Amerika

Moskva Ermənistan üzərindən ABŞ-a məsaj verir

Pinterest LinkedIn Tumblr

Ermənistan Prezidenti Serj Sarkisyan Rusiyalı həmkarı Dmitri Medvedevin dəvəti ilə aprelin 20-də Moskvaya səfər etdi. Kremlindən yayınlanan açıqlamada Moskva yaxınlığındakı Qorki rezidensiyasında keçirilən Medvedev-Sarkisyan görüşündə beynəlxalq, bölgəsəl və ikitərəfli münasibətlərin müzakirə edildiyi bildirilib. Görüşdə Ermənistan prezidenti Rusiyaya iqtisadi böhrandan çıxmaq üçün keçən il verdiyi 500 milyon ABŞ dolları məbləğindəki kredit üçün təşəkkür edib və böhran səbəbiylə iki ölkə arasında keçən il azalan ticarət dövriyəsinin bu il təkrar artırılacağınını açıqlayıb. Erməni mənbələri görüşdə Medvedevin Ermənistana səfər etməsinin də müzakirə edildiyini bildiriblər. Ancaq Kremlin mətbuat xidməti bu xəbəri təsdiqləməyib. 

Bu il içində artıq 3-cü dəfə görüşən prezidentlərin əsas müzakirə mövzuları isə  Qarabağ problemi və Türkiyə ilə Ermənsitan arasında imzalananan protokollar olub. Xatırladaq ki, bu iki məsələ keçən həftə Nüvə Enerjisi Sammitində iştirak etmək üçün  Vaşinqtonda səfərdə olan Sarkisyanın ABŞ Prezidenti Barak Obama, dövlət katibi Hillari Klinton və Türkiyənin Baş Naziri Tayyib Ərdoğanla görüşlərinin əsas müzakirə mövzuları olub. Bu görüşlərdə ABŞ admistrasiyasının yaxınlaşan 24 aprel öncəsi Türkiyə-Ermənistan münasibətlərini yaxınlaşdırma cəhdləri isə xüsusiylə diqqəti cəlb edib. Sarkisyan Ermənsitana qayıtdıqdan sonra aprelin 21-dəki Ermənistan Təhlükəsizlik Şurasını iclasında Vaşinqton və Moskva səfərlərinin nəticələri müzakirə edilib.   

Sarkisyanın Moskvaya dəvət edilməsi Moskvanın son müzakirələrlə bağlı bilgi əldə etməsi və hər iki prossesin öz nəzarəti xaricinə çıxmasına imkan verməmək şəklində qiymətlədirilə bilər. Elə Medvedev də görüşdə iki ölkə arasındakı ilişkilərdə qarşılıqlı inamın önəmini xüsusi vurğulayarak, Erməni həmkarına mesaj verib. İki lider arasındakı görüşdən geniş açıqlamlar verilməsə də Erməni prezidentin bundan sonrakı adımları Rusiya ilə məsləhətləşdiyi də güman ediləbilər.

Vasinqton və Moskva səfərlərindən sonra bölgədəki hadisələrin istiqaməti mövzusunda isə artıq bəzi işarələr gündəmə gəlib. Belə ki, Türkiyənin Vaqinton müzakirələrindəki mövqeyi, Sarkisyanın Qarabağ məsələsindəki mövqeyi və  rəsmi Bakının ABŞ hakimiyyətinə qarşı sərt reaksiyası prosesdə Erməni yanlısı mövqeyi qabaran Ağ evi Kafkasiyadakı mövqeləri baxımından qayğılandırmaya başlayıb. Bu baxımından Azərbaycana səfər edən ABŞ rəsmiləri Qarabağ müzakirələrində tərəfsiz olduğuna dair açıqlamalar verməyə başlayıblar. Digər yandan, aprelin 21-də Erməni mənbələri Ermənistanın Türkiyə ilə protokolların təsdiqlənməsi prosesini dayandırdığını açıqlayıblar. Sarkisyanın 24 aprelə qısa bir zaman qala aldığı bu qərarda daxili itirazlarla yanaşı, Erməni disporasını vasitəiylə Obama hakimiyyətinə və ABŞ vasitəsiylə protokolara dair prosesin davamında maraqlı olduğu açıqlayan Türkiyəyə bir təzyiq xarakteri daşıdğı qiymətləndirilə bilər. Yeri gəlmişkən aprelin 22-də xalqa müraciət edən Sarkisyan “hələlik prosesdən çıxmadıqlarını, sadəcə olaraq protokolların ratifikasiyası prosesini dayandırdıqlarını, çünkü Ermənistanın milli maraqlarının belə tələb etdiyinə inandıqlarını” da açıqlayıb. Məsələyə münasibət bildirən Ərdoğan isə “bunun Ermənistanın öz işi olduğunu” qeyd edib.

Sarkisyanın, bu qərarını Moskva ilə müzakirə edilərək aldığı isə şübhə doğurmur. Xatırladaq ki, Ermənistan protokolları Rusiyanin istəyi ilə imzalamışdı. Moskva bu prosesin də öz nəzarətində olmasına xüsusi diqqət yetirdiyini həm Vaşintona həm də bölgədəki bütün oyunculara bir daha göstərir.

Dr. Nazim Cəfərsoy