Amerika

GƏNC TƏDQİQATÇI: Latın Amerika seçim qarşısında

Pinterest LinkedIn Tumblr

Bu il Latın Amerikasında bir neçə ölkədə prezident seçkilərinin  və referendumların keçirilməsi gözlənilir. Digər illərə nisbətən regionda bu ilki siyasi vəziyyətin daha fərqli olacağı ehtimal olunur. Məsələn, Argentinanı prezident seçkiləri gözləyir və ölkədi siyasi vəziyyət belə göstərir ki, ölkə prezidenti bir daha xanım Kristina Fernandez olacaqdır. Belə ki, Argentina xalqının konservativ mövqeyinə sadiq qalaraq, 2003-2007-ci illərdə hakimiyyətdə olmuş, 2010-cu ildə dünyasını dəyişmiş, Argentinanın eks-prezidenti Nestor Kircherin həyat yoldaşı, hazırkı, prezident xanım Kristina Fernandezi yenidən ölkə başçısı seçməsi gözlənilir. Ümumiyyətlə Argentinanın siyasi həyatında bir çox xanımların fərqləndiyinin tarix boyu şahidi olmuşuq, belə ki, Xuan Peronun ikinci arvadı olmuş, Eva Peron ölkənin siyasi işlərində öz sözünü demiş, daha sonra xərçəng xəstəliyindən vəfat etidiyi üçün bu fəaliyyəti yarımçıq qalmışdır. Xuan Peronun üçüncü arvadı olmuş İsabel Peron isə Xuan Peronun ölümündən sonra hakimiyyətə keçmiş və qərb yarımkurəsində ilk prezident xanım olaraq tarixə keçmişdir.

Bu il prezident seçkilərin baş tutacağı daha bir Latın Amerikası ölkəsi, Nikaraquadır. Argentina haqqında dediklərimizi Nikaraqua haqqında da deyə bilərik, yenə ölkədə siyasi sabitlik hökm sürür, narkomaniyaya qarşı mübarizə geniş vüsət alıb. Ötən əsrin 80-ci illərində inqilabçı ruhu ilə xalqın könlündə taxt quran və 1984-cü il seçkilərində ölkə prezidenti seçilən Daniel Ortega, 16 il sonra 2006-cı ildə yenidən dövlət başçısı seçilmişdi və 2011-ci il seçkilərindən sonra da, Daniel Orteganın növbəti beş il ərzində də vəzifəsini icra etdirəcəyi gözlənilir.

Seçkilərin baş tutacağı növbəti ölkə isə Perudur, maraqlı olan burasıdır ki, ölkə də, nisbətən daha solçu hesab edilən, Alianza Popular Revolucionaria Americana (APRA) yəni Amerikan Xalq Çevrilişi Birliyi partiyasının sədri Fieldinq prezidentliyə real namizəd kimi göstərilir.

(Orxan İsmayılov-ADIU TUDIFAK 3-cü Kurs)

Orxan İsmayilov