Hərbi-təhükəsizlik

Türkiyə, PKK, Iraqin Şimalı: Ümumi Qeydlər

Pinterest LinkedIn Tumblr

“Türküstan” Qəzeti, 21 Oktyabr 2007-ci il
Bilindiyi kimi, son dövrlərdə qardaş Türkiyədə PKK terror təşkilatının hücumları nəticəsində mülki adamlar və əsgərlər şəhid edilmişdir. Türkiyənin buna cavab tədbirləri gecikməmişdir. Ölkə daxilində tərrorçulara qarşı hərbi əməliyyatlar artırılmışdır. Fəqət ən vacib məsələlərdən biri də terroçuların əməliyyatlardan qaçaraq sığındıqları İraqın şimalına Türkiyənin müdaxiləsi mövzusudur.
QAFSAM (Qafqaz Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi) mözvu ilə əlaqədar xüsusi material hazırlamışdır. Materialda PKK terrorunun tarixi, terrorun ortadan qaldırılması prosesi və “İraqın Şimalı” maneəsi, Türkiyənin İraqın Şimlına əvvəlki müdaxilələri, Türkiyə-ABŞ münasibətləri, PKK terroru və İraqın Şimalına son müdaxilə mövzularına yer verilmişdir. Biz materialdan müəyyən hissələri nəzərinizə çatdırırıq.
PKK-nın terrorçu fəaliyyətlərindəki artış, xüsusilə son bir ay içindəki qanlı hücumlar Türkiyədə terrorçulara qarşı mübarizəni gündəmin 1 nömrəli məsələsi etmişdir. Türkiyədə İraqın şimalındakı PKK bazalarına hərbi müdaxiləsinin zəruri olması mövzusu onsuz da təxminən bir ildir ki, müzakirə edilirdi. Geniş müdaxilə üçün parlamentin qərar almasının vacibliyi bilinirdi. Müxalifətin və ordu komandanlığının bu istiqamətdə bəzən açıq, bəzən də örtülü istəkləri olurdu. Hökümət isə bir yandan şəhid sayısında son dövrlərdəki xüsusi artışı da nəzərə alaraq İraqa müdaxilə ilə bağlı qərar layihəsini hazırlayacağını deyirdi, bir yandan da bu məsələyə xüsusi ehtiyatla yanaşırdı. Ancaq son Ramazan Bayramı öncəsində 13 hərbçinin şəhid edilməsi ilə nəticələnən terror əsəbləri kuliminasiya nöqtəsinə çıxardı. Və artıq hazır olduğu deyilən qərar layihəsi  oktyabrın 17-də Türkiyə Böyük Milət Məclisində (parləmentdə) 19-a qarşı 507 səslə qəbul olundu.  Qərar Türkiyə Hökümətinə bir il boyunca  lazım gördüyü istənilən anda ordusuna İraqın şimalına daxil olmaq əmri verməyə imkan tanıyır.
Qərara gözlənildiyi kimi, İraqın şimalında və okeanın o tayından etirazlar gəldi. ABŞ rəhbərliyi Türkiyəni ehtiyatlı olmağa, problemi dinc yollarla, zərurət olsa ABŞ-Iraq-Türkiyə rəhbərliyinin üçtərəfli addımları ilə həll etməyə çağırdı. NATO-nun Baş Katibi Şeffer və Avropa Birliyi Komissiyasının Sədri Barosso Ankaranı diqqətli olmağa dəvət etdilər. Türkiyəyə rəsmi səfərə gələn Suriya Prezidenti Esad isə Türkiyənin qərarını dəstəklədiyini açıqladı.
Qərarın qəbulundan sonra Türkiyə-İraq sərhəddinin iki tərəfində də hərəkətlilik artdı. Türkiyə öz sərhəddindəki hərbi gücünü daha da artırmağa başladı. Türk silahlı qüvvələri İraq ilə sərhədyanı ərazidəki Qabar, Cudi və Kato dağlarında başladığı hərbi əməliyyatları gücləndirərək davam etdirdi. Sərhəddin İraq tətrəfində isə həm Kürd yaraqlılarının sayı artmağa başladı, həm də ABŞ helikopterləri sərhəd boyunca müşahidə uçuşlarına başladı. Türkiyənin addımlarının qarşısının alınması məqsədi ilə İraq Kürtlərinin liderləri üçtərəfli addımlar atmağa başladılar.
1.      Talabani və Barzani bir yandan ABŞ-dan və digər dövlətlərdən dəstək istədilər.
2.      Digər tərəfdən PKK-ya dəstək verdiklərinə dair iddiaların yalan olduğunu iddia etdilər. Onlar bölgədə PKK-nın var olduğunu qəbul etdiklərini, ancaq problemin danışıqlar yolu ilə həllinin vacibliyinə də inandıqlarını vurğuladılar. İraqlı Kürdlərin  Xüsusilə İraq Prezidenti Təlabani, “Le Fiqaro” qəzetinə verdiyi müsahibəsində PKK-ya da müraciət edərək, bu terror təşkilatını dünyanın dəyişdiyini başa düşməyə və silahları yerə qoyaraq siyasətlə məşğul olmağa çağırdı.
