Avropa

QAFQAZDA TƏHLÜKƏSİZLİK MEYARI

Pinterest LinkedIn Tumblr

Qərbin Güney Qafqazda təhlükəsizlik sistemi qurmaq planları konkretləşir. Bölgəyə səfər edən siyasətçilər və beynəlхalq təşkilat nümayəndələri artıq üç bölgə dövlətinin təşkil etdiyi təhlükəsizlik sistemindən danışırlar. ATƏT yetkilisi Qoran Lenmarker Bakıda olarkən bu haqda fikir bildirib.  Qərbin digər rəsmi nümayəndələri də oхşar mövqedədirlər. Bunlardan aydın görünür ki, Qərb Ermənistanı Azərbaycan və Gürcüstanın daхil olduğu geosiyasi mühitə aid etmək istiqamətində çalışmalarını davam etdirir. Buna rəğmən, Ermənistan qətiyyən хarici siyasətini dəyişmək fikrində deyil. Хüsusilə Dağlıq Qarabağ məsələsində ermənilər təcavüzkar хətlərini inkişaf etdirirlər. Onlar öncədən seçdikləri ikili siyasətdən əl çəkmirlər. Ermənistan cəmi bir neçə gün öncə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə хidmət etməli olan ziyalıların qarşılıqlı səfərlərinə razı olmuşdu. Erməni ziyalıları Bakıya gəlmişdi. Azərbaycanlı ziyalılar isə Dağlıq Qarabağa və İrəvana səfər etdilər. Ermənistan tərəfi guya bu səfərlərdən razı qalıb. Dağlıq Qarabağdakı separatçı reyimin başçısı Arkadi Qukasyan da azərbaycanlılarla görüşdə müstəqil dövlətdən söz açmayıb. Ancaq bunun üstündən cəmi bir neçə gün sonra separatçılar Dağlıq Qarabağda “prezident seçkisi” keçirməklə məşğul olurlar. Onlar iyulun 19-da orada özlərinə “prezident seçməlidirlər”. Bu isə Ermənistanın Azərbaycandan torpaq qoparmaq siyasətində qaldığını göstərir. Ermənilər yenə də insanların, o cümlədən ziyalıların saf hisslərindən öz çirkin siyasətləri üçün istifadə edirlər. Ermənistan dəfələrlə bu cür ziyalı mövqeyinə saymazlıq göstərib. Bunlar Ermənistanın Güney Qafqazda təhlükəsizlik məsələsini hələ də Azərbaycan və Gürcüstandan tamam fərqli mənada başa düşdüyünü göstərir. Daha doğrusu, Ermənistanı müdafiə edən böyük dövlətlər ona bu mövqedən əl çəkməsi üçün heç bir təzyiq göstərmirlər. O cümlədən, bölgədə təhlükəsizlik sistemindən danışan Avropa Birliyi və ATƏT Ermənistana gələndə susurlar. Bu günlərdə AŞ PA-da keçirilən müzakirələr göstərdi ki, Rusiya aktiv şəkildə ermənipərəst mövqeyində qalır. Ruslar AŞ PA-da Dağlıq Qarabağ məsələsinin müzakirə edilməməsi üçün çalışıblar. Ancaq Azərbaycan nümayəndə heyətinin fəallığı onların planlarının qarşısını alıb. 
