AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Rus liderlər Avropada
07.06.2008

İlk xarici səfər turunda Asiyanı seçərək Qazaxıstan və Çinə gedən Rusiya Prezidenti Dmitri Medvedev növbəti görüşü üçün Avropa Birliyinin önəmli dövlətlərindən Almaniyaya getdi. İyunun 5-də Berlinə səfər edərək Baş Nazir Angela Merkellə görüşən Medvedevin Avropada ilk olaraq Almaniyaya getməsi bu ölkənin və onun üzvü olduğu AB-nin qlobal güc tarazlığı baxımından Rusiya üçün böyük önəmə malik olması ilə izah edilməkdədir. Xatırladaq ki, xüsusən Putinin prezident olması ilə Rus xarici siaysətinin Qərb cəhbəsi ABŞ və AB tandeminə əsaslanmaya və burada da AB ilə strateji əməkdaşlığa xüsusi önəm verilməyə başlanmışdı. AB ilə strateji əməkdaşlığın inkişafında bu birliyin güclü ölkələri Almaniya və Fransa ilə münasibətlərin güclənməsi əsas prioritetlər olmuşdur. Prezident Medvedev ve baş nazir Putinin ilk addımları bu strateji xəttin davam etdiriləcəyini göstərməkdədir.
Davamı: ATM-də www.araztm.az

Populyar xəbərlər