Yanvarın 17-sində Ukraynada növbəti prezident seçkisi keçirilib. Bu müstəqil Ukrayna tarixində sayca beşinci prezident seçkisi olub. Xatırladaq ki, son dəfə 2004-cü ilin sonunda əsasən Yanukoviç ilə Yuşenko arasında mübarizə şəklində keçən prezident seçkisi kütləvi saxtakarlıq səbəbiylə “narıncı koalisiya” tərəfdarlarının böyük etiraz mitinqlərinə səbəb olmuşdu. Ölkədə ciddi siyasi böhrana səbəb olan bu problem 2005 yanvarında seçkilərinin həlledici ikinci turunun təkrarlanması ilə ortadan qalxmışdı. Təkrar keçirilən ikinci turda seçkinin qalibi Yuşenko olmuş, ancaq keçən beş il içində Ukrayna davamlı siyasi böhranların sarsıtdığı ölkəyə çevrilmişdir. Rusiya və ABŞ-ın Ukraynanı öz nüfüzu sahəsinə çevirmə cəhdləri bu siyasi böhranları daha da dərinləşdirmiş, hətta bu ölkənin parçalanma ssenarilərinin gündəmə gəlməsinə səbəb olmuşdur.
Son prezident seçkisi isə Ukraynada artıq yeni bir dövrü başlada biləcək önəmdə olub. Bu seçkinin ilk turunda 18 namizəd prezident olmaq üçün mübarizə aparıb. Xatırladaq ki, Ukrayna qanunvericiliyinə görə, bir namizədin prezident olaması üçün səslərin yarıdan çoxunu alması şərtdir. Əgər ilk turda heç bir namizəd lazımı olan səsi toplaya bilməsə, o zaman 3 həftə sonra ən cox səs toplayan iki namizəd arasında ikinci tur keçirilməsi nəzərdə tutulmaqdadır.
İlk turdan əvvəl keçirilən rəy sorğularına görə, seçkidə iştirak edən namizədlər arasında ən güclüləri Viktor Yanukoviç, Yuliya Timoşenko, Viktor Yuşenko, Sergey Tiqipko, Arseniya Yasenyuk, Vladimir Litvin və Pyotr Simonenko xüsusiylə seçilirdilər. Seçki kampaniyası vaxtı bütün namizədlərin, iqtisadi böhrandan çıxma və rüşvətxorluqla mübarizə etmə vədləri verdiyi, xarici siyasətdə isə daha əvvəlki prezident və parlament seçkiləri ilə müqayisədə nisbətən daha yumşaq məsajlar verməyə çalışdığı müşahidə edilib.
Seçkilərin ən güclü namizədi keçmiş baş nazir və əsas müxalif “Bölgələr Partiyası”nın lideri Viktor Yanukoviç idi. Yanukoviçin seçki vədləri arasında Ukraynanın dünyanın ən inkişaf etmiş 20 ölkədən biri olmasını təmin etmək, Ukraynalıların rifah standartlarını Avropa səviyəsinə yüksəltmək, iqtisadiyyatı böhrandan çıxartmaq da var. Yanukoviçin vədləri arasında Ukraynanın xarici siyasi kursuna dair məqamlar xüsusiylə diqqəti cəlb etməkdədir. “Bölgələr Partiyası”nın lideri Rusiya ilə münasibətləri yenidən yaxşıladırmağı, bu ölkə ilə qaz müqavilələrinə yenidən baxacaqalarını, Rus dilinin dövlət dili elan edilməsi üçün referendum keçiriləcəyini, Ukraynanın NATO üzvülüyü prosesini dayandıracağını, Ukraynanın tərəfsiz dövlət olacağını və Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyini tanıyacağını vəd edib. Yanukoviç seçki təbliğatında Baş nazir Timoşenkonu və Prezident Yuşenkonu kəskin tənqid atəşinə tutub. Yanukoviç ilk turda 35,32 faiz səs alaraq ikinci tura keçib.