Qərb və Rusiyanın bu kimi mövqedə olması onu göstərir ki, Güney Qafqazda Azərbaycan, Ermənistan və Gürcüstanın qatıldığı ortaq təhlükəsizlik sistemi yaratmaq haqqında хarici siyasətçilərin danışdıqları yalnız deklorativ хarakter daşıyır. Onlar sözdə bu fikri deyirlər, əməldə isə Ermənistanın təcavüzkar siyasətinin nəticələrini Azərbaycana qəbul etdirmək üçün min oyundan çıхırlar. Əslində bölgəmizə yaхın ərazilərdə cərəyan edən geosiyasi hadisələrin məntiqi də Qərbin Güney Qafqaz məsələsində tərəfkeşlik etdiyinə işarədir. Orta Şərqdə amerikanlar açıq surətdə antimüsəlman dövlətçiliyi siyasəti yeridirlər. Bunlara görə Güney Qafqazda üç dövlətin təhlükəsizlik sistemini yaratmaq ideyası arхasında əslində bəzi təhlükəli məqamlar durur. Azərbaycanı işğal faktı ilə barışdırmaq cəhdi həmin təhlükələrin başında gəlir.  Gözləmək olar ki, Ermənistan Dağlıq Qarabağda havadarlarının birbaşa dəstəyi ilə yaratdığı separatçı reyimin güclənməsi yönündə siyasətini davam etdirəcək. ABŞ-ın İranla bağlı Ermənistana etdiyi хəbərdarlıqlar da formal хarakter daşıyır. Qərb Ermənistana qarşı heç zaman sanksiya tətbiq edən, ona təzyiq göstərən deyil. Əksinə, bundan sonra Ermənistandan Türkiyə və Azərbaycana qarşı istifadə etməyə çalışacaqlar. Ona görə də Güney Qafqazda təhlükəsizlik məsələsi hələlik Azərbaycan və Gürcüstanın üzərinə düşməkdə davam edir. Ermənistan həm GUAM məsələsində, həm də Türkiyə ilə əlaqələrin inkişafı aspektində bölgənin “qara adası” olaraq qalmaqdadır. Bu cırtdan və süni dövlətin tariхi funksiyası bəddir. Təəssüf ki, onu dəyişmək istəməyənlər məhz Qərb və Rusiyadır. Ermənistandan hələlik onlar sırf öz geosiyasi maraqları üçün istifadə edəcəklər. Avropa Birliyinin bu prosesə qoşulduğu göz önündədir. Ancaq gec və ya tez “qara ada” ləğv edilməlidir. Məsələ onu kimin və hansı məqsədlə ləğv edəcəyinə bağlıdır. 
Qafqaz mürəkkəb siyasi orqanizmdir. Coğrafi anlamda Avropa Qafqazına Azərbaycan Ermənistan Gürcüstanla yanaşı, Rusiya Federasiyasının və Türkiyənin bir hissəsi aiddir. Qafqaz Asiya və Avropanın yollarının kəsişdiyi məkanda yerləşir. Burada 150-ə yaxın etnosun 4 əsas dinin nümayəndələri yaşayır. Ümumilikdə, Qafqazda gedən proseslərdə tərəqqi əldə etməyin yolu Cənubi Qafqaz dövlətlərinin promodel kimi qəbul edilmə­sindən başlanır. Qafqazın qalan xalqlarının bu üç dövlətdən ən azı ikisi ilə sıx əlaqəsi mövcuddur.
Müxtəlif maraqların rastlaşmasının müsbət təsirini artırmaq mənfi təsirini azaltmaq və Qafqazda ümumilikdə bu maraqlara reaksiya almaq üçün bu üç dövlətin nümunə seçilməsi zəruridir. Rusiya və Türkiyə Qafqazda gedən proseslərdə həm maraqlı tərəf, həm də Qafqaz dövləti kimi iştirak edə bilər. Qalan 3 dövlətin buna imkanı yoxdur və onlar proseslərdə yalnız bir statusla iştirak edə bilərlər. Konseptual baxışların əsasında Cənubi Qafqazın bu 3 dövlətini (Azərbaycan Ermənistan Gürcüstan) promodel kimi qəbul etməyə burada əldə olunan müvəffəqiyyətlərin Qafqazın digər hissələrinə yayılmasını təşkil etmək durur. Bunun üçün:
I.Regional təhlükəsizlik konsepsiyasının işlənib hazırlanmasına və qəbul edilməsinə nail olmaq. Həmin konsepsiya özündə hamı tərəfindən qəbul edilmiş aşağıdakı prinsipləri birləşdirməlidir:  1) region dövlətlərinin ərazi toxunulmazlığı;2) dövlətlərin suverenliyi;3) bir-birinin daxili işlərinə qarışmamaq;4) qonşu dövlətin daxili işinə müdaxilə üçün üçüncü dövlətin vasitəçisinə çevrilməmək;5) bir-birinə qarşılıqlı faydalı olmaq. 
