3-cü Qarabağ müharibəsində movqeyinə ən çox maraq göstərilən xarici ölkə Rusiyadır. Rusiyanın son 220 ildəki Qafqaz siyasəti və xüsusilə də Qarabağ problemin ortaya çıxışındakı ənənəvi rolu nəzırə alındığında bu maraq anlaşılandır. Rusiyanın Qafqaz siyasətinin ənənəvi olaraq mərkəzində erməni faktoru əsas strateji vasitə kimi durduğu üçün SSRİ-nin dağılması prosesi və sonrasındaki müstəqillik dövründə bu siyasətin məntiqi davamı kimi Ermənistan dəstəklənmiştir. Ancaq Vladimir Putinin iqtidara gəldiyi 1999-cu ildən sonra dəyişən qlobal, regional, iki tərəfli və Rusiya daxili dinamiklərin fonunda Kremlin Qafqaz siyasətində bu gün izləri çox aydın görünən transformasiya prosesi baş verib. Bu dəyişim prosesi özünü 3-cü Qarabağ müharibəsində Rusiyanın aktiv tərəfsiz hakim mövqeyi göstərməsi şəklində ortaya qoymaqdadır. Ancaq Kremlin bu mövqeyi ölkə daxilində birmənalı qəbul edilməməkdə, xüsusilə mərkəzində Ermənistanın olduğu ənənəvi Qafqaz siyasəti tərəfdarları tərəfindən ciddi narazılıq və müqavimətlə qarşılanmaqdadır.
Mərkəzində Rusiya xarici işlər nazirliyinin və rəsmi media qurumlarının olduğu bu müqavimətinin 3-cü Qarabağ müharibəsinin başlarında xüsusi ilə güclü olmaqdaydı. Ancaq müşahidələrimə görə Rusiyada ermenipərest lobinin səsi bir ay əvvəllə müqayisədə xeyli kəsilib. Düzdür, radikal ritorikası davam edən xətlər var, ancaq onların səsləri də getdikcə təsirsizləşən kirli səs-küy və görüntüyə çevrilir. Bunun əvəzində Kremldə qlobal, regional və ikili münasibətlər amilləri nəzərə balanslı Qafqaz siyasəti kursunun mövqeyi xeyli güclənib. Son günlərdə Rusiya cəbhəsində baş verən aşağıdakı prosseslər bunun aydın göstərməkdir:
1. Rusiyanın Qafqaz siyasətində ənənəvi və ermənipərəst xəttin son illərdəki əsas müdafiəçisi olan Xarici İşlər Nazirliyində maraqlı hadisələr baş verir. Nazir Sergey Lavrovda koronavirus aşkarlandı.
2. Paşinyanın Putinə “xahis edirəm kömək edin” məktubuna “biz bu isə qarışmırıq” cavabı məhz bu qurum vasitəsi ilə verdirilir və məktub mətbuatda açıq yayınlanır. Ermənistan baş nazirinin Rusiya prezindetinə məktubuna diplomatik protokola zidd olaraq nazirliyin cavab verməsi də Kremlin prosesə öz mənfi mövqeyini növbəti işarəsi olaraq diqqəti cəlb edir.
3. Rusiyanın Ermənistandaki əsas adamlarının başında gələn Robert Kocaryanda da eyni günlərdə koronavirus tapılır və o da Moskvaya gedə bilmir.
4. Digər tərəfdən Paşinyan təkidlə “Rusiya bölgəyə sülhməramlı kimi gəlsin” mesajına prezident Putinin mətbuat katibi Dmitri Peskov Azərbaycan prezidentinin davamlı vurğuladığı “mütləq hər iki tərəfin razılığı ilə olmalıdır” yanaşması ilə cavab verir.
5. Prezident Putin mesajlarında başda sülh məramlı məsələsi olmaqla problemli mövzulardan uzaq durur. Rusiya lideri “Azərbaycan xalqına xususi hörmət bəslədiyini” vurğulamaq ehtiyacı hiss edir. Putinin açıqlamasından 2 gün keçmədən Azərbaycandaki Rus icması orduya dəstək aksiyası və Azərbaycan, Rusiya və Türkiyə bayraqları ilə avtomobil yürüş keçirilir.
6. Putin 3 gün ərzində rəsmi Bakı və Ankaranın səsləndirdiyi “müzakirələrdə Türkiyə də fəal iştirak etməlidir” tezisini dəstəkləyən iki açıqlama verir.
7. Rusiyanin TASS və İnterfax agentlikləri Azərbaycan prezidentindən müsahibələri qərbli jurnalistlərlə müqayisədə xüsusi nəzakətlə götürlər. Müharibənin başından etibarən daha çox ermənipərəst mövqeyi ilə seçilən Rus “Novosti” artıq Azərbaycan və Ermənistan liderlərinə və xarici işlər nazirlərinə bərabər platforma verir.
8. Rusiya müdafiə naziri öz qoşunlarını yerləşdigi və sərhədlərinə çox yaxın olan müharibə haqqında Suriyadakı həsasiyyətinin 30 faizini göstərmir. Xatırladaq ki, adı Putin xələflərindən biri kimi keçən nazir Sergey Şoyqu müharibədən çox qısa vaxt öncə Bakıya səfərə gəlmişdi.
9. Rus radikal milliyətçilərini əsas tribunası Zavtra qəzeti Qarabağ müharibəsi haqqında demək olar ki, heç nə yazmır. Bu arada müharibədən qısa bir müddət əvvəl Zavtra qəzetini redaktoru və məşhur rus yazıçılarından olan Aleksandr Proxanov Bakıya səfər edib prezident və 1-ci vitse prezident ilə görüşmüşdü. Həm də Rusiya Müdafi Nazirliyinin İctimai Şurasının sədr müavini Proxanov Putin sonrası Şoyqunun prezident olmasını dəstəkləyənlərdəndir. Proxanov özünəməxsus Avrasya sintezi olaraq təqdim etdiyi “5-ci Rusiya imperiyası” tezisinin sahibidir.
10. 2011-2013-cü illər arasında Rusiya Müdafi Nazirliyinin İctimai Şurasının sədri, hazırda isə Şura üzvü olan İgor Korteçenko isə Rusiya mətbuatında Azərbaycanın ədalətli mövqeyini müdafiə edən tezislərlə fəal çıxış edir. Xatırladaq ki, ehtiyatda olan polkovnik Kortoçenko eyni zamanda Rusiyada fəaliyyət gostərən “Dünya Silah Ticarəti Təhlil Mərkəzi” sədri ilə “Milli Müdafiə” jurnalının baş redaktorudur.
Yuxarıda qeyd edilən hadisələr Rusiyanın yeni Qafqaz siyasətinin müxtəlif konturlarını göstərir. Ancaq Kremlin Qafqaz siyasətindəki yenilənmənin miqyasını indidən dəqiq müəyyənləşdirmək üçün çox tezdir.