Hərbi-təhükəsizlik

Gürcüstan Azərbaycan ilə Ermənistan arasında vasitəçiliyə hazırlaşır?

Pinterest LinkedIn Tumblr

Dr. Nazim Cəfərsoy, QAFSAM-ın sədr müavini

 

Son dövrlərdə
Gürcüstanın Cənubi Qafqazla bağlı proseslərdə fəallaşmağa çalışması diqqəti cəlb
edir. Bu fəallaşma çərçivəsində 3-4 mart 2021 tarixlərində Ermənistan baş
naziri Nikol Paşinyan Tiflisə səfər edib və gürcü həmkarı İrakli Qarubaşviliylə,
prezident Salome Zurabişvil və parlament spikeri Archil Talakvadze ilə
müzakirələr aparıb.
[i]
Aprel ayında isə Gürcüstanın fəllaşmağında yeni bir mərhələ başlayıb. Bu
çərçivədə Ermənistan prezidenti Armen Sarkisyan 15 apreldə Tiflisə 2 günlük səfər
edib və Gürcü həmkarı Salome Zurabişvili başda olmaqla müxtəlif rəsmilərlə
müzakirələr aparıb.
[ii]
Bu görüşdə tərəflərin əsas mövzuları arasında iki tərəfli münasibətlərlə
yanaşı, regional təhlükəsizlik və Qarabağdakı yeni reallıqlar olduğu da
bildirildi. Sarkisyan koronovirusa yoluxan Gürcüstan baş naziri İrakli
Qarubaşviliylə görüşə bilməsə də, telefonla danışıb.


Ardından Gürcüstan baş
naziri 5-6 may tarixlərində Bakıya gəldi.
[iii] 5
Mayda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilən Qaribaşvili
ilə görüşunun mətbuata açıqla hissəsində ikili münasibətlər danışılsa da,
qapalı hissədə regiondakı geosiyasi reallıqların müzakirə edildiyi yüksək
ehtimaldır..

10 mayda isə Gürcüstan
baş nazirinin 12 mayda İrəvana gedəcəyi açıqlandı.
[iv]

Rəsmi Tiflisin bu
fəallaşması ağıllara maraqlı bir sual gətirir:
Əcəba Gürcüstan Ermənistan ilə Azərbaycan arasında vasitəçilik
cəhdlərinə mi başlayır?

Əslində Gürcüstanı bu
cəhdə sövq edə biləcək çox sayda amil var. Əvvəla, Gürcüstanda Qafqazda son
proseslərin onun geosiyasi önəminə zərər verdiyinə dair narahatçılıq
keçirirlər. Rəsmi Tiflisin fəallaşması bu konteksdə sürpriz deyil. Əsasında
Gürcüstan zaman- zaman bu Azərbaycan ilə Ermənistan arasında cılız da olsa
müəyyən vasitəçilik rolu oynamaq istəyib, ancaq bu həyata keçməyib. Son olaraq
prezident Zurabişvili 15 apreldə Sarkisyanla  görüşdə açıqca “Gürcüstanın Bakı ilə İrəvan
arasında dialoq platformu təklif etdiyini və bu təklifin daima keçərli
olduğunu” bəyan edib.
[v]  

İkincisi, Qərb Rusiya
və Türkiyənin təşəbbüsü ilə gedən və onun daxil olmasına o qədər də imkan
verilməyən müzakirələrdən uzaqda qalıb. Bu mənada Qərbin Gürcüstanı prosesə
daxil olması üçün təşviq etmiş olması istisna deyil. Maraqlidir ki, ABŞ dövlət
katibi Antoni Blinken Sarkisyanın Tiflis səfərindən 2 gün öncə, yəni 13 apreldə
Gürcüstan xarici işlər naziri David Zalkilani ilə telefonla danışaraq iki
tərərfli münasibətləri və regional təhlükəsizlik məsələlərini müzakirə edib.
[vi]
Gürcüstanın vasitəçiliyi mövzusunun ABŞ dövlət katibi Antoni Blinkenin
Azərbaycan prezidentinə 28 apreldəki zəngi sırasında gündəmə gəlməsi də  istisna deyil.
[vii]
Tiflisin keçdiyimiz dovrdə xüsusi Avropa Birliyi konteksində Azərbaycan ilə
Ermənistan arasında müxtəlif formatlı görüş və müzakirələrin yeri olduğu yaxşı
məlumdur. Qarabağ müharibəsindən sonra Qərbin bu prosesi yeni və yüksək siyasi
səviyyəyə çıxarmağı təşviq etməsi istisna deyil. Maraqlıdır ki,  Zurabişvili  15 apreldə Sarksyanla görüşündə Avropa Birliyinin
Qarabağ problemin həllindəki önəmini xüsusi vurğulayıb.
[viii]