Regional təhlükəsizlik və əməkdaşlıqla bağlı müxtəlif modellər müzakirə edilə bilər: a) 3+2 (3-Azərbaycan Ermənistan Gürcüstan 2- Rusiya və Türkiyə); b) 3+3 (3-məlumdur 3-Rusiya Türkiyə ABŞ) C) 3+3 (3 məlumdur 3-Rusiya ABŞ Avropa Birliyi). ATƏT-i də əlavə etməklə daha müxtəlif kombinasiyalar əldə etmək mümkündür. Avropa Birliyi ATƏT həm də imzalanmış Regional Təhlükəsizlik Konsepsiyasının təminatçısı qarantı rolunu da oynaya bilərlər. II. Cənubi Qafqazda, o cümlədən, ümumilikdə Qafqazda demilitarizasiya proseslərinin başlanmasına nail olmaq. Bütövlükdə Qafqaz «silahsız zona» elan edilməlidir. Qafqazda toplanan silahın istifadəsiz qalma ehtimalı çox azdır. Burada kənar dövlətlərin silahları hərbi bazaları olmamalıdır. Hərbisiz Qafqazın xalqlarının bir-biri ilə dil tapması daha asandır.
III. Mövcud olan münaqişələrin həllində beynəlxalq qurumların (BMT ATƏT AB AŞ və s.) vahid standartlara söykənən mövqeyi olmalıdır. Beynəlxalq hüquq normaları rəhbər tutulmalıdır. Bunun üçün ATƏT-in İstanbul sammitində (dekabr 1999) qəbul edilmiş «Avropa Təhlükəsizlik Xartiyası» daha geniş imkanlar açır. ATƏT münaqişələrin tənziməlnməsində effektivliyini artırmaq üçün zəruri hallarda, münaqişənin dinc tənzimlənməsi uzandığı halda «konsensus-1» (konsensus minus bir) və ya «konsensus-2» (konsensus minus 2) prinsiplərindən istifadə edə bilər. Bu, hər hansı bir və ya iki dövlətin dünya birliyinə qarşı durmaq cəhdlərinin qarşısını ala bilər tərəfləri dinc tənzimlənmə proseslərinə daha məsuliyyətli yanaşmağa vadar edər. IV. Qafqazı Qərblə birləşdirən alternativ kommunikasiya vasitələrinə nail olmaq. Qafqazdan Qərbə açılan yeganə yol Gürcüstan ərazisindən keçir. Gürcüstanın problemlərinin ona təzyiqlərin çoxluğu da məhz bununla bağlıdır. Bakı-Mehri (Ermənistan)- Naxçıvan -Türkiyə yolunun fəaliyyətə başlaması bütövlükdə regionu (Gürcüstan yolu da nəzərə alınmaqla) iki xətt vasitəsilə qalan dünya ilə birləşdirər Gürcüstana təzyiqlərin böyük bir qismini əhəmiyyətsiz edər. Mərkəzi və Orta Asiya ilə əlaqəni də daha inamlı edə bilər. Alternativ yolun açılmasına əsas maneə Ermənistandır. Ermənistan regionun Qərbə inteqrasiyasında maraqlı deyil; Azərbaycan torpaqlarını işğal altında, Naxçıvanı blokadada saxlamaqda maraqlıdır.
V. Qafqazda münaqişələrə münasibət iki prinsipə söykənməlidir: 1) Yeni dövlətlərin yaranması Qafqazda təhlükəsizlik üçün ciddi təhlükədir.2) Preventiv tədbirlər üstünlük təşkil etməlidir. 
Əks təqdirdə Qafqazda «dövlətlərin» sayı qısa müddətdə 10-nu ötüb keçə bilər. Cənubi Qafqazın 3+… modeli ilə fəaliyyətinə bu regionun 3 dövlətindən (Azərbaycan Ermənistan Gürcüstan) heç birisi prinsipial olaraq etiraz etmir. VI. Qafqazın demokratik inkişafı üçün konsensual demokratiya modelini tətbiq etmək məqsədəuyğundur. Cənubi Qafqazdan başlanan bu modelin Qafqazın digər regionlarına yayılma perspektivləri ciddi surətdə nəzərə alınmalıdır. Bu iş uzunmüddətli hazırlıq tələb edir. Bu model dini etniki mənsubiyyətin kəskin fərqləndiyi regionlarda özünü doğruldur. Konsensual demokratiya 2 əsas prinsipə söykənir: 
1) Demokratik idarəetmə və oyun qaydalarının razılaşdırılması;2) Bu oyun qaydalarına nəzarət mexanizmlərinin işlənib hazırlanması.  Ayrı-ayrı cəmiyyətlərin demokratik inkişafında siyasi partiyalararası münasibətlərə və onların özlərinin inkişafına daha çox üstünlük verilməlidir. Demokratik inkişafın məsuliyyəti partiyaların üzərinə qoyulmalıdır.
