Avropa

“Cənub Axını”nın reallaşması sürətlənir

Pinterest LinkedIn Tumblr

QAFSAM
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi

Oktyabrın 22-də Moskvada Rusiyanın Baş naziri Vladimir Putin ilə İtalyan həmkarı Silvio Berluskoni arasında keçirilən görüşün ən mühüm nəticəsi “Cənub Axını” kəmərinin inşaatının sürətləndirilməsi olub. Hər iki baş nazir Rusiya ilə İtaliya arasındakı enerji əməkdaşlığının “konstruktiv və çox faydalı” olduğunu xüsusi qeyd ediblər. Putin-Berluskoni görüşündə “Cənub Axını” lahiyəsinin həyata keçirilməsinə dair müzakirələr geniş yer tutub. Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğanın da canlı telekonfrans vasitəsiylə iştirak etdiyi danışıqlardan sonra Putin tərəfindən verilən açıqlamada “Cənub Axını”nın “Şimal Axını” lahiyəsindən daha tez işə düşəcəyi bildirilib. Maraqlıdır ki, daha əvvəl elan edilən təqvimə görə,  “Şımal Axını” lahiyəsinin ilk mərhələsinin 2011-ci ildə, ikinci mərhələsinin isə 2012-ci ildə başa çatdırılması nəzərdə tutulurdu. “Cənub Axını” lahiyəsinin isə ilk mərhələsinin 2013-cü, ikinci mərhələsinin isə 2015-dən gec olmayaraq başa çatdırılması planlanmaqda idi. Ancaq Putinin son açıqlaması bu təqvimlərin “Cənub Axını” lehinə dəyişdiyini göstərir.

Bu iki lahiyə arasından “Cənub Axınının” reallaşma prosesinin surətləndirilməsini bir neçə amililə izah etmək mümkündür. Əvvəla, “Cənub Axını” lahiyəsi əsas etibariylə “Nabukko”ya alternativ xarakter daşımaqdadır. Qərbin bu sahədə fəaliyyətini nisbətən gücləndirməsi “Cənub Axını”nı daha da aktuallaşdırmaqdadır. İkincisi, “Cənub Axını” lahiyəsini sürətləndirilməyə dair cəhdlər prezident seçkiləri ərəfəsində olan Ukraynadakı iktidar mübarizəsinə də məsaj xarakteri daşımadadır. Xatırladaq ki, Rusiya daha əvvəl bu kəmərin Qaradənizin Ukraynaya ait hissəsi yerinə Türkiyə sektorundan keçirmək barədə rəsmi Ankara ilə ilkin razılıq əldə etmişdi. Üçüncüsü, Rusiyanın “Şimal Axını”nı həyata keçirməsi tranzit ölkələrin müxtəlif büroktartik prosedurları səbəbiylə getdikcə yavaşlayan prossesə çevrilməkdədir. Belə ki, kəmərin Rusiya, Finlandiya, İsveç, Danimarka və Almaniya ərazilərindən keçməsi nəzərdə tutulur. Xüsusiylə, Finlandiya, İsveç, Danimarka kəmərin inşasında əz az iki mərhələli (ekoloji uyğunluq və inşaat icazəsi) prosedurasını yavaş keçirməkdədir. Bu ölkələrdən Finlandiya hələlik ekoloji uyqunluğu qəbul edib, ancaq kəmər tikintisinə icazə verməyib. Danimarka hər iki proseduranı qəbul edib ancaq, bu ölkə kəmərdən qaz ixracı üçün Baltik dənizindəki kommunikasiya xəttlərinin sahiblərindən icazə alınmasını istəyir. İsveç isə hələ bu prosesdə öz qərarını verməyib. Bunun əvəzində “Cənub Axını”nda Rusiya yoluna nisbətən problemsiz şəkildə davam etməkdədir. Belə ki, kəmərin keçməsi nəzərdə tutulan Bolqarıstanda (yeni hükümətin bu lahiyə barədə bəzi çəkincələri də nəzərə alınmaqla) və Yunanıstanda tikinti prosesi daha surətli gedir. Medvedevin oktyabrın 20-dəki Serbiya səfərində “Qazprom” və “Serbqaz” arasında “Cənub Axını”nın bu ölkədəki hissəsinin tikintisi barədə imzalanan protokol da bu prosesin mühüm bir hissəsini təşkil edir.

Ancaq Avrasiyada getdikcə güclənən enerji mübarizəsinin yeni mərhələsində xususən Rusiya-Türkiyə əməkdaşlığı həlledici məqamlardan birini təşkil edir. Bu əməkdaşlığın ən mühüm hissələrindən biri isə “Cənub Axını” lahiyəsində həyata keçməkdədir. İki ölkənin kəmərin Türkiyədən keçməsi üçün razılıq əldə etməsindən sonra, Putun, Berluskoni və Ərdoğan arasındakı son müzakirədən lahiyənin sürətləndirilməsi qərarının çıxması diqqəti cəlb edən məqamlardan biridir. Bu arada, “Nabukko”nun qaz təminatçısı olacağı təxmin edilən Qazaxıstanın perzidenti Nazarbayevin son Türkiyə səfərində Qazax neftini Rusiya-Türkiyə enerji əməkdaşlığını mühüm nümunələrindən oan Samsun-Ceyhan kəməriu ilə nəql etməyə razılıq verməsi də diqqətlərdən qaçmamalıdır. Buna Azərbaycanın Rusiya ilə enerji əlaqələrini dərinləşdirmək istiqamətindəki addımları da əlavə olunanda enerji oyununda Rusiyanın mövqelərinin gücləndiyi görünür. Bu proseslər “Rusiyanı bölgədə cıxışdırma” və “Erməni lobbisini məmnun etmə kimi” tezislərə dayanaraq atdığı addımlarla Azərbaycanın maraqlarını qətiyyən diqqətə almayan və bölgəsəl tarazlığı Rusiya əleyhinə pozmaq potansialına malik Azərbaycan-Türkiyə strateji əməkdaşlığını pozan Qərb qərarvericiləri üçün həyəcan siqnalı olmalıdır. Xüsusən Obama admnistrasiyasının atdığı bu addımlar həm SSRİ-nın dağılmasından sonra bölgə ölkələrinin Rusiyadan asılılığını azaltmaq və Avropanın enerji ehtiyaclarını ödəmək üçün mənbə və marşrut çeşidliliyini yaratmaq strategiyasının zəifləməsinə, həm də   ABŞ-ın bölgədəki strateji maraqlarını ciddi zərbə vurmağa başlayıb.

QAFSAM