Namizədlər arasında Yanukoviçin rəqibi isə hazırkı Baş Nazir Yuliya Timoşenkodur. “Yuliya Timoşenko bloku”nunun lideri iqtisadi böhrandan çıxış üçün yeni subvansiya proqramları həyata keçirəcəyini, yeni iş yerləri açacağını elan edib. Seçildikdən sonra parlamentə növbədənkənar seçkilər keçirəcəyini bildirən Timoşenko, xarici siyasətdə isə Rusiya ilə yaxşı qonşuluq münasibətləri quracağını, Ukraynanın “Büyük Avropanın” bir hissəsinə çevirəcəyini vəd edib. Ukraynadakı “Rux” və Avropa Xalq Partiyalarının dəstəyini də alan Timoşenko ilk turda 25,05 faiz səs alaraq ikinci olub. Beləlikə ikinci turda mövcud Baş nazir Timoşenko Yanukoviçlə prezidentlik üçün mübarizə aparacaq.
Milliyətçi vədlərlə seçkilərdə iştirak edən Prezident Yuşenkonun bu dəfə nəinki qalib gələ bilmədi, hətta ikinci tura belə keçə bilmədi. Belə ki, Yuşenko ilk turda 5,45 faiz səslə ancaq beşinci oldu.
Tigipkonun çətin seçimi
Qalibin ikici tur sonrası müəyyənləşəcək seçkilərin gələcəyini müəyyənləşdirə biləcək namizədlər arasında Ukrayna Əmək Partiyasının lideri ve Ukrayna Milli Bankının keçmiş sədri Sergey Tiqipko xüsusiylə diqqəti cəlb edir. İlk turda 13,05 faiz səs toplayaraq üçüncü olan Tiqipkonun ikinci turda hansı namizədi dəstəkləməsi həlledici önəmə malikdir. Bunu başa düşən Yanukoviç və Timoşenko Tiqopkoya dəstək qarşısında baş nazirlik postunu təklif etməyə başlayıblar. Tiqipko üçün ilk baxışda parlamentdə siyasi dəstəyi daha güclü olan Timoşenkonun açıqca vəd etdiyi baş nazirlik təklifi daha real görünür. Çünkü baş nazir təyinində əsas söz sahibi olan parlamentdə Timoşenkonun əsas rola malikdir. Tiqipko seçki vədləri ilə Timoşenkonun seçki proqramı arasında müəyyən paralelliklər də var. Üstəlik daha 7 ay əvvələ qədər Tiqipko Baş nazir Timeşenkonun iqtisadi müşaviri idi. Hətta Tiqipkonun həlledici olacağı cox daha əvvəldən məlum olan ikinci turda Timoşenkoya dəstək üçün siyasətə girdiyinə dair bəzi iddialar belə var. Ancaq Tiqipkonun Timoşenkoya dəstək verməsi mövcud baş naziri prezident, onu isə baş nazir olmasını təmin edəcəyi şübhəlidir. Çünkü Tiqipko seçkilərdə iqtisadi programı ilə yanaşı konsensusçu siyasi kursu ilə şərqinin Yanukoviçi, qərbinin isə Timoşenkonu açıqca dəstəklədiyi Ukraynanın bütünündə təxminən eyni nisbətdə səs toplayıb. İkinci turda Tiqipkonun öz seçicilərini Timoşekonu dəstəkləməyə çağırması istənilən təsiri göstərməyə bilər. Məsələn, ilk turda Tiqipkoya Şərbi Ukraynada və Kırımda dəstək verən Ukraynalı seçicinin büyük bir hissəsinin ikinci turda Timoşenko yerinə Yanukoviçə dəstək verməsi daha güclü bir ehtimaldır. Yanukoviçin ikinci tura 10 faiz fərqlə üstün girdiyi nəzərə alındığında Tiqipko seçicilərinin mühüm bir hissəsinin bu mövqeyi Timoşenko və Tiqipkonun ikinci turda seçkini itirməsinə səbəb olma risqini gücləndirməkdədir.
Ancaq bənzər şəkildə hələ 2004 seçkilərində Yanukoviçin seçki gəragahının rəisi olan Tiqipkonun Yanukoviçlə seçki ittifaqı da ona baş nazirlik yolunu bir başa aça bilmir. Yenə mövcud şərtlərdə, Yanukoviçdən “hələ əlində olmayan bir şeyi” prezident olduqdan sonra verəcəyini ummaq o qədər də məntiqli görünmür. Üstəlik Yanukoviçin prezident seçildikdən həmən sonra parlament seçkiləri keçirəcəyi vədi də var. Bu ehtimal halında Tiqipkonun baş nazir olma ehtimalı cox zəif görünür. Bundan başqa Ukrayna seçicilərinin şərq və qərb bölgələrindəki kəskin siyasi parçalanmışlığı da burada öz təsiri göstərə bilər. Belə ki, Ukraynanın qərb və mərkəz bölgələrində Tiqipko seçicilərinin onun çağrışında Yanukoviç yerinə Timoşenkoya səs verməsi daha güclü bir ehtimaldır.