VII. Cənubi Qafqaz dövlətlərinin iqtisadi inteqrasiyasına nail olmaq üçün 2 istiqamətdə fəaliyyət göstərmək məqsədəuyğundur: 1) İqtisadi inteqrasiya üçün siyasi mühitin formalaşdırılması. Bu, əsasən, siyasi maneələrin aradan qaldırılmasından ibarətdir.2) Ölkədaxili iqtisadi inkişafda olan disbalans aradan qaldırılmalıdır. Regionda elə dövlət var ki, onun ümumölkə iqtisadi proseslərində indiki zamanda feodal elementlərə rast gəlmək mümkündür. Bu feodal elementlər region dövlətlərinin iqtisadi inteqrpasiyasına maneçilik etməklə yanaşı onların qlobal iqtisadiyyata inteqrasiyası prosesinə də maneçilik edir.
VIII. Fəaliyyətdə olan xalq diplomatiyasının imkanlarını sistemləşdirmək və ona yeni dinamizm vermək məqsədəuyğundur. Xalq diplomatiyasının həqiqi mahiyyəti açıqlanmalıdır. Region xalqlarının nümayəndələri həm region daxilində həm də regiondan kənarda bir-biri ilə daim təmasdadırlar. Bu təmaslar MDB-nin iri şəhərlərində daha sıxdır. Oradakı münasibətlər siyasiləşməmişdir. «Rəsmiləşmiş xalq diplomatiyası» siyasiləşmiş cəmiyyətlərin yaxınlaşması istiqamətində məhdud resurslara malikdir. Bu sahələrdə də ciddi islahata ehtiyac var.   IX. Cənubi Qafqaz dövlətlərinin potensiallarının bir-birinə indiki qloballaşma dövründə faydalılığını diqqətlə tədqiq etmək tədqiqat materialları əsasında dövlətləri və cəmiyyətləri buna inandırmaq.
X. Demokratiya və vətəndaş quruculuğu sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlar fondlar da Cənubi Qafqaz dövlətlərində fəaliyyətlərini vahid standartlar əsasında qurmalıdırlar. Hər üç dövlətin cəmiyyətləri mentalitet baxımından bir-birindən çox da uzaqda deyillər. XI. Qafqazın hərtərəfli tədqiqi prosesindəki boşluğu aradan qaldırmaq. Bu işə yerli mütəxəssisləri cəlb etmək. Mərkəzi qərargahı Avropa dövlətlərinin birində olmaq şərtilə regionda minimum 4 şöbəsi və ya filialı olan Qafqazşünaslıq mərkəzi yaratmaq. Qafqazın ümumi parametrləri ilə yanaşı yerli adət-ənənələrin onların siyasi-ictimai mahiyyətinin öyrənilməsi bunların ümumi sivil inkişafa qoşulması yollarını ara­maq çox faydalı ola bilər. 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ATƏT-in Minsk qrupundan başqa digər müxtəlif təşkilatlar və tədqiqat mərkəzlərinin də diqqətindədir. 18-19 noyabr 1999-cu il ATƏT-in İstanbul Zirvə görüşündən sonra Türkiyə prezidenti Süleyman Dəmirəlin “Qafqazda sabitlik paktı” adlı təklifi Avropa İttifaqı və ATƏT tərəfindən regionda münaqişəyə son qoymaq üçün əhəmiyyətli layihə olaraq qiymətləndirilib. Həmin təklif əsasında konkret fəaliyyət istiqamətlərinin hazırlanması isə hər iki təşkilatın istəyi ilə Avropa İttifaqı nəzdində yaradılmış Avropa Siyasi Tədqiqatlar Mərkəzi adlı quruma tapşırılıb. Avropa İttifaqı, Türkiyə tədqiqatçıları və diplomatlarının, iş adamlarının birləşdiyi bu elmi mərkəz Cənubi Qafqazda münaqişələrin aradan qaldırılması, əməkdaşlıq və inteqrasiyanı nəzərdə tutan proqramlar irəli sürüb. Mərkəzin tədqiqatları üç əsas məsələ üzərində aparılıb:
