmək bacarıqlarında yox, onların siyasi iradələrindədir. Minsk Qrupunda Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi marağın olmamasının nəticəsidir ki, qurum öz öhdəliklərini yerinə yetirməyib. Minsk Qrupunun həmsədr ölkələri sırf münaqişənin gərginləşməsinin qarşısını almaq üçün regiona səfərlər ediblər. Beləliklə də onlar daha çox “münaqişənin həlli mexanizmləri”nin icrası ilə deyil, “münaqişənin idarə edilməsi” ilə məşğul olublar. Azərbaycan ictimaiyyətində də həmsədrlərin dəfələrlə regiona səfərləri haqlı olaraq “turistik ekskursiya” kimi qiymətləndirilib.

Həm beynəlxalq təşkilatların, həm ATƏT-in Minsk Qrubu üzvlərinin, həm də digər dövlətlərin yeritdikləri ikili standartlar siyasətinin nəticəsi idi ki, Ermənistan tərəfi problemin öz real həl­linə yanaşmaq istəməmiş, üstəlik, atəþkəs rejimini də sýx-sýx pozmuþdur. Nəticədə 2-5 aprel 2016-cý il tarixində baþ vermiþ müharibə Qarabað münaqiþəsinin əslində dondurulmuþ olmadýðýný ortaya qoydu. Düzdür, müəyyən səbəblərdən dövlətlərin, xüsusilə də Rusiyanýn müdaxilə etməsiylə vəziyyət əvvəlki məcrasýna qayýtdý. Lakin Ermənistan vəziyyətin həmiþə bu cür davam edəcəyini hesablayaraq, növbəti dəfə təxribatlara əl atmaqda davam etdi. Heç təsadüfi deyildir ki, Ermənistan yenə də havadarlarından ilham alaraq2020-ci ilin iyul ayında da növbəti təxribata əl atdı. Əlbəttə, bunun müəyyən səbəbləri var idi:

Əvvəla, Ermənistanın Tovuz istiqamətində sərhəddə təxribat törətməkdə əsas məqsədi ilk olaraq Baş nazir N.Paşinyanın təmas xəttindən diqqəti yayındırmağa çalışması olmuşdur.

İkincisi, həmin ərazilərdən Azərbaycanın beynəlxalq layihələri olan Bakı-Tiflis-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tiflis-Ərzurum-Qars, Bakı-Tiflis-Qars və Böyük İpək yolu keçir. Ermənistan yüksəklikləri ələ keçirib öz istəyinə nail olmaq məqsədində idi.

Üçüncüsü, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinin diqqətini tamamilə fərqli istiqamətə yönəltmək istəyirdi, amma bunların heç biri alınmadı.

Əlbəttə ki, məsələnin pərdəarxası məqamları da vardır ki, şübhəsiz bunun arxasında Rusiyanın olduğu reallıqdır və Azərbaycanda bu münaqişənin gərginləşməsində Rusiya faktorunun olduğu çox aydın şəkildə bilinir. Buradan belə bir nəticə çıxarmaq mümkündür ki, erməni faktoru Rusiyanın siyasi olmaqla yanaşı, iqtisadi baxımdan da Azərbaycana, Gürcüstana, Türkiyə və daha geniş mənada Avropaya qarşı təzyiq vasitəsidir. Rusiyanın təlimatı ilə ermənilər tərəfindən Tovuz bölgəsinə edilən hücum, digər bir ifadə ilə, 12 iyul hadisələri bunun ən bariz nümunəsidir. Bölgədən enerji xətlərinin keçdiyi nəzər alınarsa, bu hücumun sadəcə Azərbaycana qarşı olduğunu düşünmək yanlış olar. Rusiya təlimatlandırdığı bu hücum ilə bölgədən keçən enerji xətlərini atəş altına almaq, Türkiyə üzərində daha çox təzyiq qurmaq istədi. Əgər Rusiya ilə Ermənistanın niyyəti sadəcə Azərbaycana hücum etmək olsaydı, əsl tərcih Qarabağ tərəfdən olacaqdı.

