Avropa

Rusiyada “Putvedev” Hakimiyyətdə

Pinterest LinkedIn Tumblr

2 Mart 2008 tarixində Rusiyada növbəti prezident seçkiləri keçirildi. Rusiya Federasiyasının mustəqilliyindən sonra keçirilən sayca 5-ci (1991, 1996, 2000, 2004) prezident seçkiləri Vladimir Putindən sonrakı Rus siyasi sisteminin istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm önəm daşımaqdaydı. Keçmiş prezident Boris Yeltsinin hakimiyyətinin sonunda ölkənin siyasi, iqtisadi, sosyal və hərbi böhranlar bataqlığında boğulmağa  başlaması problemi Rusiya daxili güc mərkəzləri tərəfindən Putinin hakimiyyətə gətirilməsi yoluyla həll edilməyə çalışılmışdır. Putinin prezident kimi fəaliyyətdə olduğu dövrdə “güclü mərkəzi dövlət, güclü iqtisadiyyat və güclü ordu” şüarı altında həyata keçirdiyi islahatların siyası nəticəsi Kreml rəhbərliyinin tam nəzarəti altında yeni bir Rus siyasi sisteminin yaradılması olmuşdur.
Davamı ATM-də: http://www.araztm.org/index.php?mod=researchs&id=20

Araz Aslanlı