–                       Cənubi Qafqazda münaqişələrin həll olunması yolları
– Region ölkələri arasında əməkdaşlıq və inteqrasiya
– Cənubi Qafqazda təhlükəsizlik təminatlarının hazırlanması üzrə təkliflər-                        Avropa Siyasi Tədqiqatlar Mərkəzinin nümayəndələri 2000-ci ilin iyulunda Azərbaycana səfər edərək həmin layihələrin hökumət rəhbərliyi ilə müzakirəsini aparıb. Əvvəlcə ölkənin xarici işlər nazirliyində olan Avropa Siyasi Tədqiqatlar Mərkəzinin rəhbərləri Maykl Emerson və Sergiu Çelak öz təkliflərini xarici siyasət idarəsinin rəhbərliyinə təqdim ediblər.
17 iyul 2000-ci ildə Mərkəzin nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə görüşüb. Görüş zamanı təkliflərdə əks olunmuş Cənubi Qafqazda təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, əməkdaşlıq məsələləri haqda geniş söhbət, fikir mübadiləsi aparılıb. Nümayəndə heyətinin tərkibinə daxil olan Türkiyə İqtisadi və Sosial Tədqiqatlar Fondunun direktoru, istefada olan diplomat Özdəm Sanberk Avropa Siyasi Tədqiqatlar Mərkəzinin müddəalarının münaqişənin həlli ilə birbaşa məşğul olanlara kömək məqsədi daşıdığını bildirib. O, Türkiyənin 1999-cu ilin dekabrından Avropa İttifaqına üzvlük üçün müvafiq fəaliyyətə başladığını və quruma qoşulacağı təqdirdə Azərbaycanın da Avropa İttifaqı ilə həmsərhəd olacağının mümkünlüyünü xatırladıb. Özdem Sanberk bununla əlaqədar regionda sabitliyin qərarlaşması üçün şərait yarandığını deyib.
Türkiyədən nümayəndə heyətinin tərkibinə daxil olan iş adamı, “Tekfen Holdinq” şirkəti idarə heyətinin sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının işçi qrupunun üzvü Nihad Gökyigit biznes və inkişaf üçün sabitliyin zəruri olduğunu bildirib. O, regionda enerji dəhlizi, hava, dəniz, quru yollarının açılması məsələsinin böyük əhəmiyyət daşıdığını söyləyib. Avropa Siyasi Tədqiqatlar Mərkəzinin həmsədri Maykl Emerson bir daha hazırlanan təklifləri elan edərək onların münaqişənin həllindən sonrakı ardıcıllığını göstərib. O, regionun təhlükəsizlik təminatında ATƏT-dən xüsusi mexanizmlərin istənildiyini bildirib. Eyni zamanda Maykl Emerson Rusiya, Şimali Qafqaz və Avropa İttifaqı əməkdaşlıq yollarının da axtarılmasının nəzərdə tutulduğu haqda məlumat verib və sonda regionun enerji layihələrinin daha da sürətli inkişafı üçün təkliflər hazırlandığını deyib.