Özünü Rusiyanın Cənubi Qafqazdakı geosiyasi maraqlarının icraçısı kimi görən və həmişə dəstəklənəcəyini ümid edən Ermənistan təmas xəttini pozmağa davam edir, psixoloji baxımdan Azərbaycana zərbə vurmağa çalışır və qıcıqlandırma metodlarından istifadə edirdi. Əlbəttə ki, Azərbaycan tərəfi strateji məqamı gözləməkdə səbir edirdi. Təxminən 30 il səbiredən Azərbaycan nəhayət ki, əlverişli strateji məqamı ələ keçirdi. Olduqca səriştəsiz bir siyasətçi olan Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə”kimi özündən razı və beynəlxalq hüquqa zidd olan daha sərt bəyanatlar səsləndirməsi və yeni bir macəra həvəsiylə atdığı yanlış addımlar bu strateji məqamın xəbərçisinə çevrildi. Halbuki Paşinyana qədərki Ermənistanın dövlət başçıları və rəsmiləri həmişə münaqişənin əsas tərəfləri kimi Azərbaycan və Dağlıq Qarabağ olaraq dünyaya çatdırmaq istəyir və müharibənin Azərbaycanla Dağlıq Qarabağ arasında olduğunu irəli sürürdülər. Onlar guya Ermənistan tərəfinin danışıqlar prosesində konstruktiv olmaq istədiklərini qeyd ediblər. Hətta dünya birliyinə Dağlıq Qarabağ ermənilərinin öz milli müqəddəratını təyin etməsini istədiklərini, heç bir ərazi iddialarının olmadığı kimi təqdim ediblər. Əgər Ermənistan danışıqlar prosesində Dağlıq Qarabağı respublika kimi tanısaydı, bu,o demək idi ki, rəsmi Yerevan danışıqlardan çıxır. Bu da Azərbaycana faktiki olaraq müharibə elan etmək deməkdir. Amma bu addımı atmadan faktiki olaraq ərazi işğal altında qalırdı və proses ola bilsin ki, bir az da uzana bilərdi. Lakin Baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə”bəyanatı belə demək mümkündürsə, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı etiraf xarakterli işğalçı siyasətini ortaya qoydu. Ermənistan artıq bütün dünyaya özünün necə bir dövlət olduğunu tanıtdı. 

27 sentyabr 2020-ci il tarixində Ermənistan tərəfindən atəşkəsin pozularaq Azərbaycan torpaqlarına gerçəkləşdirilən hücum “ani müharibə”nin başlanmasının işarəsi oldu. Qeyd etmək lazımdır ki, Azərbaycanda həm rəsmi səviyyədə, həm də xalqda artan savaş istəyi də bu işarənin xəbərçisi idi. Bu da beynəlxalq arenada münaqişənin dondurulmuş olmadığını ortaya qoydu. Nəticədə Azərbaycan tərəfi əks-hücum gerçəkləşdirərək işğal altındakı mühüm yerləri, strateji əraziləri və yüksəklikləri ələ keçirdi. Müharibədə Rusiya və Qərb dövlətlərinin, beynəlxalq təşkilatların müharibənin dayandırılması və dərhal müzakirələrə başlanmasının vacib olduğunun bildirilməsinə baxmayaraq, Türkiyə, Pakistan və digər dövlətlər hər zaman Azərbaycanın yanında olduqlarını göstərdilər. 

“Qarabağ Ermənistandır” deyən, Şuşada yallı oynayıb andiçmə mərasimlərində iştirak edən, işğal altındakı torpaqlarda məskunlaşma aparan və oraya terrorist qruplar yerləşdirən, danışıqlarda əldə olunmuş razılıqları alt-üst edən və dünənə qədər ağzından pafos tökülən siyasi demaqoq Nikol Paşinyan bir neçə gündür, məzlum vəziyyətə düşərək dünya liderlərindən imdad diləməkdədir. Çünki o, yaxşı bilir ki, məhz onun 2018-ci ildən sonra apardığı siyasət nəticəsində regionda müharibə başlayıb, sabah erməni cəmiyyəti torpaq və insan itkisini ona bağışlamayacaq.

Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, Paşinyan düşdüyü vəziyyət qarşısında ənənəvi erməni psixologiyasından çıxış edərək, Azərbaycanda guya Suriyadan gətirilən muzdlu döyüşçülərin, xüsusilə cihadçı qruplarınolması ilə bağlı növbəti feyk-nyus yaymaqdadır. Əlbəttə ki, dünya miqyasında təxribatçı xarakter daşıyan belə məlumatları ortaya atmaqla Ermənistan dünyanın xristian ölkələrinin, xüsusilə də böyük güclərin diqqətini özünə çəkmək istəməkdə və xristian dövlətlərin Azərbaycana qarşı səlib yürüşlərinin başlanmasına cəhd göstərməkdədir. Heç təsadüi deyildir ki, Fransa Prezidenti Emmanuel Makron “Dağlıq Qarabağda suriyalı cihadçılar məsələsi ‘oyunu dəyişdirən’çox ciddi reallıqdır”,– deyərək bu məsələnin Avropa Şurasının müzakirəsinə çıxarılmasının vacibliyi ilə bağlı ənənəvi ermənipərəst mövqeyini ortaya qoydu. Halbuki hal-hazýrda İraq və Suriyadan PKK terrorçularının Ermənistana gətirilməsi və daha sonra Ermənistan tərəfindən işğal olunmuş Qarabağdakı Azərbaycan torpaqlarına yerləşdirilməsi, ASALA kimi erməni terrorçularının bölgədəki fəaliyyəti barədə kifayət qədər məlumatlar vardır.Ancaq Fransa və onun kimi düºünən dövlətlər və dövlət rəsmiləri nədənsə Ermənistanýn özünün terrorist təºkilatlarla sýx əlaqə içərisində olduðunu görməzdən gəlirlər.

