Beyin fırtınası

Müasir İpek Yolu və TransXəzər əməkdaşlığı

Pinterest LinkedIn Tumblr

Bakıda “Zamanını aşan miras – İpək Yolu” adlı beynəlxalq sərgi-konfrans təşkil edilib.

Tədbirdə QAFSAM-ın sədri Dr. Araz Aslanlı məruzə ilə çıxış edib.

Beynəlxalq Sərgi-Konfrans Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı Səfirliyi, Türkiyənin İnsan və Mədəniyyət Hərəkatı, Konya Böyükşəhər Bələdiyyəsi, Türk Dünyası Bələdiyyələr Birliyi, İstanbul Ticarət Universiteti, Xəzər Universiteti, Muzey Mərkəzi və Bakı Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbirin açılışında İnsan və Mədəniyyət Hərəkatı Sənət Birliyinin sədri Məryəm Güney, Xəzər Universitetində Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Türkiyənın ölkəmizdəki səfiri Dos. Dr. Cahit Bağcı çıxış ediblər.

Daha sonra Prof. Dr. İlyas Kemaloğlunun moderatorluğu ilə xüsusi panel keçirilib. Paneldə Marmara Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Müdürü Prof. Dr. Okan Yeşilot, Ankara Hacı Bayram Veli Üniversitesi İktisadi İdari Bilimler Fakültesi Dekanı Prof. Dr. Fırat Purtaş, Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri Dos. Dr. Telman Nüsrətoğlu və QAFSAM-ın sədri Dr. Araz Aslanlı tarixi İpək Yolunun bu günkü müxtəlif məsələləri barədə çıxış edib.

Araz Aslanlı “Müasir İpek Yolu və TransXəzər əməkdaşlığı” mövzusundakı çıxışında TransXəzər əməkdaşlığını zəruri edən amillər, Cənubi Qafqaz və Mərkəzi Asiyanın müasir beynəlxalq münasibətlər sistemindəki əhəmiyyəti, Orta Dəhlizin qlobal ticarətdə getdikcə artan rolu və müxtəlif istiqamətli TransXəzər layihələrinin qlobal əməkdaşlığa verə biləcəyi töhfələr haqqında fikirlərini bölüşüb.

QAFSAM