Mərkəzin digər həmsədri, Rumıniyanın keçmiş xarici işlər naziri Sergiu Çelak irəli sürdükləri əməkdaşlıq, inteqrasiya və münaqişələrin tənzimlənməsi üzrə təklif və proqramların ATƏT-in təşəbbüsü ilə yarandığını və onların Minsk qrupuna yardım məqsədi daşıdığını bir daha təsdiqləyib. O, bu layihələri yalnız özlərinin hazırladıqlarını, heç bir dövləti təmsil etmədiklərini bildirib. Sergiu Çelak həmin müddəaların həyata keçməsi üçün son qərarı yalnız Azərbaycan Prezidentinin verə biləcəyini xatırladıb. Dövlət başçısı Heydər Əliyev Avropa Siyasi Tədqiqatlar Mərkəzinin təmsilçilərinin Azərbaycan üçün həyati əhəmiyyət daşıyan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışı ilə məşğul olmalarını yüksək qiymətləndirdiyini bildirib. Azərbaycan Prezidenti münaqişə haqda geniş məlumat verərək Qafqazda Təhlükəsizlik Paktına münasibətdə onun birinci olaraq həllinin ilkin şərt olduğunu elan edib. Heydər Əliyev özünün Ermənstandan, bir sıra Avropa dövlətlərindən Dağlıq Qarabağ münaqişəsinin həllindən qabaq Ermənistanla əməkdaşlıq təkliflərini aldığını, amma bunu qəbuledilməz hesab etdiyini deyib. O, Avropa Siyasi Tədqiqatlar Mərkəzinin proqramlarında, Nihad Gökyigitin təkliflərində də oxşar fikirlərin olduğunu, münaqişənin həlli yolu tapılmayınca bütün bunların real xarakter daşımadığını bəyan edib. Eyni zamanda prezident Türkiyənin Ermənistan işğalçılığa son qoymayınca onunla sərhədlərini açmayacağına əminliyini bildirib. 
Heydər Əliyev bir neçə ay əvvəl ABŞ tərəfindən təqdim olunmuş, Ermənistanla iqtisadi tərəfdaşlığı nəzərdə tutan Cənubi Qafqaz iqtisadi forumu adlı layihəni rədd etdiyini söyləyib. Azərbaycan dövlət başçısı Avropa Siyasi Tədqiqatlar Mərkəzinin nümayəndələrinə ” Qafqazda Sabitlik Paktı” məsələsinin həyata keçməsi şərtini açıq ifadə edib: ” Siz də bizim mövqeyimizi burada açıq bilməlisiniz. Ermənistan-Azərbaycan münaqişəsi həll edilən, sülh yaranan, Azərbaycanın işğal olunmuş torpaqları azad edilən kimi, sülh, təhlükəsizlik və sabitlik paktının yaranması tamamilə real olacaqdır. Bu olmasa – fantaziyadır.”  Azərbaycanlıların mə`ruz qaldıqları soyqırımı faciələrinin ifadəsi olan 31 mart günü xalqımızın tarixində ən ağır matəm və hüzn günlərindən biridir.
XVII əsrin əvvəllərindən e`tibarən çar Rusiyasının, sonralar isə Sovetlər Birliyinin gizli və açıq himayəsindən istifadə edən erməni şovinistləri sərsəm “böyük Ermənistan” xülyasını həyata keçirmək üçün Cənubi Qafqazda iddia etdikləri əraziləri yerli sakinlərdən təmizləmək məqsədini qarşılarına qoyaraq, müntəzəm surətdə törətdikləri soyqırımı cinayətləri nəticəsində 2 milyon azərbaycanlını deportasiya etmiş və 1,5 milyon azərbaycanlını qətlə yetirmiş, qədim yaşayış məskənlərini, yurd yerlərini, tarix və mədəniyyət abidələrini yerlə yeksan etmişlər. Azərbaycanın şimal hissəsinin çar Rusiyası tərəfindən ilhaqına yekun vuran 1831-ci io Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri bağlandıqdan sonra İran və Türkiyədən yüz minlərlə erməninin bu əraziyə köçürülməsi, yerli sakinlərlə müqayisədə onlara xüsusi hüquq və imtiyazların verilməsi azərbaycanlıların hər vasitə ilə sıxışdırılmasına gətirib çıxarmışdır. Rusiya imperiyasının Qafqazda öz dayaqlarını möhkəmləndirmək niyyətinə xidmən edən gəlmə erməni əhalisindən sonralar siyasi amil kimi istifadə olunmuşdur. Qafqazda öz mövqelərini möhkəmləndirdikdən sonra erməni millətçiləri 1887-ci ildə qnçak, 1890-cı ildə isə daşnaksütyun terrorçu partiyalarını yaradaraq əzəli Azərbaycan torpaqlarına iddialarını, etnik tənmizləmə planlarını daha da genişləndirmiş və sistemli surətdə davam etdirmişlər. 1905-1907-ci illərdə çar Rusiyasının hakim dairələrindən hərtərəfli yardım alan erməni quldur dəstələri İrəvanda, Zəngəzurda, Göyçədə, Haxçıvanda, Qarabağda, Tiflisdə Gəncədə, Bakıda, 1914-cü ildə Şərqi Anadoluda – Ərzurumda, Qarsda, Ərdəhanda, Adanada dinc azərbaycanlılara və türklərə amansızcasına divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qadınları, qocaları tarixdə görünməyən qəddarlıq və vəhşiliklə öldürmüşlər. 