İkinci turun nəticəsinin müəyyənləşdirilməsində birinci turda 6,96 faiz səs alan keçmiş parlament sədri və “Dəyişim Cəbhəsi” lideri Arseniya Yasenyukun, 5,45 faiz səsə malik prezident Yuşenkonun, 3,54 faiz səs alan sol blokun namizədi Pyotr Simonenkonun və 2,35 faizlik dəstəyə sahib hazırkı spiker Vladimir Litvinin mövqeləri də önəmli olacaq. Bu mənzərədə Yasenyuk, Yuşenko və Litvinin seçicilərinin Timoşenkoya daha güclü dəstək verə biləcəyi hesablanmaqdadır. Simonenkonun seçicilərinin isə Yanukoviçə dəstək verəcəyi təxmin edilməkdir. Bütün şərtlərdə Yanukoviç və Timoşenko arasında mübarizənin çox kəskin keçəcəyini və aradakı fərqin cox küçük olacağını göstərməkdədir. Bu güc tarazlığı özü belə Tiqipkonun dəstəyinin önəmini ortaya qoymaqdadır.
Bütövlükdə Tigipkonun açıq dəstəyi olmasa belə, administrativ resurlara və Yanukoviçlə müqayisədə daha xarizmatik şəxsiyətə malik olması Timoşenkonun ikinci turdakı şansını artırmaqdadır. Yenə Ukraynada qadın seçicilərin kişilərə nisbətən çox olması qadın namizəd kimi Baş nazir Timoşenko üçün üstünlük təşkil edə bilər. Bundan başqa Timoşenkonun indidən vəziyyəti gərginləşdirməsi və seçkini itirməsi halında bunu gücləndirəcəyinə dair məsajlar verməsi 5 ildən bəri siyasi böhran və gərginlik içində olmaqdan bezən Ukraynalı seçmənin yeni bir gərginlikdən çəkinmək üçün ona səs verməsinə səbəb olabilər.
Daha əvvəlki seçkilərdə Ukraynadakı siyasi mübarizədə xeyli fəal olan Rusiya, AB və ABŞ-ın nisbətən daha ehtiyatlı davrandıqları, açıqca bir namizədin tərəfini tutmadıqları müşahidə edilir. Ancaq vəziyyətin gəginləşməsi onların mövqelərində dəyişikliyə səbəb ola bilər. Bununla yanaşı, bəzi Amerikan PR şirkətlərinin seçki kampaniyasınada həm Timoşenokaya, həm də Yanukoviçə dəstək verməsi maraqlı bir məqam kimi diqqəti cəlb edir.
Ümumilikdə, 7 fevralda keçiriləcək prezident seçkiləri Ukrayna üçün yeni bir yol ayrımı təşkil edəcək. İkinci tur ərəfəsində Yanukoviç və Timoşenko arasında səs fərqinin kiçik olması həm seçki kampaniyasında, həm də sonrasında siyasi gərginliyin daha da güclənəcəyi göstərməkdədir. İkinci tur üçün seçki blütenlerini çap edən mətbənin hökümət tərəfindən nəzarətə götürülməsi və Yanukoviçin tərəfdarlarının Kiyevi müahsirəyə almağa başladığına dair iddialar bü gərginliyin güclənəcəyinin bəzi nümunələri kimi diqqəti cəlb edir.
Bu seçkinin nəticələri Ukraynada “narıncı inqilabın” davam edib etməyəcəyini göstərəcək. Ancaq Timoşnekonun prezident seçilməsi halında belə “narıncı inqilabın” onsuz da son beş ildə itirdiyi ruhunu bir daha geri qaytması çətin görünür. ABŞ-dan istədiyi dəstəyi ala bilməyən, Rusiyanın təzyiqini üzərində daim hiss edən narıncı koalisiyanın liderlərindən Timoşenkonun bu gün Rusiyanın yaxın müttəfiqinə çevrilməsi bunun ən açıq nümunəsidir.