3.      Təlabani yuxarıda qeyd olunan müsahibəsində həm də Türkiyənin bölgəyə müdaxiləsinə qarşı sərt ifadələr işlətdi: “Türkiyə əgər Kürd şəhərlərinə girməyə çalışarsa Kürd xalqının müqaviməti ilə üzləşəcək”. Təlabani İraqa qayıtdıqdan sonra verdiyi bir müsahibədə bu fikirlərini davam etdirərək həm Esadın Türkiyəyə dəstəyini qınadı, həm də “Türkiyənin bataqlığa girməyə hazır olmadığını” açıqladı.  Oktyabrın 19-da İraqın şimalındakı yerli Kürd hökümətinin rəhbəri Bərzani də, “torpaqlarına hücum olarsa, özlərini sonadək müdafiə edəcəkləri” barədə bəyanat verdi.
İraqın şimalına müdaxilə ilə bərabər başqa mövzularda da Türkiyə-ABŞ münasibətlərindəki zəifləmə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Keçmiş Sədr Müavini Qraham Fullerin “Los Anceles Tayms” qəzetində dərc olunan “Türkiyə ilə zədələnən ittifaqımız” adlı məqaləsində, geniş işıqlandırldı. Bu məqalədə Fullerin, PKK-nın İran qolu olan PJAK-ı nəzərdə tutaraq “ABŞ İrana qarşı Kürdlərə dəstək verir” iddiasını ortaya atması ABŞ rəsmilərinin etirazına səbəb oldu. ABŞ Dövlət Departamenti, “ABŞ-ın PKK ilə bir başa vəya dolaylı heç bir təmasının olmadığını və PKK-nın bitməsini arzuladıqlarını” açıqladı.
Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan isə, bütün yıxarıda deyiəlnlərə açıq münasibət bildirdi: “Türkiyə höküməti üçün sadəcə ölkə parlamentinin dediyi əhəmiyyətlidir. Başqalarının sözlərinin elə də əhəmiyyəti yoxdur.” Ərdoğan İraq rəsmilərindən də tələblərinin açıq olduğunu qeyd etdi: “PKK-nın bütün bazaları ləvğ olunmalıdır. PKK liderləri həbs olunaraq Türkiyəyə təhvil verilməlidir.”
Qeyd edək ki, Ərdoğanın bu bəyanatının ertəsi günü Tempo jurnalı PKK-nın Türkiyə tərəfindən xüsusi tələb olunan 12 liderinin siyahısını və onlar barədə Abdullah Öcalanın istintaq zamanı verdiyi ifadəni yayınladı.  
Əslində hələ 1980-ci illərin əvvəllərində İraq ilə Türkiyə arasındakı razılaşmalara görə Türkiyə İraqdan sızan terrorçuları müəyyən qədər təqib etmək hüququna malik idi və bu hüququndan son dövlərə qədər istifadə edirdi. Bununla yanaşı, Türkiyənin İraqın şimalında nəzarətçi hərbi qərargahlara sahib olduğu da sirr deyildi. Ancaq son illərdə, bölgədə Kürd rəhbərliyin və xüsusilə ABŞ hərbçilərinin gətirdiyi məhdudiyyətlər Türk əsgərlərinin imkanlarını azaltmışdı. Həm də Ankarada Türkiyə və İraq hökümətləri arasında imzalanan son müqavilə ilə Türkiyə-nin terrorçuları təqib etmək hüququnun ortadan qaldırıldığı da iddia edilirdi. Eyni zamanda PKK-nın terrorçu fəaliyyətlərini artırması artıq geniş səviyyəli hərbi əməliyyatlara zərurət yaradırdı. Bütün bunlar nəzərə alındığında Türkiyə parlamentinin qeyd olunan qərarı vacib idi.
Türkiyə, parlamentində aldığı bu son qərarla, yeri gələrsə hərbi qüvvəsindən bütün səviyyələrdə istifadə edəcəyini göstərdi. Yəni əgər Türkiyə İraqın şimalına girəsi olmasa belə danışıqlar stolunda mövqeyini bir qədər güclndirdi. Artıq bütün daxili və xarici qüvvələr, Türkiyənin belə bir addım ata biləcəyini nəzərə almağa başlayıblar: az və ya çox. Çünkü tarixdə bunun başqa nümunəsi də olub. 1974-cü ildə Kipr adasında Türklər qətliama məruz qalarkən, güclü dövlətlər hamısı qarşı çıxdığı halda Türkiyə adaya müdaxilə etmişdi. Ancaq, onda olduğu kimi indi də risqlər də az deyil. Həm İraqın şimalında, həm də daxildə Türkiyəni sürprizlərin gözlədiyi aşkardır. Elə Türkiyənin Diyarbakır vilayətində son günlərdə bu vilayətdə onlarla kiçik uşağın bədən orqanlarının ticarəti ilə məşğul olan mafiya tərəfindən qaçırıldığına dair şaiyənin yayılması, oktyabrın 19-da isə güya bir nəfərin azyaşlı bir qızı qaçırmağa çalışdığına dair iddianın ortaya atılması və valinin istefa etməsi tələbinin qoyulması ilə mitinqə başlanması bu provakasiyaların göstəricisi olmuşdur. 
Türkiyə İraqa daxil olsa öz daxilində böyük provakasiyalara və terror cəhdlərinə hazır olmalıdır. Ancaq terrorun kökünü birdəfəlik kəsmək üçün İraqın şimalında böyük hərbi əməliyyat keçirməkdən başqa yol qalmayanda bu provakasiyalar və terror cəhdləri vacib qərarın verilməsinin qarşısını ala bilməyəcək. 

Araz Aslanlı