Azərbaycan xalqına qarşı soyqırımı cinayətləri 1918-ci ildə daha geniş vüs`ət almışdır. Bu dövrdə soyqırımı daha mütəşəkkil şəkildə və daha böyük qəddarlıqla həyata keçirilmişdir. Təkcə 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkənranda erməni-bolşevik silahlı dəstələri 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, on minlərlə insanı yerindən-yurdundan didərgin salmışlar. Mart ayının üç günü ərzində Bakı şəhərində 30 minə qədər soydaşımız xüsusi amansızlıqla işgəncə verilərək öldürülmüşdür. Bakı qırğının ardınca Şamaxı qəzasının 58 kəndi dağıdılmış, 7 minədək adam, o cümlədən 1653 qadın ıə 865 uşaq qılıncdan keçirilmiş və güllənmiş, Quba qəzasının 122 kəHdi yerlə yeksan edilmişdir. Şərur, Dərələyəz, Haxıvan bölgəsində, Qarabağın dağlıq hissəsində, Zəngəzur qəzasında yüzlərlə azərbaycanlı kəndi yandırılmış, əhaliyə cinsinə və yaşına fərq qoyulmadan qəddarcasına divan tutulmuşdur. İrəvan quberniyasında 211, Qars vilayətində 92 kənd dağıdılmış, yandırılmış və talan edilmişdir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycanlılara qarşı soyqırımı faktları araşdırılmışdır və bu gün də Azərbaycan Respubilkasının arxivlərində saxlanılır.
Erməni terrorçu dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yeridilən “türksüz Ermənistan” siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enmişdi.
Erməni şovinistlərinin azərbaycanlılara qarşı soyqırımı cinayətləri cəzasız qaldığına, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymət verilmədiyinə görə Sovet Hakimiyyəti dövründə də azərbaycanlılar barəsində düşmənçilik siyasəti davam etdirilmişdir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinini tərkibinə daxil olan Göyçə, Zəngəzur və digər ərazilər o zamankı Sovet hökuməti rəhbərlərinin əli ilə qondarma Ermənistan dövlətinə qatılmış, Dağlıq Qarabağ ermənilərinə isə əsassız olaraq muxtariyyət verilmişdir. SSRİ rəhbərliyinin köməyi ilə Ermənistan SSR hakim dairələri 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqları olan Qərbi Azərbaycandan (Müasir Ermənistan ərazisindən) deportasiya edilməsminə nail olmuşdur. Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı ilhaq edib Ermənistana birləşdirmək məqsədi ilə 1988-ci ildə başlanmış separatçılıq hərəkatı, işğalçılıq müharibəsi və etnik təmizləmə Azərbaycana qarşı cinayətkar siyasətin yeni mərhələsini təşkil etmişdir. Bu gün Azərbaycan Respublikası ərazisinin 20 faizi, yə`ni Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, bir milyon azərbaycanlı Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən didərgin salınmışdır. Vaxtilə əhalisinin mütləq əksəriyyətinin azərbaycanlılar təşkil edən müasir Ermənistan Respublikası ərazisində bu gün bir nəfər də azərbaycanlı qalmamışdır. Ermənistanın silahlı təcavüzü gedişində 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüş, 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır.
Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin miqyasını və necə vəhşiliklə həyata keçirildiyini təsəvvür etmək üçün 1992-ci il fevralın 26-da Dağlıq Qarabağın Xocalı şəhərində baş vermiş faciəni yada salmaq kifayətdir. Bəşər tarixində ən böyük müsibətlərdən olan bu faciə zamanı bütöv bir şəhər erməni qoşunları tərəfindən yerlə yeksan edilmiş, 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst edilmiş, 1275 sakin – qocalar, uşaqlar, qadınlar əsir aparılaraq dəhşətli təhqirlərə, zülmə və həqarətə mə`ruz qalmışlar.
“Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikasının prezidenti cənab Heydər Əliyevin fərmanına əsasən hər il martın 31-də ölkəmizdə soyqırımı qurbanlarının xatirəsi yad edilir. 1998-ci il martın 31-də Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar xüsusi bəyanat qəbul edərək, BMT-dən, Parlamentlərarası İttifaqdan, ATƏT-dən, Avropa Şurasından, MDB-dən, digər beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən XIX-XX əsrlərdə erməni millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanımağı, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü tə`sirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini tezliklə başa çatdırmağı, azərbaycanlılara qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində dinc yolla ədalətli həllinə kömək göstərməyi xahiş etmişdi.
Təəssüf ki, ötən dövrdə bu istiqamətdə nəinki heç bir iş görülməmiş, əksinə, bə`zi Avropa ölkələrinin parlamentləri bizim günlərimizdə azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərinə göz yumduqları halda, XX əsrin əvvəllərində Osmanlı imperiyası ərazisində törədildiyi iddia edilən uydurma “erməni soyqırımı”nı tanıyaraq, ermənipərəst qərəzli mövqe tutduqlarını nümayiş etdirmişlər.  Tarix unutqanlığı bağışlamır, cinayətin cəzasız qalması yeni cinayətin cəzasız qalması yeni cinayətlərə rəvac verir. Bu gün Ermənistanda əzəli Azərbaycan torpağı olan Haxçıvana iddialar irəli sürülməsi, 1921-ci ilin oktyabrında, Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında bağlanmış Qars müqaviləsinin ləğvinə çağırışların səslənməsi, Türkiyənin və digər qonşu ölkələrin torpaqlarına göz dikilməsi məhz işğalçı Ermənistan Respublikası barəsində beynəlxalq aləmdə yaradılmış cəzasızlıq mühitinin nəticəsidir. Yaddan çıxarmaq olmaz ki, dənizdən-dənizə “böyük Ermənistan” dövləti yaratmaq istəyən erməni millətçilərinin və şovinistlərinin nə tarixi həqiqətlərə, nə də bugünkü siyasi reallıqlara uyğun gəlməyən, mövcud beynəlxalq hüquq normalarını kobudcasına pozan, bəşəri əxlaq me`yarlarına zidd olan ağzın xəyalları, Azərbaycan da daxil olmaqla qonşu ölkələrin hamısına qarşı ərazi iddiaları bütün dünyada sülh və sabitlik üçün təhlükə törədən çox böyük müharibə tonqalının alovlanmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Milli Məclisi bir daha BMT-yə, Parlamentlərarası İttifaqa, ATƏT-ə, Avropa Şurasına, MDB-yə, digər beynəxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə müraciət edir ki, əsrlər boyu azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərini tanısınlar, gələcəkdə soyqırımı cinayətlərinin qarşısını almaq üçün mümkün olan bütün tədbirləri görsünlər, Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinin aradan qaldırılmasına, Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktının tə`sis olunması ideyasının həyata keçirilməsinə kömək göstərsinlər. Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatından Ermənistanın təcavüzkar dövlət e`lan olunmasını, təcavüzkarın cəzalandırılmasına dair müvafiq beynəlxalq hüquq normalarının ona tətbiq edilməsini, BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasına dair 1993-cü il tarixli 822, 853, 874 və 884 nömrəli qətnamələrinin yerinə yetirilməsini, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpasının tə`min olunmasını tələb edir.

* Elnur MIKAYILOV (Beynəlxalq Əlaqələr Mütəxəssisi, Selçuk Üniversitesi, Sosyal Bilimler Enstitüsü, Tarih Ana Bilim Dalı, Atatürk İlkeleri ve İnkılap Tarihi Bilim Dalı’nda Doktorantura Tələbəsi, Kampüs 42075, Konya / TÜRKİYƏ; [email protected] , GSM: +905555565937 , http://www.emikail.com )

Elnur Mikayilov