Üçüncüsü, Azərbaycan
üçün müzakirələrin sadəcə Rusiya üzərindən getməsi çox da arzu edilən deyil.
Son altı ayda həm Azərbaycan ictimaiyyəti, həm də rəsmi Bakının Rusiyanın
vasitəçilik fəaliyyətlərindən narahatçılığında ciddi artış var. Türkiyənin
proseslərdə fəal iştirakına isə Ermənistan daxili tarazlıqlar hələlik imkan
vermir. Bu konteksdə rəsmi Tiflislə Türkiyə və Azərbaycan da Gürcüstanin
prosesdə iştirak etməyə təşviq etməsi de istisna deyil. Maraqlıdır ki,
Turkiyəli xarici işlər naziri 22 apreldə Buxarestdə Gürcü həmkarı ilə görüşüb.
[ix]
Görüşdə hər iki nazir bölgə məsələlərini müzakirə ediblər.  Xatırladaq ki, 6 mayda Azərbaycanın xarici
işlər naziri Ceyhun Bayramov Bakıda  Gürcüstanın
Baş nazirinin müavini-xarici işlər naziri David Zalkaliani ilə görüş keçirib.
[x]

Ancaq Kremlin Tiflisin
bu fəallığından narahat olması və bu narahatçılığı Qarabağda müxtəlif formada
göstərmə təhlükəsi çox realdır. Yenə də Bakı və İrəvanın müəyyən məsələlər
üzərindən Rusiyanın vasitəçiliyini balanslaşdırmaq üçün Tiflis varyantıni, ən azından
orda bəzi görüşlər keçirməsi istisna deyil. Mövzunun Azərbaycanın Qafqazda 3+3
təklifi konteksində gündəmə gəlməsi mümkündür.

Bu yuxarıda qeyd
edilənlər konketsində Gürcüstan bas nazirinin İrəvan səfəri və verəcəyi
mesajlar xüsusi önəm təşkil edir. Əgər o İrəvanda regional əməkdaşlıq üçün
Gürcüstanın oz töhfəsini verməyə hazır olduğunu bildirsə, o zaman müəyyən
çərçivəli bəzi vasitəçilik görüşləri gündəmə gələ bilər.



[i] “Armenian PM at
meeting with Georgian PM in Tbilisi: “Our relationship with Georgia is
special”, 
https://agenda.ge/en/news/2020/650

[ii]“Armenian President
Visits Tbilisi”, 15 aprel 2021,  
https://civil.ge/archives/413193

[iii] “İlham Əliyev
Gürcüstanın Baş nazirini qəbul edib”, 5 may 2021,
https://president.az/articles/51371

[iv] “Названа дата визита
премьер-министра Грузии в Армению”, 10 may 2021,

https://sputnik-georgia.ru/caucasus/20210510/251694136/Nazvana-data-vizita-premer-ministra-Gruzii-v-Armeniyu.html

[v] “Armenian President
Visits Tbilisi”, 15 aprel 2021,  
https://civil.ge/archives/413193

[vi] “Secretary Blinken,
FM Zalkaliani Talk Democracy, Security in Georgia”, 13 aprel 2021,
https://civil.ge/archives/412607

[vii] “ABŞ dövlət katibi
Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng
etmişdir”, 28 aprel 2021, 
https://president.az/articles/51323

[viii] “Armenian President
Visits Tbilisi”, 15 aprel 2021,  
https://civil.ge/archives/413193

[ix] “Dışişleri Bakanı
Çavuşoğlu, Gürcistanlı mevkidaşı ile görüştü”, 22 aprel 2021, 
https://aydinlik.com.tr/haber/disisleri-bakani-cavusoglu-gurcistanli-mevkidasi-ile-gorustu-241881

Dr. Nazim Cəfərsoy