Burada olduqca təhlükəli bir məqamın olduğuna diqqət çəkmək istərdik. Məlum olduğu kimi, öldürmək və baş kəsmək, terror aktlarına cihad kontekstindən yanaşaraq “Allahu Əkbər” nidaları altında öz niyyətlərini gerçəkləşdirmək din adından yola çıxan terroristlərin başlıca qayəsidir. Halbuki İslamda haqsız yerə və əsassız şəkildə öldürmək əmri qətiyyən yoxdur. Bu, planlı şəkildə İslamı beynəlxalq arenada qaralamaq və ləkələmək kampaniyasına xidmət edən bir amildir. Məhz “cihadçı qruplar” kimi təhlükəli bir ifadənin işlədilməsi Azərbaycanı qaralamaq kampaniyasına xidmət edən bir çağırışdır. “Allahu-Əkbər nidaları ilə baş kəsən terroristlərin guya Azərbaycanın yanında cəbhədə xristian ermənilərə qarşı vuruşmaları kimi”fikirlərinformalaşdırılması səlib və ya xaçlı səfərlərinin növbəti bir addımıdır.

Lakin sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çox tutarlı, sərrast cavablar və arqumentlərlə həmin məsələ ilə bağlı “Rossiya 1”telekanalının “60 dəqiqə” proqramında Nikol Paşinyanın bütün yalanlarını ifşa etdi:“Bu, növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac da yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır”.   

Bundan başqa, Ermənistan Türkiyənin və Türkiyə Silahlı Qüvvələrinin də müharibədə iştirakını yalandan qabardaraq saxta xəbərləri dünyanın ayrı-ayrı ölkələrinin media resurslarında tirajlamaqda davam etməkdə və aparıcı güclərdən dəstək almağa çalışmaqdadır. Prezident İlhamƏliyev müsahibə verdiyi “Rossiya 1” kanalının “60 dəqiqə” proqramında verilən sualla bağlı məsələyə münasibət bildirərək tutarlı arqumentlərlə erməni yalanlarını bir daha ifşa etdi:Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu əslində məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır…Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi bizə aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur” bildirdi”.   

Göründüyü kimi, həm sahədə, həm də masada Azərbaycan qarşısında məğlub olduğunu anlayan Ermənistan tərəfi əsas çarəni saxta xəbərlər yayaraq dövlətləri dərhal müharibəyə cəlb etməkdə axtarır.Əlbəttə ki, BMT, Avropa Şurası, regional və böyük güclər, xüsusilə ATƏT-in həmsədrləri olan Rusiya, ABª və Fransanın, qonşu dövlət İranın bölgədə baş verənləri diqqətdə saxladıqları heç kimə sirr deyil. İstər beynəlxalq təşkilatlar, istərsə də böyük güclər və digər dövlətlər tərəflərə müraciət edərək müharibənin dayandırılmasının, silahların susmasının, dərhal müzakirələrə başlanmasının vacibliyini bildirsələr də, Azərbaycan tərəfi hərbi əməliyyatları yalnız işğal altındakı öz torpaqlarında apardığını və bu davada haqlı tərəf olduğunu sübut etdi. Əlbəttə ki, bütün müharibələr iştirakçı tərəflərə zərbə vurur. Bu danılmaz həqiqətdir, lakin söhbət “Vətən müharibəsi”ndən gedirsə, bu müharibədə Azərbaycan geri çəkilməyəcəyini böyük bir əzm və cəsarətlə göstərmiş oldu. Əgər beynəlxalq təşkilatlar və dövlətlər həqiqətən müharibədən narahatdırlarsa, insan ölümünə səbəb olan bu vəziyyətdən gərgin hisslər keçirirlərsə, ədalətin bərqərar olmasını istəyirlərsə, işğalçı tərəf olan Ermənistanın BMT qətnamələrinə əməl edərək dərhal işğal etdiyi əraziləri boşaltmasını təmin etməli, lazım gələrsə təzyiq göstərməlidirlər. Qeyd olunduğu kimi, Azərbaycan heç bir dövlətin ərazisinə hücum etməyib, hərbi əməliyyatları öz işğal olunmuş torpaqlarında aparır. Bu, Azərbaycanın haqlı davasıdır. İnanırıq ki, bu davada Azərbaycan qısa bir müddətdə qalib gələcək. Azərbaycanda dövlət və xalqın birliyi sarsılmazdır. Məhz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli strateji addımları və zəfərə səsləyən çıxışları Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaratdı və xalq Prezidentin ətrafında sıx birləşdi. Azərbaycanı zəfərə aparan yol yalnız və yalnız sarsılmaz birlikdir.   

Dr. Emin Arif Şıxəliyev